2)QRAFİK MƏLUMATLARIN SIXILMA ÜSULLARI
RLE (Run-Length Encoding)-təkrarlanan kəmiyyətlər ardıcıllığı üsulu ilə sıxma zamanı videopikselin şərh edilməsi üçün istifadə edilən bitlərin və onların təkrarlanma saylarından istifadə edilir. Bu üsul bir sıra qrafik formatlarla (məsələn, PCX formatı ilə) bir yerdə istifadə olunur.
Faylın sıxılması üçün istifadə edilən proqram əvvəlcə videopiksellərin sayını, sonra isə onların rənglərini (və va əksinə) yaza bilər. Ona görə də faylı oxuyan proqram məlumatların həmin faylı diskə yazan proqramdan fərqli qaydada yerləşməsini gözləyə bilər. RLE üsulu ilə sıxılmış faylı açanda səhv barədə məlumat çıxarsa (və ya təsvir tam təhrif olunmuş formada alınarsa), belə faylı başqa proqramla açmağa və ya onu başqa formata çevirməyə cəhd etmək lazimdır.
RLE sıxma üsulu o halda səmərəli hesab edilə bilər ki, sıxılan təsvir eyni rəng calarina malik olan böyük sahələrdən ibarət olsun. Bu üsul skanerlə alınan fotoqrafiya təsvirlərinin sıxılması üçün səmərəli hesab edilə bilməz, çünki, skanerə olunan fotoqrafiyalarda eyni rəngə malik olan videopiksellərin uzun ardıcıllığı olmur.LZW sıxma üsulu təsvirdə təkrarlanan naxışların tapılmasına əsaslanır. Çoxsaylı naxışlara malik olan təsvir 0,1-dən əwəlki ölçüyə kimi sıxıla bilər. LZW sıxma üsulu TIFF və GIF fayllara tətbiq edilir. Bu üsulla GIF formatlı məlumatları həmişə sıxmaq mümkündür. TIFF formatlı fayllar üçün sıxma imkanının seçilməsini istifadəçi müəyyən edir. TIFF formatının digər sıxma üsulları tətbig edilən variantlarda mövcuddur. Sıxma sxemləri fərqli olduğuna görə TIFF formatının bəzi versiyaları bırgəliyə malik olmaya bilər, yəni TIFF formatına malik olan faylı, əslində onu tanımalı olan bəzi qrafika proqramları ilə oxumaq olmur. Başqa sözlə, TIFF formatların heç də hamısı eyni deyil. Bu problemin mövcud olmasına baxmayaraq TIFF formatı hal-hazırda ən populyar rastr formatlardan biri hesab edilir.
JPEG sıxma üsulu fotografiya keyfiyyətinə malik olan təsvirlər üçün yüksək sıxma əmsalını təmin edir. Bu üsulla 100:1 nisbətində sıxılma təmin edilə bilir. Belə sıxma üsulundan istifadə edilən JPEG fayl formatı fotoqrafiya üzrə birləşmiş ekspertlər qrupu (Joint Photographic Experts Group) tərəfindən hazırlanmışdır.
Yuksək sıxma ərnsalı sıxmadan sonra alınan faylda məlumatın bir hissəsinin itməsi hesabına alınır. JPEG üsulunda insan gözünün parlaqlığın dəyişməsinə çox həssas, rəngin dəyişməsinə isə az həssas olması faktorundan istifadə edilir. Ona görə də bu üsulla sıxma zamanı videopiksellərin parlaqlıqlarının fərqi haqqında daha çox, rənglərin fərqi haqqında isə daha az informsiya saxlanır. Qonşu piksellərin minimal rəng fərqini hiss etmək çətin olduğuna görə sıxılmış təsvirin görünüşü əvvəlki təsvirin görünüşündən demək olar ki, fərqlənmir. İstifadəçiyə sıxma dərəcəsini müəyyən etməklə itkinin səviyyəsini idarə etmək inkanı verilir. Məhz bu xüsusiyyətdən istifadə etməklə hər bir təsvir üçün daha münasib emal rejimi seçmək olur. Başqa sözlə sıxma əmsalını göstərməklə təsvirin keyfiyyəti ilə yaddaşa qənaət arasında seçim aparmağa
imkan yaranır.
Saxlanan təsvir yüksək bədii tərtibat üçün nəzərdə tutulan fotoqrafiya olarsa, şəklin mümkün olan qədər dəqiq görünməsindən ötrü heç bir itkidən söhbət getməməlidir.
Əgər təsvir təbrik açıqcasinda yerləşdiriləcəksə, ilkin informasiyanın bir hissəsinin itməsi böyük əhəmiyyət daşımayacaq. Hər bir təsvir üçün daha münasib itki səviyyəsini eksperiment yolu ilə müəyyən etmək olar.
Rastr fayl formatları üçün istifadə edilən sıxma üsulları aşağıdakı cədvəldə göstərilmişdir: Rastr qrafik fayl formatları
Qrafik məlumatların təqdimatı və təhlili qərar qəbuletmə proseslərində mühüm rol oynayır. Ancaq bəzən qrafiklərin verdiyi mesajı düzgün başa düşmək və şərh etmək çətin ola bilər. Qrafiklər yanlış təfsir və ya məlumatların natamam başa düşülməsi ilə yanaşı, aldadıcı və ya manipulyasiya ola bilər. Buna görə də, qrafik materialları düzgün təhlil etmək və şərh etmək üçün bəzi məsləhətlər var. Qrafik materialları təhlil etmək və şərh etmək üçün istifadə edə biləcəyiniz bəzi əsas üsullar bunlardır:
Diaqram növünü başa düşmək: Diaqram növlərinə xətt diaqramları, sütun diaqramları, səpilmə diaqramları, pasta diaqramları, xəritələr və s. daxildir. Hər növün fərqli məqsədi və istifadəsi var. Diaqram tipini başa düşmək məlumatları düzgün şərh etməyə kömək edir.
Məlumat nöqtələrini yoxlayın: Diaqramlarda məlumatları təmsil edən nöqtələr var. Bu məqamları diqqətlə öyrənin və dəqiq oxuyun. Qrafiklərin məlumat nöqtələri arasındakı məsafə, hündürlük, uzunluq və bucaq kimi xüsusiyyətləri nəzərə alaraq verilənlərin xassələrini və əlaqələrini anlamağa çalışın.
Natamam və yanlış məlumatlardan çəkinin: Qrafiklərdə bəzən natamam və ya yanlış məlumat ola bilər. Buna görə də, diaqramların təqdim etdiyi bütün məlumatları təhlil etmək vacibdir. Həmçinin, diaqramların potensial yanıltıcı elementlərini müəyyən etmək və məlumatları düzgün şərh etmək üçün öz məlumat mənbələrinizdən istifadə edin.
Statistik ölçüləri başa düşmək: Qrafiklərin təhlilində statistik ölçülərdən istifadə olunur. Bu ölçülərə orta, standart kənarlaşma, median, rejim və s. daxildir. Bu ölçülərlə tanış olmaq və onları düzgün şərh etmək, diaqramların təqdim etdiyi məlumatları daha yaxşı başa düşməyə kömək edir.
Qrafikləri vizual şəkildə şərh edin: Qrafikləri şərh etmək üçün məlumatları vizual olaraq qiymətləndirin. Qrafikanın xüsusiyyətlərinə, oriyentasiyasına, formasına, rənglərinə və digər xüsusiyyətlərinə diqqət yetirin. Bu, diaqramların təqdim etdiyi məlumatları daha yaxşı başa düşməyə kömək edir.
Nəticədə diaqramların dəqiq təhlili yanlış məlumat və manipulyasiya ilə nəticələnəcək.
Dostları ilə paylaş: |