çıxmayan mahiyyət də yoxdur. Hər bir mahiyyət özünü bir sıra təzahürlərdə
büruzə verir.
Bir məsələni də qeyd etmək lazımdır ki, mahiyyət ilə təzahür nəinki vəhdət
təşkil edir, habelə onlar bir –
birinə əksdir, bunlar heç zaman bir –
birinə mütabiq
gəlmir. Onların əksliyi gerçək predmetlərinin özlərinin daxili ziddiyyətlərinin
ifadəsidir. Çox vaxt mahiyyət də üzdə olmur, yəni görünmür. O, gizlidir, bilavasitə
müşahidə oluna
bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli
öyrənilməsi prosesində aşkara çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir –
birinə bilavasitə müvafiq olsaydı, onda hər hansı bir elm gerçəksiz olardı
(K.Marks). Bu, o deməkdir ki, elmin vəzifəsi məhz gerçəkliyin çoxlu təzahürləri,
xarici tərəfləri, cəhətləri arxasında mahiyyəti, bunların əsasını təşkil edən daxili,
dərin prosesləri axtarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip olur: 1. Adekvat
təzahürlər və 2. Adekvat olmayan təzahürlər. Zah
irilik qeyri
–
adekvat tipi kimi iki
növə bölünür: a) mahiyyət daxili və b) mahiyyətlərarası.
Ümumiyyətlə, “təzahür” və “mahiyyət” kateqoriyalarının təhlili zamanı həmin
tiplər onların hər ikisinə aid edilir. Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm
p
roses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür.
Dostları ilə paylaş: