Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir , müəmmalıdır,gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Materialın təqdim olunma üsulları və formaları:
Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
Yaradıcılıq imkanı;
Müəllim tərəfindən bbələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.
Motivasiyanın ardıcıllığıProblem qoyulur; fərziyyələr irəli sürülür; yönəldici suallar verilir; tədqiqat sualı çıxır
I mərhələ - problemin qoyuluşu adlanır. Bu mərhələdə müəllim şagirdlərin qarşısında problemli situasiyanı yaradır. Şagirdlərin idrak fəallığı artır və düşünməyə, dərsdə aktivlik göstərməyə başlayırlar. Müəllim onları düşündürücü, maraqlarına xidmət edən, dərsin məqsədinə xidmət edən bir situasiya ilə üzbəüz qoyur. Bu vəziyyətdə onların hər birinin ayrılıqda fəallaşması üçün zəmin yaratmalıdır.
II mərhələ - fərziyyələr adlanır ki, bu mərhələdə şagirdlər problem ətrafında müxtəlif fərziyyələr səsləndirməyə başlayırlar. Müəllim bütün şagirdlərin fərziyyələrini dinləyir. Müəllim şagirdlərin fərziyyələrinin «doğrudur» və ya «yanlışdır» deyərək qiymətləndirməkdən çəkinməlidir. Şagirdlərin sərbəst şəkildə fikirlərini səsləndirməsinə şərait yaratmalıdır (vaxtın çox itirilməməsinə diqqət yetirməlidir.)
III mərhələ - yönəldici suallardır. Bu mərhələdə müəllim, problə əlaqəli yönəldici suallar ünvanlayır və şagirdlərin səsləndirdikləri fərziyyələri daha məqsədli olaraq sistemləşdirir. Şagirdlər suallara cavab verməklə, yavaş-yavaş müəllimin onlardan almaq isdədiyi məsələlərə aydınlıq gətirilir.
IV mərhələ - müəllim motivasiyanın son yönəldici sualından istifadə etməklə az sonra şagirdlərə tədqiqat aparmaqları üçün ünvanlayacağı tədqiqat sualını açıqlayır. Həmin sualı araşdırıb tapmalı olduqlarını, müstəqil şəkildə məlumatları əldə edib, öyrənmələrini tapşırır.