Fənn kurikulumları əsasında təlimin planlaşdırılması üzrə praktiki iş


Motivasiya zamanı buraxilan səhvlər



Yüklə 447,62 Kb.
səhifə6/9
tarix03.05.2023
ölçüsü447,62 Kb.
#106604
növüTədris planı
1   2   3   4   5   6   7   8   9
7. Planlasd. kurkl - копия

Motivasiya zamanı buraxilan səhvlər: -səhv 1. Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir. -səhv 2, müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan(maraqlı, cəllbedici)və ya onun təqdimatı üsullarından(oyun,rəngbərəng şəkil) istifadə edir

Motivasiya zamani yolverilməz 5 hal

  • 1. şagirdlərə məsafədən yanaşma
  • 2.şagirdləri passiv dinləyici vəziyyətinə gətirmək və eledə saxlamaq
  • 3.sizin təklifinizin şagirdlərə mütləq lazımlı olduğunu ehtimal etmə
  • 4.şagirdləri tənqid etmək
  • 5.şagirdlərin verdiyi sualın dəyərsizlik səviyyəsində anlaşılmasına şərait yaratmaq

✔Motivasiyada= BIBÖ; Auksion; Anlayışın çıxarılması; Beyin həmləsi (əqli hücum); Söz assosiasiyaları; Klaster; Rollu oyun; Modelləşdirmə; Səhnələşdirmə; Venn diaqramı

II mərhələ : Tədqiqatın aparılması

  • Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
  • Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.

  • Tədqiqatın aparılması üzrə metodların seçiminə,
  • İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
  • Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
  • İş vərəqlərinin hazırlanmasına.

Tədqiqat işi zamanı buraxılan səhvlər: səhv 1. müəllim hələdə belə bir köhn mif üzrə hərəkət edir ki ,fəal təlim və qrup işi eynidir.Bununda nəticəsində bütün məşğələlər qrup işi formasında keçirilir səhv 2.müəllim problem qoymadan dərhal qrup işini təşkil edir səhv 3.müəlim uşaqları qrup şəklində birləşdirir ,lakin onun verdiyi çalışma müxtəlif nöqteyi-nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir,deməli ,onları kollektiv müzakirəyə sövq etmir nəticədə uşaq çalışmanı müstəqil həll edir səhv 4.müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir,yəni :-yönəldici suallardan istifadə etmir,tədqiqat işini düzgün qurmur,idrak fəaliyyərtini,yaradıcı təxəyyülü şövqləndirmir və şagirdləri psixoloji cəhətdən dəstəkləmir


Yüklə 447,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin