Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni bilikləin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Şagird fəal dərsin bu mərhələsində yoldaşlarının fikirlərinin yararlanaraq öz biliyini təkmilləşdirir.
Təqdimat zamanı buraxılan səhvlər səhv 1.təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur səhv 2.müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara dalbadal qulaq asır,fikir mübadiləsi üçün vaxt və imkan vermir səhv 3 .təqdimat zamanı qrupun üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar .Bu halda müəllim də arxasını sinfə çevurməyə məcburdur ki,iş vərəqi ilə tanış olsun.Bunun nəticəsində qalan şagirdlərin diqqəti və informasiyanı qavraması pozulu səhv 4. müəllim təqdimata bir növ rəsmiyyət xatirinə qulaq asır,ifadələrin yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır,yəni təqdimat mədəniyyətini formalaşdırmağa səy göstərmir
səhv 5. hər bir təqdimatdan sonra müəllimin özü onu şəhr edir ,qiymətləndirir və ya tapılmış faktlara öz münasibətini bildirir
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili
Yeni əldə edilmiş informasiyanı sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar arasında əlaqəni üzə çıxarmaqdır.