FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


təbiətdə,  cəmiyyətdə və təfəkkürdə predmet, hadisə və proseslərin dəyişmə və inkişafını



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə118/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   114   115   116   117   118   119   120   121   ...   132
Fəlsəfə mühazirə

təbiətdə, 
cəmiyyətdə və təfəkkürdə predmet, hadisə və proseslərin dəyişmə və inkişafını 
şərtləndirən obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri ə
ks 
etdirən an ümumi və 
fundamental
fəlsəfi anlayışlardır.
Kateqoriyalar haqqında ilk təsəvvürlər çox qədim dövrlərdə 

varlığın əsas 
prinsiplərini müəyyənləşdirmək məqsədilə meydana çıxmışdır. Kateqoriyalar 
haqqında ilk mükəmməl fəlsəfi baxış Aristotelin “
Kateqoriyalar”
adlı traktatında 
verilmişdir. Aristotel dünya və onun dərk edilməsi vasitələrindən bəhs edərkən 
kateqoriyalara gerçəklikdə obyektiv mövcud olan əşyaların, hadisə və proseslərin 
başlıca, mühüm xassələrini əks etdirən
ümumi anlayışlar kimi baxmışdır. Arislotel 
hətta kateqoriyaların təsnifatı sisteminə dair xüsusi bölgü cədvəli də vermişdir. 


Aristolelə görə kateqoriyalar bunlardır: 
substansiya, kəmiyyət, keyfiyyət, 
münasibət, yer (məkan), zaman, vəziyyət, hal, hərəkət və iztirab.
Bu bölgü uzun 
zaman, yeni dövrə qədər fəlsəfədə dəyişməz qalmış, ancaq XV
II-
XVIII əsrlərdə 
fəlsəfə və təbii elmi biliklərin inkişafı və nailiyyətləri əsasında onda müxtəlif 
dəyişikliklər aparılmışdır. Bir cəhətə də diqqət yetirmək lazımdır ki, Aristoteldən 
əvvəl də kateqoriyalar haqqında müəyyən fəlsəfi baxışlar olmuşdur. Bu baxışlar 
əsasən idealist səciyyə daşımış, kateqoriyaların obyektiv məzmunu qəbul 
edilməmiş, onlar subyektiv, “təfəkkür hadisəsi” kimi təhlil edilmişdir; 
kateqoriyalara “ilkin əsas” kimi baxılmışdır: od, su, hava, atom və s. 
Platon
isə bu 
əsasda kateqoriyaların beş növünü qeyd etmişdir: 
mahiyyət, hərəkət, sükunət, 
eyniyyət, fərq
. Aristotel də kateqoriyalara dünya və onun dərk edilməsinin ümumi 
formaları kimi baxsa da, o, “ilkin səbəb”, “ilkin forma”, “formalar forması” və s. 
adlarla “ilkin səbəb” ideyasına qayıdır, çox vaxt onlar “Allah” anlayışı ilə 
eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideyalardan Allahın varlığının sübutu 
kimi istifadə etmişlər). Aristotel həmçinin kateqoriyalar arasındakı dərin daxili 
əlaqələri, onların bir
-
birinə keçməsini, mütəhərrikliyini də axıradək ardıcıl izah 
etmişdi.
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın 
xüsusi rolu olmuşdur. Kant kateqoriyalara “özündə şeylər” iddiasının 
obyektivliyindən irəli gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir 
fenomen kimi baxmış, onları idrakın “aprior formaları” hesab etmişdir. Kant 
kateqoriyaların məntiqi funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət 
vermişdir. 0, kateqoriyaların təsnifatını belə müəyyən etmişdir: keyfiyyət 
(gerçəklik, inkar, məhdudluq); kəmiyyət (tək, gəm, bütöv, tam); münasibət 
(substansiya, xassə, səbəb, təsir və qarşılıqlı təsir); modallıq (imkan və 
imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları gerçəklikdən ayırır, onlara 
təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onları obyektiv gerçəklikdən, 
təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab edirdi.
Kateqoriyalar 
haqqında 
dialektik, 
obyektiv 
idealist 
baxışı 
Hegel 
əsaslandırmışdır. Onun fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə 
prosesinin əbədi atributu, anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar 
möhkəm daxili qarşılıqlı əlaqədədir və bır
-
birinə keçə bilər. Hegel fəlsəfi 
kateqoriyaların aşağıdakı təsnifatını vermişdir: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin