FəNN: makroiQTİsadiyyat


Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri



Yüklə 1,1 Mb.
səhifə33/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   29   30   31   32   33   34   35   36   ...   105
Makroiqtisadiyyat

2. Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.

Qiymətlərin qalxması və pul artıqlığının əmələ gəl-məsi inflya­siyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda forma­laşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozul­ma­sıdır.


Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflya­siyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir.
1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əla­qə­dar olan xərclər üzərində dövlət inhisarının olması;
2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azal­maması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhi­sarının olması;
3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.
Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozul­ma­sına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.
XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflya­siyaya iki amil təsir etmişdir: 1) Maliyyə və pul-kredit sisteminin yeni­dən qurulması; 2) Iqtisadiyyatın oliqopolçu strukturunun forma­laş­ması.
Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəl­məsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, In­giltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. bank­notlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə et­mək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir val­yutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğ­radıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü.
Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya struk­turu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xü­su­silə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymət­lərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vax­taşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xa­rakter daşımır, daim pozulurdu.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin