bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə
bilər.
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəyyən forması
olan məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim
məzmunludur, o müəyyən məzmun olmasını nəzərdə tutur və bu məzmunun
strukturunu, quruluşunu təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir.
Məzmun özünə xas ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə,
inkişafda olur. Məzmunun dəyişməsindən asılı olaraq, forma da dəyişir.
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir
və məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına
kömək edir və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma
məzmunun inkişafına, irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən
köhnə forma isə məzmunun inkişafına əngəl törədir.
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki,
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə
bilər.
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir,
ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki,
məzmun ilə forma arasında müəyyən vaxtlarda kəsgin ziddiyyətlər də meydana
çıxır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun
inkişafından daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onun
la
toqquşur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə
formanın atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun
sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun
müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar,
maddi və “ideal” olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur.
Dostları ilə paylaş: