FəNN: makroiQTİsadiyyat


Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir?



Yüklə 1,1 Mb.
səhifə13/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   9   10   11   12   13   14   15   16   ...   105
Makroiqtisadiyyat

Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.
ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nə­zərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əm­təə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olun­duğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olun­du­ğun­dan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.
Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağız­ların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mül­kiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi de­məkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.
Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur: 1) Ümumi investisiyalar; 2) Xüsusi investisi-yalar; 3) Daxili in­ves­­tisiyalar.
Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şir­kətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata ke­çi­rilir.
Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qə­dər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeni­ləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisa­diyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. De­mə­li, ümumi investisiyalar dedikdə ödəmə məbləği və inves­tisi­yala­rın artı­mı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisi­yalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün la­zım­dır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşa­ğıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in isteh­salı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yı­ğımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edil­mişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.
Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiy­yatın yüksəliş, durğun­luq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğru­su, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mər­hələ­sində olduğunu göstərir. Ümumi investisiyalarla amortiza­siya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğun­luğun hökm sürdü­yü­nü, yəni, ÜMM-in istehsalı pro­sesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi inves­tisiyalar amorti­zasiyadan az olduqda, yəni il ərzində istehlak olun­duğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata inves­tisiya qoyuluşu aza­lır. Durğunluq da eyni vəziyyətin meydana gəlmə­sinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqti­sadiyya­tında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gə­ti­rib çıxarır.
ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alın­ması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssi­sələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvə­sinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin