FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


ümumi- ayrıca götürülmüş xüsusi əşya



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə122/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   118   119   120   121   122   123   124   125   ...   132
Fəlsəfə mühazirə

ümumi-
ayrıca götürülmüş xüsusi əşya,
hadisə və prosesin başqaları ilə oxşar, ümumi 
cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur; ümumi
-
təkin başqaları ilə 
eyni 
qrup, sinif və millətə mənsub olduğunu bildirən ümumi əlaqələr sisteminin 
ifadəsidir.
Gerçəklikdə konkret real predmet təkdir; lakin mütləq tək predmet mövcud 
ola, yaşaya bilməz; o, yalnız ümumi ilə, milyon tellərlə başqaları ilə əlaqə və 
vəhdətdə mövcuddur. Odur ki, konkret real predmet həm də ümumidir, başqaları 
ilə əlaqədə mövcuddur. Ümumi ilə tək arasında möhkəm dialektik qarşılıqlı əlaqə 
vardır. 
Xüsusi.
Xüsusi-
ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə 
aparan əlaqədir, yoldur. 
Hər bir
 
əşya, hadisa və
 
prosesdə tək və ümumi 
arasındakı dialektik qarşılıqlı əlaqəni “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir. 
Məsələn,
 
bitki ümumini, taxıl xüsusini, arpa təki ifadə edir və 
s. 
Tək, xüsusi və ümumi kateqoriyalarının dialektikasının, nəzərə alınmasının 
insan fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Hər şeydən əvvəl, onlar arasında 
əlaqənin nəzərə alınması ciddi idrakı əhəmiyyət kəsb edir. Biz tədqiqat prosesində 
həmişə təkdən başlayıb ümumiyə doğru, ən ümumi qanunauyğunluqları dərk 
etməyə doğru getməliyik və ya ümumi qanunauyğunluqları mənimsəmə ilə tək
-
tək hadisə və proseslər müəyyən ümumiləşdirici nəticələrə gəlməliyik. Tək və 
ümuminin nisbətini nəzərə almadan heç bır obyektin düzgün tədqiq və dərk 
edilməsi mümkün deyildir.
Tək, 
xüsusi 
və 
ümumi 
arasındakı 
qarşılıqlı 
əlaqələrin 
düzgün 
mənimsənilməsinin həm nəzəri, həm də ciddi ictimai
-
praktiki əhəmiyyəti vardır. 
Bu qarşılıqlı əlaqələri nəzərə almadan yalnız ümumi olana istinad etmək, yalnız 
ümumini əsas götürmək nəzəriyyədə ehkamçılığa; yalnız təki əsas götürmək isə 
təftişçilik mövqeyinə gətirib çıxara bilər. Hər iki hal nəzəriyyədə həqiqətə nail 
olmağa imkan verməzdi. İctimai
-
praktiki fəaliyyətdə də tək və ümuminin nisbə
ti 
ciddi nəzərə alınmalı, əlaqələndirilməlidir. Belə olmadıqda bir region, bir millət və 
xalqın sosial
-
siyasi və iqtisadi inkişafı təklənər, ümumidən ayrılar, tənəzzülə 
uğraya bilər.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin