Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.
Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsalına dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki istehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nəzərə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik modellər azad (xalis) rəqabət şəraitində faydalıdır. Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici sənayesində əsas kapitalın, iş-lənmiş saatların miqdarının və istehsalın həcminin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər
Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağı-dakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid arasında tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzetmələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; 4) Istehsal amilləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəqqidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, funksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
Mövzu 4. Ümumi milli məhsul və milli gəlir.(2 saat) Plan 1. Ümummilli və son məhsul anlayışları.
2. Ümumi milli məhsulun hesablanması metodları.
3. Xalis milli məhsul və milli gəlir.
4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.
5. Milli sərvət və onun atrırılması yolları.