FəNN: makroiQTİsadiyyat


Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur



Yüklə 1,1 Mb.
səhifə12/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   8   9   10   11   12   13   14   15   ...   105
Makroiqtisadiyyat

Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsər­rü­fatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici isteh­lakçılar tərəfindən satın alınır.
ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşa­ğı­dakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əla­qədar xərcləri (C); 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əm­təə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).
Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hü­quqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.
ÜMM xərclərə görə hesablandıqda istifadə olunan termin­lərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – inves­tisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydın­laş­dı­rılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların ti­kintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi is­teh­lak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da inves­tisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məq­sədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin