FəNN: makroiQTİsadiyyat


Iqtisadi artımın tipləri və modelləri



Yüklə 1,1 Mb.
səhifə4/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   2   3   4   5   6   7   8   9   ...   105
Makroiqtisadiyyat

2. Iqtisadi artımın tipləri və modelləri.
Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə tək­milləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sər­finin, kapital qoyuluşunun artırılması, əkin sahələrinin genişləndi­rilmə­si və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Mə­sə­lən, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün mövcud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdı­rıl­mış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə art­dıq­da işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticə­də bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nai­liy­yətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl­-dil­mə­si və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prin-sipcə fərq­lənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məs­rəf­­lərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yük­­səldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amil­lərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.
Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, tor­paq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, ma­şınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümum­­milli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artı­mın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bun­ların hamısı təklif amilləridir.1
Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyat­lar­dan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif və­zi­fələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər gös­təri­ci­lərindən istifadə edilir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin