FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə121/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   117   118   119   120   121   122   123   124   ...   132
Fəlsəfə mühazirə

7.
 
Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar
a)
Tək, xüsusi və ümumi
.
 
Hər bir əşya, hadisə və prosesdə yalnız onun 
özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən 
bir sıra xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, 
Məhəmməd və b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, 
yerişi və s. vardır. Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir, 
təklənir. Deməli, obyektiv aləmin məlum konkret fərdi əşyası, hadisə və prosesi 
təki (təkcəni, “ayrıca”nı) təşkil edir. 
Tək
 - 
özünəməxsus keyfiyyət, 
zaman,
məkan 
və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən 
fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir.
 
Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə 
yaxınlaşdıran, ümumiləşdirən, “eyniləşdirən” bir sıra ümumi cəhətlər də vardır. 
Məhz bu keyfiyyət xüsusiyyətləri ilə tək bir nəfər ailə, kollektiv, sinif, millət, 
nəhayət, cəmiyyətlə qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə 
ayrılıqda mövcud ola bilməz; bir adamın ölkədə, regionda, Yer kürəsində yaşayan 
milyonlarla insanlarla çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Bütün 
insanların ümumi anatomik
-fizioloji qur
uluşu, psixik
-
şüurlu fəaliyyəti, sosial
-
ictimai əlaqələri vardır. Deməli, tək həm də ümumidir, tək ümumiyə doğru aparan 


çoxsaylı əlaqələrdə mövcuddur; ümumi isə təkdir, təklərin oxşar cəhətlərinin 
məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik çevrilmə əlaqəsi 
mövcuddur. 
Ümumi-
odur ki, onun vasitəsilə çoxlu tək
-
tək, ayrı
-
ayrı əşya, hadisə 
və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin