FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


varlıq  (keyfiyyət, kəmiyyət, ölçü)



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə119/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   115   116   117   118   119   120   121   122   ...   132
Fəlsəfə mühazirə

varlıq 
(keyfiyyət, kəmiyyət, ölçü)
 
mahiyyət 
(əsas, hadisə, gerçəklik, gerçəkliyə isə o, substansiya, səbəb və qarşılıqlı 
təsiri də aid edirdi); 
anlayış 
(subyekt, obyekt, mütləq ideya). Əslində, Hegel 
kateqoriyaların, 
anlayışların 
dialektikası 
arxasında 
gerçəkliyin obyektiv 


dialektikasını da dərk etməyə çalışmışdı.
 
Lakin onun idealizmi bu sahədə Hegelin 
axıradək ardıcıl olmasına imkan verməmişdir. Hegelin kateqoriyaları hətta maddi 
aləm hadisələrini də müəyyən edən “müstəqil mahiyyətlər” adlandırması da 
buradan irəli gəlirdi.
Hegeldən sonra marksist fəlsəfi konsepsiya nəzərə alınmazsa, fəlsəfədə
xüsusən XIX
-
XX əsrlər burjua fəlsəfəsində kateqoriyalar haqqında xüsusi bir ideya, 
yeni fikir söylənilməmişdir. XX əsr fəlsəfəsi kateqoriyaların obyektiv məzmununu 
qəbul etmir, onlar arasındakı qarşılıqlı təsir və çevrilməni rədd edir. Məntiqi 
neopozitivizmin nümayəndələri (R.Karnap, O.Neyrat və b.) kateqoriyalar haqqında 
təhlili dil terminlərinin formal
-
məntiqi təhlili ilə əvəz etməyə, onlardan ancaq 
məntiq, riyaziyyat, fizika kimi elm sahələrində bəhs etməyə çağırırdılar. 
Neopozitivistlər kateqoriyaların fəlsəfi
-
idrakı əhəmiyyətini rədd edir, hətta onlarla 
məşğul olmağı faydasız sayırlar. Neotomistlər isə kateqoriyalara dini məna verərək 
qeyd edirlər ki, kateqoriyalar ilahi idraka məxsus formalardır və real əşya, xassə və 
münasibətlərin nümayəndələri, obrazlarıdır.
İnsan fəaliyyətində kateqoriyalar həm də ciddi dünyagörüşü əhəmiyyətinə 
malikdir. Belə ki, məhz kateqoriyaların köməyi ilə insan nəyin həqiqət, nəyin yalan 
olduğunu, nəyin əsas və nəyin qeyri
-
əsas olduğunu müəyyən edir, hadisələrin 
inkişafını müəyyən edən daxili, zəruri əlaqələri aşkar edir, qanunauyğunluqları 
dərk edərək, onları öz əqidəsinə, nəhayət, fəaliyyət motivinə çevirir. Bütün bunlar 
isə insanda möhkəm əqidə, elmi dünyagörüşü formalaşmasına kömək göstərir. 
Kateqoriyalar insan fəaliyyətini istiqamətləndirən, onun məqsədli mövqe 
seçməyini şərtləndirən mühüm metodoloji əhəmiyyət kəsb edən fenomendir. 
İnsan kateqoriyaların mahiyyətini bilmədən də, onlar əsasında düşünür, gerçəklik 
hadisələrinə yanaşır. Məhz kateqoriyaları dərindən mənimsəmək əsasında insan 
hadisələri saf
-çürük 
etmək, gerçəkliyə yanaşmaq üsulları seçmək, onları təhlil edib 
fərqləndirmək imkanları əldə edir; düzgün metodoloji mövqe tuta bilir. Bu yolla 
hadisələr arasındakı zəruri, qanunauyğun, müəyyənedici, mühüm əlaqələri 
seçmək, ayırd etmək asanlaşır, elmi
-
idrakı və sosial
-
praktik fəaliyyəti 
yanlışlıqlardan xilas etmək, faydalı metodoloji mövqe tutmaq, bütövlükdə insan 
fəaliyyətini düzgün istiqamətləndirmək mümkün olur.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin