FəNN: makroiQTİsadiyyat


Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisa­diy­ya­tının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir



Yüklə 1,1 Mb.
səhifə34/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   30   31   32   33   34   35   36   37   ...   105
Makroiqtisadiyyat

Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisa­diy­ya­tının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bil­məzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.
Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün öl­kələrdə qiymətlər artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflya­siya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özü­nü göstərmişdir.
Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir gös­tə­rən başlıca amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalx­ma­sı, dol­ların devalvasiyası, dünya bazarında xammalların qiymətlə­ri­nin baha­laş­ması və s. olmuşdur.
Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri vardır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə in­flyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.
Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fa­zalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə et­məsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.
Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sa­bitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bü­tün fazalarında artır.
Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çat­mış­dı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.
Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapi­ta­list ölkələrində inflyasiyanın "yavaşıdığı" və onun sürətinin aşağı düşdü­yü müşahidə olunur. Bu, aşa-ğıdakılarla əlaqədardır.

  1. Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiy­yət­ləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sü­rən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;

  2. Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;

  3. Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kə­si­ri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəy­yən dərəcədə "bitərəfləşdi-rilməsi"nə səbəb olmuşdur. Belə ki, 70-ci il­lərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;

  4. 1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bank­­ların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələ­ri­nin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azal­masına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qə­dər zəifləməsinə gətirib çıxarmışdır;

  5. Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb ol­muşdur.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin