FəNN: makroiQTİsadiyyat



Yüklə 1,1 Mb.
səhifə17/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   13   14   15   16   17   18   19   20   ...   105
Makroiqtisadiyyat

Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçi­rilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə va­sitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miq­yasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fer­merlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.
Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır.
Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qa­nunvericilik yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütə­şək­kil olmadığına görə sahib­karlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çat­dırırdılar. La­kin sonralar işçi-lərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd qoymağa məc­bur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn, ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata endirildi. O vaxt-dan etibarən iş həftəsinin uzun­luğu yenə də qis­mən azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödə­nilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asu­də vaxtları artmış və deməli, cəmiy-yətin rifahı yaxşılaşmışdır.
ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaş­dırılmasını əks etdirmir. Lakin aydın-dır ki, key­fiyyətin yaxşılaşması məhsulların reallaşdırıl-masını asanlaşdırır, isteh­salın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yax­şılaşması ilə eyni vaxtda qiymətlər də yük­sələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi reallaşdırmada müəyyən çətin­liklər yarada bilər. La­kin qeyd etmək lazımdır ki, qiymət-lərin yük­səlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə qiymətlərlə məhsul­ların keyfiy-yəti arasındakı asılılıqda tarazlaş­maya gətirib çıxarır.
Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məh­sul­ların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bi­lər ki, müqayisə üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tə­ləbat olan məhsullar hesabına deyil, insanların tələbatla­rı­nın nisbətən yaxşı ödənildiyi məhsullar he­sa­bına olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif ara­sındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifa­hı­nın yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə isteh­salın səmə­rəliliyinə əks təsir göstərə, onun artırılmasında adam­ların fəallığının azal­masına səbəb ola bilər. Bundan başqa, ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xa­rakteristika vermək üçün ÜMM həqiqi mənzə­rəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstə­ricilərindən is­tifadə edilir. Bu göstəri­cilərə hər nəfərə düşən ümummili məhsul, milli gəlir, kon­kret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əha­linin pul gəlirləri və banklardakı əmanətlə-rinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniy-yət günlərinin miqdarı, əhalinin məşğul­lu­ğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin