FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


 Kateqoriyalar haqqında ümumi məlumat



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə117/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   113   114   115   116   117   118   119   120   ...   132
Fəlsəfə mühazirə

 
6. Kateqoriyalar haqqında ümumi məlumat
 
Kateqoriyalar gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinlik, 
struktur, sistemlilik və i.a. əlaqə və münasibətləri ifadə edir, “
Kateqoriya” 
yunan 
dilində “fikir söyləmək”, “mülahizə yürütmək”, “mühakimə etmək”, “şahidlik 
etmək” və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar 

real gerçəklikdə (təbiətdə, 
cəmiyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğunluğun və 
mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental 
anlayışlardır.
Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik. 
Anlayışlar 
olmadan heç bir fikir söyləmək mümkün olmazdı. Anlayışın əsas xüsusiyyətini 
onun ümumiləşdirmə qabiliyyəti təşkil edir. Anlayış hər bir əşyanı, hadisəni deyil, 
uyğun, eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək 
əks etdirir: məsələn, “çay”, “torpaq”, “vətən” və s. anlayışları kimi. Danışığımızda 
işlənən bu ümumi anlayışlardan başqa, bir də ayrı
-
ayrı elm sahələrində işlədilən 
anlayışlar vardır: “elektrik”, “komediya”, “siyasət”, “bazis” və s. Lakin elə 
anlayışlar da vardır ki, onların ümumiləşdirmə imkanı, əhatə dairəsi çox
genişdir; 
onlar nə elmin 
bir 
sahəsi, nə də varlığın bu və ya başqa sahəsi ilə məhdudlaşmır, 
bütöv gerçəkliyə aid olurlar. Belə anlayışlar ən ümumilik və qanunauyğunluq 
bildirirlər. Bu cür ən ümumi, fudamental anlayışları kateqoriyalar 
ad
landırmaq 
olar. Məsələn, “varlıq”, “təfəkkür”, “idrak”, “qanun”, “hərəkət”, “inkişaf”, “əlaqə”, 
“səbəb” və s. fəlsəfi anlayışlar 

kateqoriyalardır.
Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar: 
idrakın 
xüsusi növ pilləsi və forması olmaqla kateqoriyalar real gerçəklikdə 


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin