Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verər-kən kompleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.
Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hüdudlarından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların hamısı satılma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə istehsal edilmiş bütün məhsullar ÜMM vasitəsilə ölçüldüyünə görə o, hesablanarkən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.
ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-məlidir. Məhsulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mərhələsindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nəzərə alınmalıdır.