Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


AR–ın Maliyyə Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir



Yüklə 1,49 Mb.
səhifə3/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   2   3   4   5   6   7   8   9   ...   22

AR–ın Maliyyə Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir:

-Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə ölkə iqtisadiyyatının mövcud vəziyyətini təhlil edir və sosial- iqtisadi problemlərin həllinə dair təkliflər verir;

-Büdcə-vergi və gömrük siyasətinin hazırlanması və təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

-Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin layihəsini hazırlayıb AR–nın Nazirlər Kabinetinə təqdim edir, dövlət büdcəsinin tərtibi və icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir;

-Ölkənin sosial–iqtisadi vəziyyətinin təhlili əsasında büdcə mədaxilinin artırılmasına yönəldilən təkliflər hazırlayır;

-Müəyyən edilmiş qaydada dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının icrasını təmin edir;

-Qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoymanın təkmilləşdirilməsində iştirak edir;

-Pul–kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşməsinə, hesablaşmaların və pul dövriyyəsinin təşkilinin təkmilləşdirilməsinə təkliflərin hazırlanmasında iştirak edir;

-Sığorta fəaliyyətinin inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;

-Qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı funksiyaları həyata keçirir;

-Qanunvericiliklə müəyyən edimiş qaydada beynəlxalq maliyyə - kredit təşkilatları ilə əməkdaşlığı həyata keçirir;

-Dövlətin daxili və xarici borcları üzrə limiti müəyyənləşdirmək üçün təkliflər verir.



AR–nın Vergilər Nazirliyi maliyyənin idarə edilməsində mühüm rol oynayır. Bütün məcburi ödəmələrin düzgün hesablanması, tam və öz vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və onun yerlərdəki orqanlarına – Naxçıvan MR–nın Vergilər Nazirliyinə Bakı şəhər Vergilər Departamentinə. Ərazi Vergilər idarələrinə həvalə edilmişdir.

Gömrük rüsumlarının daxil olmasına Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardır:

-gömrük orqanları tərəfindən alınan vergilər üzrə yoxlamalar aparmaq;

-vergi orqanları tərəfindən alınan vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar olan bütün sənədləri yoxlamaq;

-vergi ödəyiciləri vergi qanunvericiliyini yerinə yetirmədikdə və ya kifayət qədər yerinə yetirmədikdə bankda olan hesabda əməliyyatı dayandırmaq;

-vergilər üzrə kəsiri və habelə vergi qanunvericiliyi üzrə nəzərdə tutulmuş cərimələrin tutulmasını həyata keçirmək.

Bütövlükdə gömrük orqanları AR–nın sərhədlərindən malların keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinə, gömrük rüsumlarının düzgün hesablanması və ödənilməsinə nəzarət edir.

3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması
Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Onun nəticəsi isə maliyyə planlarının (ayrı–ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə balansınadək) tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit sisteminin həlqələri ilə ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr müəyyən edilir.

Maliyyə sisteminin bütün həlqələri maliyyə planına malikdir. Maliyyə planının formaları, onun göstəricilərinin tərkibi maliyyə sisteminin müvafiq həlqəsinin spesifikliyini əks etdirir. Belə ki, kommersiya əsasında fəaliyyət göstərən müəssisələr gəlirlər və xərclər balansı; qeyri–kommersiya fəaliyyətini həyata keçirən idarələr smeta; kooperativ təşkilatları, ictimai birliklər və sığorta şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər.

Maliyyə planlaşdırılmasında iqtisadi inkişafın bu və ya digər mərhələsində həyata keçirilən maliyyə siyasətinin tələbləri əsas götürülür. Bu halda plan tapşırıqlarını yerinə yetirmək üçün pul vəsaitinin həcmi və onun mənbələri müəyyən edilir, gəlirlərin artırılması və xərclərə qənaət aşkar edilir, mərkəzləşdirilmiş və qeyri–mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün optimal nisbətləri müəyyən edilir.

Maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir. Onlardan ən əhəmiyyətlisi ekstrapolyasiya, normativ, riyazi modelləşdirmə metodlarından ibarətdir. Ekstrapolyasiya metodunda maliyyə göstəriciləri onların dinamikasını aşkar etmək əsasında müəyyən edilir, hesablamada hesabat dövrünün göstəricilərindən istifadə olunur. Normativ metod müəyyən edilmiş norma və normativlərdən istifadəyə əsaslanır. Riyazi modelləşmə metodu real iqtisadi–sosial proseslərdə maliyyə modelinin qurulmasından ibarətdir.

Maliyyə resurslarının formalaşması mənbələri ilə birlikdə onların istifadəsi istiqamətlərini uyğunlaşdırmaq, maliyyə planının bütün bölmələrini öz aralarında ələqələndirmək üçün balans metodu tətbiq edilir.

Maddi istehsal sahələrində planlaşdırma zamanı geniş forma ilə birlikdə gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) maliyyə planı tərtib edilir.

Maliyyə planının tərtib olunmasının məqsədi maliyyə göstəricilərinin qısa, orta və uzun müddətə proqnozlaşdırılması əsasında maliyyə vəsaitlərinin, kapital və ehtiyatların mümkün həcminin müəyyən olunmasıdır. Maliyyə planının əsas strategiyası təsərrüfatçılıqla məşğul olan subyektlərdə mənfəətin mənbələrinin və məsrəflərin istiqamətlərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə firma maliyyə planından istifadə edərək sərəncamında qalan xalis mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir.

Qoyulan məqsəddən asılı olaraq müəssisələrdə maliyyə planları bir qayda olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji maliyyə planları da işlənib hazırlanır. Buna müvafiq olaraq perspektiv, cari və operativ planlar mövcuddur.

Maliyyə planı işlənib hazırlanarkən əvvəlki dövrün maliyyə hesabatları məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək üçün zəruridir. Çünki, belə təhlil arzuolunmaz kənarlaşdırmaları arzu etməyə və planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir.

Maliyyə planlaşdırılmasının müasir praktikasında fərqlənən digər mühüm cəhət illik planların və operativ göstəricilərin eyniyyat təşkil etməsidir. Daha doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür.

Planı işləyib hazırlayarkən fəaliyyət istiqamətlərini, təsərrüfat, investisiya, maliyyə istiqamətlərinin dəqiq hüdudunu müəyyən etmək lazımdır. Bu, pul axılarının idarə edilməsinin səmərəliliyini yüksəldir. Həmçinin konkret təsərrüfatçılıq şəraitindən (rüblük, illik və ya daha çox) asılı olaraq planlaşdırma intervalını qabaqcadan müəyyən etmək də lazımdır.

Proqnozlaşdırma uzun müddətə idarəetmə obyektinin maliyyə vəziyyətinin dəyişdirilməsinə, işlənib hazırlanmasına yönəldilmişdir. Proqnozlaşdırmanın xüsusiyyəti maliyyə göstöricilərinin və idarəetmə obyektinin inkişafının variantlarını müəyyən edən parametrlərin işlənib hazırlanmasında alternativlikdən ibarətdir. Proqnozlaşdırmanın ən geniş yayılmış metodu – ekspert qiymətləndirilməsini nəzərə almaqla inkişafın bərqərar olmuş meylinin ekstropolyasiya (kənarlaşma) və səbəb–nəticə əlaqələrinin təhlili metodlarıdır.

Maliyyə proqnozlaşdırılması gələcəkdə müəssisənin mümkün maliyyə vəziyyətinin öyrənilməsində, müəyyən xərcləri maliyyələşdirərkən müəssisələrin zəruri sabitliyini təmin etmək üçün maliyyə sahəsindəki strategiyanın əsas istiqamətlərini işləyib hazırlamaqda ifadə olunur. Belə proqnoz hər şeydən əvvəl müəssisənin özü üçün əhəmiyyətlidir. Çünki, müəssisənin davam edən fəaliyyəti kapital cəlb edilməsini və müflisləşmənin qarşısının alınmasını tələb edir. Sivil bazar şəraitində rəqabət satış həcminin çoxaldılmasına, xərclərin aşağı salınmasına, məhsulun keyfiyyətinin təmin edilməsinə, istehsal fəaliyyətinin diversifikasiyasına təhrik edir. Bu isə öz növbəsində daima kapital axınını və maliyyə sabitliyini tələb edir.

Bununla yanaşı proqnoz anlayışından maliyyə planının tərtibi üçün zəruri olan hesablamaları, məsələn, məhsul həcminin reallaşdırılması proqnozunu, xərclərin miqdarı proqnozunu və s. hesablamaq üçün də istifadə edilir. Bu hesablamalara müəyyən çeviklik verir, dəyişən şəraitdən asılı olaraq düzəlişlər etməyə imkan verir.

Müəssisənin maliyyə vəsaitinin perspektiv proqnozu iqtisadi informasiyanın xarici istifadəçiləri üçün də əhəmiyyətə malikdir. Bunların sırasına kreditlərin vaxtında qaytarılmasında maraqlı olan banklar daxildir. Bu banklar ssuda borcu olan müəssisələri kreditləşmə prosesində maliyyə resursları ilə təmin edir. Ona görə də bu bankların müştərilərin cari maliyyə hesabatları ilə tanış olmaq icazələri və təhlil, proqnozlaşdırma aparmaq imkanları vardır. Qərb ölkələrinin təcrübəsinə əsasən demək olar ki, banklarla müəssisələrin müflisləşməsini proqnozlaşdırmaq üzrə əhəmiyyətli işlər yerinə yetirilir.

Maliyyə proqnozlaşdırılması dəqiq plan üçün münasib hesab edilən illik və perspektiv maliyyə planlaşdırılması üçün əsas yaradır.
4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi
Maliyyənin idarə edilməsinin mühüm bir hissəsi iqtisadi-riyazi metodların və elektron-hesablama texnikasının istifadəsinə əsaslanan idarəetmənin avtomatlaşdırılmış sistemidir (İAS). İdarəetmənin avtomatlaşdırılmış sistemi maliyyə orqanları strukturunun ayrılmaz hissəsi olub, maliyyəni idarə edilməsinin mühüm strukturudur və maliyyənin daha səmərəli fəaliyyət göstərməsini təmin edir.

Bazar iqtisadiyyatı şəraitində maliyyənin idarə edilməsi sistemində avtomatlaşdırmanın tətbiq edilməsi idarəetmənin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması imkanlarını və maliyyə orqanlarının işinin səmərəliliyini xeyli artırır.

Çoxsaylı mülkiyyət formasına, əmtəə istehsalçılarının rəqabətinə, inkişaf etmiş maliyyə sisteminə əsaslanan bazar iqtisadiyyatı iqtisadi və maliyyə informasiyasının böyük axınını yaradır. Bütün bunlar informasiyanın toplanması, saxlanması və istifadəsinin təşkili sistemi kimi informatika sahəsinə istiqamətlənmək səriştəsini tələb edir.

Maliyyənin AİS iqtisadi və riyazi metodların, elektron-hesablama texnikasının, texniki təşkil və müasir rabitə vasitələrinin məcmusudur. O, uçot, planlaşdırma və xalq təsərrüfatının idarə edilməsi üçün informasiyaların toplanması və işlənməsinin ümumdövlət avtomatlaşdırılmış sisteminin ali sistemi kimi çıxış edir.

Dövlət maliyyəsinin idarə edilməsində maliyyə hesablamalarının avtomatlaşdırılmış sistemindən (MHAS) istifadə edilir. Belə ki, AR-nın Maliyyə Nazirliyi sistemində maliyyə orqanları strukturunun ayrılmaz tərkib hissəsinə çevrilmiş MHAS fəaliyyət göstərir. Bu sistem informasiyaların toplanması, işlənməsi və təhlilinin əmək tutumluğunun azaldılması əsasında maliyyənin səmərəli idarə edilməsinə, maliyyə planlarının çoxvariantlı hesablamalarının təmin edilməsinə və onların öz aralarında daha yaxşı razılaşdırılmasına, maliyyə orqanları aparatının strukturunun təkmilləşdirilməsinə şərait yaradır.

Hazırda aşağı maliyyə orqanlarında maliyyə hesablamalarının avtomatlaşdırılmasının tətbiqi aktual əhəmiyyət kəsb edir. Bu xüsusilə vergi ödəyiciləri üzrə çoxsaylı, daim dəyişən məlumatlarla işləyən vergi idarələri üçün aktual hesab edilir. Bu iş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin MHAS ilə qarşılıqlı əlaqədə aparılır.



Mövzu 4: Maliyyə bazarı

P L A N
1.Maliyyə bazarının mahiyyəti və rolu

2.Maliyyə bazarları və onların növləri

3.Azərbaycanda maliyyə bazarının ümumi xarakteristikası

1. Maliyyə bazarının mahiyyəti və rolu
Bazar iqtisadiyyatına keçid dövründə maliyyə resurslarının fasiləsiz olaraq ölkə iqtisadiyyatına cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və onun dünya iqtisadiyyatı sisteminə inteqrasiyasının dərinləşməsi iqtisadiyyatın dinamik inkişafına şərait yaratmışdır. Daxili və xarici resursların iqtisadi inkişafa cəlb edilməsini təmin edən maliyyə bazarının mövcudluğu zərurətinə çevrilir. Belə ki, müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm mikroiqtisadi səviyyədə, həm də dövlət səviyyəsində onların maliyyə resursları ilə təmin edilməsində mühüm rol oynayır. Deməli, bazar iqtisadiyyatının inkişafı maliyyə bazarı olmadan mümkün deyildir. Maliyyə bazarı pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur.

Maliyyə bazarı – elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölgüsünü təmin edən bazardır. Maliyyə bazarının məqsədi – pul vəsaitlərinin səmərəli çəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir.

Maliyyə bazarı - əmanət toplayanların vəsaitlərini birbaşa borc götürənlərə təqdim edilməsinə şərait yaradan maliyyə institutlarıdırlar. Qriqori Mənkyu (Ekonomiksin əsasları – Bakı 2008 səh .562)

Maliyyə bazarının yaranması zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının çatışmamazlığı özünü büruzə verir. Bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin edilməsinin mühüm forması kimi maliyyə bazarı çıxış edir. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır.

Maliyyə bazarının rolu onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Müasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir:

- pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək; təcrübədə o, özünü müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı - satqısı, maliyyə ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;

- bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətləri müəyyən olunur. Burada həmçinin aktivlərin geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir;

- maliyyə bazarı investorlar üçün pulların ən səmərəli istiqamətlərə yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;

- maliyyə bazarının başlıca funksiyalarından biri də maliyyə ehtiyatlarının köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri) minimuma endirilməsindən ibarətdir.

Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehsalçıları üç qrupa bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət. Maliyyə resurslarının alqı-satqısı iki yolla: birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi, bir və ya bir neçə vasitəçilərin köməyi ilə həyata keçirilir.

Maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsini həyata keçirən kredit təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qeyri-dövlət pensiya fondları, investisiya fondları, sığorta kompaniyaları çıxış edir.

Vəsaitlərin cəlb edilməsi əlamətlərinə görə maliyyə bazarları strukturlarına daxildir: borc və kredit bazarları, qiymətli kağızlar bazarları və deriativlər bazarı, lizinq və faktorink xidməti bazarları, etimadlılıq əməliyyatı bazarı (öz pul komponentləri hissəsində) və sığorta bazarı.

Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür:

- daxili və ya milli maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların xüsusi çəkisi cüzi olur;

- dünya maliyyə bazarları. Onların resursları müxtəlif dövlətlərin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir.

İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf etməkdə olan bazarlara bölünür (çox hallarda yaradılmaqda olan və ya formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır).

Maliyyə bazarının iştirakçıları və ya subyektləri aşağıdakılardır:

- investorlar – tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və investisiya kimi istifadə edən müəssisə və təşkilatlar;

- əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif yığımlar həyata keçirən fiziki şəxslər;

- borc alanlar – kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və ya maliyyə ehtiyatlarının çatışmamazlığını “hiss” edən müəssisə və təşkilatlar, həmçinin dövlət hakimiyyəti orqanları.

Bu deyilənlərlə yanaşı, maliyyə bazarının subyekti kimi fəaliyyət göstərən müxtəlif vasitəçilər, ixtisaslaşdırılmış maliyyə-kredit institutları da mövcuddur. Subyekt kimi fəaliyyət göstərən vasitəçilər aşağıdakılardır:

1.Maklerlər. Onlar həqiqi vasitəçi kimi çıxış etməklə investorların və ya borc alanların tapşırığı əsasında fəaliyyət göstərərək komission şəklində gəlir əldə edirlər. Maklerlər hüquqi və fiziki şəxslərdən ibarət ola bilər.

2. Dilerlər. Onlar sərbəst surətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər vasitəçilərlə, hətta investor və borc alanlarla da birbaşa sövdələşməyə girirlər.

3. İxtisaslaşdırılmış maliyyə-kredit institutları. Bura investisiya bankları, maliyyə şirkətləri, sığorta şirkətləri və s. daxildir. Onlar həm investor, həm borc alan, həmçinin də vasitəçi kimi çıxış edirlər.




2. Maliyyə bazarları və onların növləri
Maliyyə infastrukturlarının fəaliyyəti genişləndikcə maliyyə bazarının formalaşmasında və inkişafında nəzərə зarpacaq dərəcədə irəliləyiş baş verir. Belə ki, müxtəlif mülkiyyət formalı istehsal müəssisələri arasında vasitəçilik edən maliyyə bazarının subyektləri iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında aparıcı rol oynayır, kommersiya uğurlarının əldə edilməsinə kömək edir, maliyyə-kredit resurslarının təmərküzləşməsinə və bu resursların iqtisadiyyatın daha səmərəli və yüksək ödəmə qabiliyyətli sahələrinə ödənilməsinə şərait yaradır.

İqtisadi ədəbiyyatlarda maliyyə bazarının təsnifatı haqqında iqtisadçı alimlər arasında vahid fikir yoxdur.

Maliyyə bazarının əsasını tələb və təklif əsasında vasitəçilərin köməyi ilə kreditorlarla borc götürənlər arasında kapitalın yenidən bölgüsü mexanizmi təşkil edir.

Ümumiyyətlə, borc bazarı, kapital bazar, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı, lizinq bazarı və s. maliyyə bazarının tərkib hissələridir.





Maliyyə bazarları (ssuda kapitalı bazarı)





Valyuta bazarı



Pul vəsaiti bazarı

Qızıl bazarı

Kapital bazarı


Borc kapitalı bazarı



Pay qiymətli kağızlar bazarı



Bank ssudası bazarı



Borc qiymətli kağızlar bazarı

Törəmə qiymətli kağızlar bazarı və

ya müddətli bazar

Qiymətli kağızlar bazarı (fond bazarı)














Spot

Müddətli

Birja

Birjadankənar

Birinci (ilkin)

İkinci (təkrar)





Forford


Fyucers

Opsion

Svop bazarı

Valyuta bazarı subyektləri aşağıdakı növ əməliyyatları həyata keçirir: alıcılıq qabiliyyətini ötürmə, birləşdirməni (açıq valyuta mövqeyini sığortalama), möhtəkirlik (valyuta məzənnəsinin və ya faiz dərəcəsinin dəyişməsinin gözlənilməsindən fayda), faiz dərəcəsinin arbitrajı (depozitlərin qəbul edilməsindən, razılaşdırılmış dövrdə daha yüksək dərəcə ilə onların yenidən yerləşdirilməsindən fayda əldə etmək).

Alıcılıq qabiliyyətinin ötürülməsi aşağıdakı tipik bağlaşma növündə həyata keçirilir:

kassa (spot) – valyutanın təcili surətdə, hər şeydən əvvəl sövdələşmə bağlanıldıqdan iki iş günü ərzində verilməsini nəzərdə tutur;

müddətli (forvard) – valyutanın dəqiq müəyyən edilmiş vaxt ərzində verilməsini nəzərdə tutur;

svop – müxtəlif istifadə müddətli satış və alış əməliyyatlarının birgə həyata keçirilməsini nəzərdə tutur.

1. Qızıl bazarı – qızılın həm yığım və ölkənin qızıl ehtiyatlarının artırılması və həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqısı ilə əlaqədar olan iqtisadi münasibətlər sferasıdır. Qızıl bazarlarında əsasən yeni hasil edilən qızıl, dövlət və xüsusi qızıl ehtiyatları, qızıl pullar alınıb-satılır. Təşkilatı baxımdan qızıl bazarı bir neçə bankdan ibarət konsorsum olub, qızılın alqı-satqısı üzrə sazişlər bağlayır. Bu banklar alıcılar və satıcılar arasında vasitəçi rolunu oynayırlar.

Dünya qızıl bazarlarına misal olaraq London, Sürix, Nyu-York, Çikaqo, Honkonqu misal göstərmək olar.



2. Kapital bazarı maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur. İnkişaf etmiş ölkələrin təcrübəsində hesab edilir ki, əgər maliyyə alətlərinin tədavül müddəti bir ildən azdırsa, onda pul bazarının aləti hesab edilir. Uzunmüddətli alətlər ( beş ildən artıq) kapital bazarına aiddir. Dəqiq desək, bir ildən beş ilədək “Sərhəd sahəsi ” vardır ki, bu da orta müddətli alət və bazar hesab edilir. Azərbaycanda maliyyə alətlərini uzun müddətə və qısa müddətə bölünməsi bir az fərqlidir. Qısamüddətli alətlərə tez-tez 6 aydan artıq tədavül müddətli alətlər aiddir.

Pul bazarı alətləri ilk növbədə dövlət təşkilatlarını və biznes sahəsini likvid vəsaitlə təmin edilməsinə xidmət etdiyi halda, kapital bazarının alətləri əmanət və investisiyalaşma prosesi ilə əlaqədardır.

Pul bazarının alətləri xəzinə vekselləri, bank akseptləri, bankların depozit sertifikatlarından ibarətdir. Kapital bazarının alətlərinə isə, məsələn, uzunmüddətli istiqrazlar, səhmlər, uzunmüddətli ssudalar aiddir.

Nəzərə almaq lazımdır ki, nəğd və nəğdsiz pullar öz-özlüyündə pul bazarında yalnız o hallarda tədavül edir ki, əgər onların özləri əmtəədirsə və əmtəə və xidmət bazarında olduğu kimi əmtəə dövriyyəsinə xidmət etmirlərsə.



Kapital bazarı öz növbəsində ssuda (borc) kapital bazarına və pay qiymətli kağızlar bazarına bölünür. Belə bölgü bu bazarda satılan əmtəələrin (maliyyə alətləri) alıcıları və maliyyə alətlərinin emitentləri arasında münasibətlərin xarakterini ifadə edir. Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır və qalan hallarda isə bu kredit münasibətləri olur.

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin