Səbəb
və nəticə bir
-
biri ilə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran
hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir.
Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də
onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin
səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır.
Səbəbiyyət ən ümumi, universal əlaqədir.
Səbəbiyyət
münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında
istehsal və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız
zamanda nəticədən
əvvəl deyildir o, həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi
substansional əlaqədir. Səbəbiyyət əlaqələrini
n substansional
xarakteri nisbilik
nəzəriyyəsində inandırıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki,
yalnız elə hadisələr səbəb əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki
siqnal-
proses və s. ilə əlaqədar olsun.
Genetik törəmənin münasibəti səbəbiyyət
münasibətinin mövcudluğunun
ikinci əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və
yaxud zaman assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin
formalaşması həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt
olmur. Səbəbiyyət münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruri
liyi,
birmənalılığıdır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş
daxili və xarici şəraitdə
yaranırsa, deməli həmin vaxt zəruri olaraq nəticə törənir. Bu isə məkan və
zamanda səbəbiyyət münasibətinin lokallaşmasından asılı olmur. Səbəbiyyət
qanununu formulə etsək deyə bilərik: bərabər səbəblər bərabər nəticələri
doğurur.
Səbəb
–
nəticə münasibətlərinin dördüncü
əlaməti onun məkan və zaman
fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən
keçirilsə, faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir.
Əgər inteqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu,
səbəb
zənciri məkanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində
yanaşı mövcud olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri
zamanda reallaşır.
Dostları ilə paylaş: