Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliyyəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan ehtiyatların çox olması isə texnoloji potensial da daxil olmaqla real məhsul istehsalının artırılmasına şərait yaradır.
Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Əksinə, onları bir-birindən fərqləndirmək lazımdır. Bunun üçün iqtisadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bilmək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan istehsal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əlaqədardır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal imkanlarından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriyyəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölünməlidir.
Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşağıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul istehsalının imkan daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu artım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.
Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amillərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırılması iki üsulla müm-kündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edilməsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.
Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miqdarı vurulsun əmək məhsuldarlığı
Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, bölgünün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.