Topdansatış qiymətləri (istehsal təyinatlı əmtəələrin qiymətləri) indeksini hesabladıqda istehsalda istifadə olunan aralıq əmtəələrin qiymətlərinin dəyişməsi müəyyən edilir. Bu qiymətlərin dəyişməsi xammal və materialların, yarım-fabrikatların, topdansatış bazarlarında son məhsul növləri qiymətlərinin dəyişməsi ilə əlaqədardır.
Nəzərdən keçirilən bu iki indeks bir-birilə qarşılıqlı surətdə əlaqədardır. Çünki sənaye əmtəələri qiymətlərinin qalxması nəticə etibarilə pərakəndə satış qiymətlərinin artmasına səbəb olur.
Qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün ÜMM-in deflyatoru (ÜMM-in qiyməti) indeksi hesablanır. Bu indeks cəmiyyətdə qiymətlərin dəyişməsini daha tam əks etdirir. Çünki ÜMM-in tərkibinə bütün son məhsul və xidmətlər daxildir. Bu, belə müəyyən edilir:
ÜMM-in qiymət Nominal ÜMM
indeksi (deflyatoru) = --------------------- ∙ 100
Real ÜMM
Burada: Nominal ÜMM–cari dövrdə həmin dövrün qiymətləri ilə xərcləri; Real ÜMM–cari dövrdə, əsas dövrün qiymətləri ilə xərcləri göstərir.
Inflyasiyanın aşağıdakı növləri vardır: 1) Açıq inflyasiya; 2) Sarsıdıcı inflyasiya; 3) Mötədil (mülayim) inflyasiya; 4) Çaparaq inflyasiya; 5) Hiper inflyasiya; 6) Tarazlaşdırılan inflyasiya; 7) Tarazlaşdırılmayan inflyasiya; 8) Gözlənilən inflyasiya; 9) Gözlənilməyən inflyasiya.
Açıq inflyasiya bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələr üçün səciyyəvidir. Bu, bir-birilə qarşılıqlı əla-qədə olan tələb və təklifin, qiymətlərin açıq şəkildə artma-sına təsir göstərməsilə əlaqədardır.
Sarsıdıcı inflyasiya inzibati-amirlik iqtisadiyyatına xas olan gizli inflyasiyadır. Çünki bu iqtisadi sistemdə qiy-mətlərə və gəlirlərə ciddi nəzarət olunur. Bu isə inflyasiya-nın açıq şəkildə özünü qiymətlərin artmasında göstərməsinə imkan vermir. Zahirən qiymətlər sabit qalır. Lakin dövriy-yəldə olan pul kütləsinin artması əmtəə çatışmazlığına səbəb olur. Bu isə öz növbəsində "gizli iqtisadiyyatın" əl-qol açma-sına gətirib çıxarır.
Sarsıdıcı inflyasiya dövründə əmtəə çatışmazlığı zahirən görünməyən inflyasiya prosesinin görünən tərəfinə çevrilir. Çünki, eyni miqdarda əmtəənin satın alınması üçün daha çox pul kütləsi tələb olunur. Sarsıdıcı inflyasiya zamanı pul kütləsinin yalnız bir hissəsi pul kimi istifadə olunur. Alıcılar əllərində olan pulun əhəmiyyətini qabarıq şəkildə göstərmək üçün aztapılan əmtəələri axtarıb tapmağa çalışırlar. Bunun nəticəsində sarsıdıcı inflyasiya şəraitində bazarın qeyri-leqal forması olan "qara bazar" əmələ gəlir.
Qara bazarda əmtəələrin əsl qiymətləri formalaşır, qiymətlərin sabitləşməsi haqqında illüziyalar isə satıcı və alıcıları çaş-baş salır, iqtisadi rifahın yaxşılaşması haqqında yanlış təsəvvür yaranır.
Dostları ilə paylaş: |