FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə129/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   124   125   126   127   128   129   130   131   132
Fəlsəfə mühazirə

b)
Zərurət və təsadüf.
Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi 
yerlərdən birini 
zərurət və təsadüf
kateqoriyası tutur. Fəlsəfi determinizm 
obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb
-
nəticə 


əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət 
münasibətlərində müəyyənedici xarakter
is
tika kimi çıxış
edir. Eyni zamanda 
determinizmin hər bir konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun 
münasibətinin aydınlaşdırılması da tələb olunur. 
Zərurət

müəyyən şərait 
olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən 
çox müxt
əlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya 
baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə 
bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri 
olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir. Fəlsəfi determinizmin 
mühüm məsələlərindən biri təsadüf kateqoriyasının obyektiv idrakı statusudur. 
Təsadüf və zərurət bir
-
birindən təcrid olunmuş halda, “saf” şəkildə mövcud 
deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi 
meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. 
Təsadüf
zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə 
obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı 
fərqləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və 
təsadüfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. 
Deməli, zəruri proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri 
prosesin inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya 
da yavaşıda bilər. Çox vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o 
dərəcədə qarışır ki, özləri zərurətə çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf 
arasında heç də keçilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir
-
birinə 
təsir göstərir, bir
-
birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi 
hadisələr də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar 
öyrənilib dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində 
mühüm olduqlarından onları qarşı
-
qarşıya qoymaq düz deyildir.
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf 
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin 
determinə edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, 
yaxud da təsadüf bu və ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi 
göstərilir. Biri
n
cisi, determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik 
kateqoriyasının obyektiv idrakı əhəmiyyətini heçə endirir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin