Fənn kurikulumları əsasında təlimin planlaşdırılması üzrə praktiki iş



Yüklə 447,62 Kb.
səhifə8/9
tarix03.05.2023
ölçüsü447,62 Kb.
#106604
növüTədris planı
1   2   3   4   5   6   7   8   9
7. Planlasd. kurkl - копия

Müəllim bu mərhələdə yönəldivi suallardan istifadə edir. Müzakirə sualları ilə problemi aydınlaşdırır və problemin ardıcıl olaraq daha dərindən dərk edilməsinə çalışır. Bu mərhələdə tədqiqat sualna cavab aydın sezilməyə başlayır.

  • Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
  • Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.
  • Fasilitasiya (bələdçilik) qaydalarına əsasən müəllim lazım gəldikdə müzakirəyə suallarla müdaxilə etməli, onu lazımi istiqamətə yönəltməlidir. Bununla müəllim həm vaxt itkisinin, həm də müzakirə zamanı əsas məqsdəddən yayınma hallarının qarşısını alır.

İnformasiyanın müzakirəsi zamanı buraxılan səhvlər səhv 1. müəllim informasiyanın təşkili üçün öz şəxsi mülahizəsini zorla qəbul etdirir,şagirdlərin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur,halbuki bəzən şagirdin nəzərə alınmayan ideyası müəllimin öz ideyasından daha səmərəli və maraqlı olur. səhv 2. müəllim yönəldici suallardan istifadə edir və bununla da şagirdlərin özlərinin həll yolunu tapmasına imkan vermir

Səhv 3. müəllim diskussiyanın axarını başlı-başına buraxır ,onu lazimi məcraya yönəltməyə çalışmır.Nəticədə vaxt itkisinə yol verilir,müzakirə öz başlıca məqsədindən yayınır səhv 4. uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim tərəfindən fərqləndirilmiir və heç bir şəkildə qeyd edilmir

V mərhələ: Nəticə və ümumiləşdirmə

  • Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
  • Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
  • Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
  • Ümumiləşdirmədən sonra formalaşdırılmış ideyanı tədqiqat sualı və ilkin fərziyyələrlə müqayisə etmək lazımdı.
  • Bəzən bu mərhələyə «körpülərin salınması» da deyirlər. ona görə ki, tədqiqat sualı ilə əlaqə yaradılır. Müəllim şagirdlərə əvvəlki mərhələdə qeyd edilmiş bütün fikirləri bir ümumi ideya halında birləşdirməyi və ümumiləşdirməyi təklif edir

Yüklə 447,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin