FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə126/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   122   123   124   125   126   127   128   129   ...   132
Fəlsəfə mühazirə

 
c) 
Struktur və element
(ünsür) 
kateqoriyası
-
struktur əlaqələr sistemində 
mühü
m əhəmiyyət kəsb edir. Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda “Sistem, 
struktur və element” şəklində də qeyd olunur. Çünki bu kateqoriya ümumi 
sistemlilik prinsipinə istinad edir və hər hansı strukturu və elementi müəyyən 
yarımsistem, sistemdaxili və sistemlərarası əlaqələrdə götürür. Sistemsiz struktur 
və element ayrılıqda, əlahiddə mövcud ola bilməz.
Sistemlilik prinsipi əsasən XIX əsrdə formalaşmışdır. Ona qədər elmi idrak 
mexanizmi və elementarizm mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, 
ta
m hissələrin məcmusu kimi yanaşılmışdır. Yalnız təbiətşünaslığın inkişafı 


əsasında İ.Kant qeyd edirdi ki, “elm aqreqat deyil, sistemidir”. XIX əsrdə bəşər 
cəmiyyəti və bioloji aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında 
sistemlilik prinsipi qəbul edildi. Burada isə
Ç.Darvin və K.Marksın kəşflərinin 
əhəmiyyəti böyük olmuşdur. Məhz bu əsasda sistemlilik prinsipi və sistem 
yanaşma ü
sulu
 
formalaşmışdır.
Sistem-
struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla 
yerləşmiş qarşılıqlı əlaqədə olan elementlərin, hissələrin ümumiliyidir.
 
Element (ünsür) - 
müəyyən sistem daxilində hər hansı predmet, hadisə və 
prosesin ayrılmaz daxili parçası, komponentidir.
 
Struktur isə 

bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin n
isbi 
sabit üsulu, qanunudur. 
Uzun zaman mütəfəkkirlər düşünmüşlər ki, hər hansı cismi, hadisəni təhlil və 
təsdiq edərkən onu tərkib hissələrinə, “kərpicciklərinə” ayırmaq lazımdır, “sadə” 
və “mürəkkəb” anlayışlar keçicidir, onlar müəyyən sistemdə öyrənilməlidir. 
Hazırda elmdə element (ünsür) anlayışı adı altında başqa obyektlərlə əlaqədə olan 
mürəkkəb kompleksə daxil olan hər hansı obyekt nəzərdə tutulur. Element 
anlayışı nisbidir, müəyyən münasibətlə o sistemə də çevrilə bilər. Məsələn, 
müəyyən münasibətlə sinif cəmiyyət sisteminin elementi kimi öyrənilərsə, başqa 
halda, sinifdaxili ünsürlər sinif sisteminin komponentləri kimi götürülə bilər. 
Struktur isə müəyyən sistemdaxili və sistemlərarası tərkib hissələrin (element və 
əlaqələrin) yerləşməsi üs
ulu, nisbi sabit qayda-qanunudur. Struktur predmetin 
daxili və xarici əlaqələrinin nizamını əks etdirir və obyektin nisbi sabitliyini, 
stabilliyini, keyfiyyət müəyyənliyini təyin edir. Obyekt əgər müəyyən hissələri və 
elementləri arasında özünəməxsus nisbi
sabit qarşılıqlı əlaqə və qarşılıqlı təsirə 
malikdirsə, o özü bir sistemdir. Bu hadisələrin də öz strukturu olduğu üçün onlar 
da “yarımsistemlər” kimi çıxış edə bilirlər. Bunlar da ikinci, üçüncü və i.a. 
yarımsistemlərə ayırırlar, həmin sistemlərdə uyğun,
birnövlü, nisbi sabit əlaqə və 
münasibətlər isə strukturu təşkil edirlər. Çox strukturlu, çox səviyyəli sistemlər də 
mövcuddur. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin