FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Forma və məzmun anlayışları nisbidir



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə125/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   121   122   123   124   125   126   127   128   ...   132
Fəlsəfə mühazirə

Forma və məzmun anlayışları nisbidir
. Məsələn, istehsal mü
na
sibətləri 
üstquruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə 
formadır. Forma və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı 
prinsiplərlə aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin 
rəngarəngliyi; 3. Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı –
formanın məz
munu 
və yaxud əksinə, məzmunun formaya müvafiqliyi.
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma 
olmasın. Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən 


biri də forma ilə məzmunun bir–
birinə keçməsidir. Bir hadisə, proses və s. üçün 
forma olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses 
həmişə davam edir. Dialektika özü də bunu tələb edir.
 
b

Hissə və tam 
(bütöv) - 
predmet və hadisələri (və onların ünsürlərini) və 
onlar 
arasındakı
əlaqələri məcmu h
alda
 
ifadə edən və ya predmetin daxili 
tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları ə
ks
etdirən fəlsəfi 
kateqoriyadır. 
Məhz bu əlaqələr əsasında ayrı
-
ayrı predmet və
 
hadisələr birləşib 
tamı əmələ gətirirlər, özləri də hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin 
nəzərə alınması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə 
və tam kateqoriyası bütövlük prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir 
ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam 
isə predmeti, hadisəni təşkil edən hissələrin tamamlanması, məcmusu nəticəsidir.
Hissə və tamın əlaqəsi, mahiyyəti haqqında ilk fikirlər antik fəlsəfədə Platon 
və Aristotel tərəfindən irəli sürülmüşdür. İdealist fəlsəfədə tama hissələrin sadəcə 
toplusu kimi
 
baxmaq meyli güclü olmuş, onlara mənəvi fəaliyyəti məhsulu kimi 
yanaşmışlar. Şellinq, Hegel hissə və tama dünya ruhunun inkişafı nəticəsi kimi 
baxmışlar. Dialektik materializm predmet və hadisələrin öyrənilməsində tamlıq 
prinsipini əsas tutmaqla, hissə və tamın qarşılıqlı əlaqəsinin nəzərə alınmasına 
xüsusi əhəmiyyət verir, onların real gerçəklikdə obyektiv mövcudluğunu qəbul 
edir, həm də qeyd edir ki, mürəkkəb quruluşlu orqanizmlərdə 
tama
 
hissələrin 
sadəcə toplusu kimi baxmaq düzgün olmazdı. Tamda elə yeni
keyfiyyət və xassə 
ola bilər ki, müəyyən hissədə (elementdə) olmasın. Odur ki, burada əsas cəhət 
hissə ilə tam arasındakı interaktiv əlaqələri tapmaq, onlara istinad etməkdir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin