FəNN: makroiQTİsadiyyat



Yüklə 1,1 Mb.
səhifə16/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   12   13   14   15   16   17   18   19   ...   105
Makroiqtisadiyyat

Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) gös­tə­ricisi cari ildə istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal prose-sində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd. manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı il­lərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-ol­ma­ması müəyyənləşdirilir.
Cari ildə XMM-in yaradılmasında iştirak edən tor­paq, işçi qüvvəsi, kapital və sahibkarlıq qabiliyyəti müqabi­lində əldə edilən gə­lir­lərin formalaşması mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olun­ması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bi­lavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək üçün XMM-dən biz­nesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir: 1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri); 3) Faiz; 4) Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Kor­po­ra­­si­ya­ların bölüşdürülməyən mənfəəti.
Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anla­yış­larını bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sı-ğorta haqqından, korporasiyaların mənfəətindən alınan vergilər­dən və onların bölüşdürülməyən mənfəə­tindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev tə­sər­rüfatlarının əlinə keçən gəlirlərin bir hissəsini isə, məsə-lən, trans­fert ödənişlərini əməyin nəticəsi hesab etmək ol-maz. Transfert ödəniş­lə­ri­nin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə görə sığor­ta ödə­nişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2) Mad­di yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənc­lər, mə­sələn, təhsil almaq üçün subsidiyalar, əmək qabiliy-yətini itirdik­də ve­­rilən yardım; 4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yar­dımlar; 5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.
Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növ-ləri çıxılır, cari ildə əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlan­dırılan gəlir növləri onun üzərinə əla-və edilməklə şəxsi gəlir müəyyən olu­nur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan gəlir­dir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik ver­gilə­rindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.
4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.

ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların fikrincə isteh­salın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifa­hının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca vacibdir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin