Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neoklassik modellər; 3) Tarixi-sosioloji modellər.
Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəfdarları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisiyalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neoklassik baxışlara tərəfdar çıxmırlar.
Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlirlərin deyil, həm də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəy-yən edilməsindən ibarətdir. Domar aşağıdakı üç bərabərlik-dən ibarət olan sistemin həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabərliyi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.
Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Domar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma norması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlandırırlar. Lakin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1 nəzəriyyəsi durur.
Bu nəzəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının tarazlaşdırma normasını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsaslanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə artırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-birinə bərabərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun olaraq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.