Fənn: Multikulturalizmə giriş Qrup: mq2-19 Müəllim


Müasir Azərbaycanda dövlət-din münasibətləri



Yüklə 491,24 Kb.
səhifə4/5
tarix10.05.2022
ölçüsü491,24 Kb.
#57133
1   2   3   4   5
AbdullazadəGülgün Multi

Müasir Azərbaycanda dövlət-din münasibətləri.

Müasir beynəlxalq aləmdə dövlət-din münasibətlərinə dair aparılan müzakirələr həm nəzəri, həm də praktik baxımdan aktuallığını daim qoruyur. Dövlət-din və siyasətin arasındakı əlaqələr, demək olar ki, insanın tarixi təşəkkülünün ilk dövrlərindən etibarən başlanır. Cəmiyyət həyatının bərqərar olması və davam etməsi üçün zəruri olan siyasət institutu (dövlət) və onun din institutu ilə qarşılıqlı münasibətləri qaçılmazdır. Buna görə də hər bir siyasi iqtidar din ilə bağlı müəyyən siyasət fəlsəfəsi mənimsədiyi kimi, dinlər də öz növbəsində, cəmiyyətin siyasi, ictimai və iqtisadi nizamının tənzimlənməsinə dair bir çox qaydaqanunlar təqdim etmişdir.

Beləliklə, dövlət və din arasındakı sıx münasibətlər nəticəsində, hər cəmiyyət öz tarixi təcrübəsinə müvafiq olaraq, bu iki ictimai institutun qarşılıqlı əlaqələrini özünəməxsus formada tənzimləmiş, nəhayət, bir-birindən fərqli dövlət-din münasibətləri modelləri meydana gəlmişdir. Müasir dövrdə din amilinin qlobal siyasətdə çəkisinin və rolunun artması, dinin ictimai həyatda əhəmiyyətini itirməsini və fərdi məsələ halına gəlməsini nəzərdə tutan sekulyarizasiya nəzəriyyəsinin özünü doğrultmaması, həmçinin digər məsələlər dövlət-din münasibətlərinin aktuallığını daha da artırmışdır. Beləliklə, günümüzdə bu mövzu da yeni-yeni tezislər və nəzəriyyələr irəli sürülməkdədir. Qərb dünyasının elmi dairələrində bu sahədə, xüsusilə geniş ədəbiyyat yaranmışdır. Təqdirəlayiq haldır ki, artıq ölkəmizdə də dövlət və din münasibətləri elmi tədqiqatların, dissertasiyaların və bir çox monoqrafiyaların aktual probleminə çevrilmiş, dövlət-din münasibətləri nəzəri, hüquqi və s. aspektlərdən araşdırılmağa başlanmışdır.

1991-ci ildə Sovet İttifaqının süquta uğraması nəticəsində, yetmişillik əsarətdən qurtularaq müstəqilliyini elan edən Azərbaycan Respublikası üçün din və dövlət münasibətləri aktual mövzulardan birinə çevrilmişdir. Azərbaycan xalqı XIX əsrin əvvəllərindən başlayaraq, Çar Rusiyasının xristianlaşdırma, XX əsrin 1920-ci ilindən sonra isə Sovet Rusiyasının ateizm siyasətinə məruz qalmışdır. Butün bunlara baxmayaraq, Azərbaycan xalqı öz dinini və milli-mənəvi dəyərlərini qoruyub saxlamışdır. Doğrudur, sovet hakimiyyətinin ateist siyasətinin təsiri altında İslam öz dini rituallarını və ayinlərini olduğu kimi saxlaya bilməsə də, xalq mədəniyyəti, adət-ənənələr, milli mentalitet müstəvisində varlığını davam etdirmişdir.

Nəhayət, Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra, dövlətimizin hər sahəsində olduğu kimi, din-dövlət münasibətlərində də yenidənquruluş prosesi başlandı. Milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, ictimai-siyasi cəhətdən sekulyar bir cəmiyyət modelini nümayiş etdirən cəmiyyətimizdə müstəqillikdən sonra dini dəyərlərin sürətli yayılması heç də təəccüb doğurmadı. Digər tərəfdən, xarici dini təşkilatlar və konfessiyaların təsiri ilə cəmiyyətin dini strukturu get dikcə plüralizmə doğru inkişaf etməyə başladı.

Bu situasiya müstəqil Azərbaycan Respublikasına yeni çağırış idi. Müstəqillik təcrübəsini inkişaf etdirməyə çalışan Azərbaycan dövləti dini təhlükəsizliyi milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirib, ölkənin hüquqi, dünyəvi və unitar bir respublika olmasında qətiyyətli addımlar atdı. Nəhayət, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətin dünyəvilik prinsipinə sadiq qalacağını ümumxalq referendumu ilə təsdiqlədi. Bununla belə, dövlət-din münasibətlərinin daimi və dinamik inkişaf xətti bu mürəkkəb əlaqələrin nəzəri və hüquqi aspektlərdən yenidən təhlil olunmasını zəruri edir.

Müstəqillikdən sonra Azərbaycanda dini və milli dəyərlərin dirçəlişi prosesi sürətlənmişdir. Qeyd edək ki, müstəqilliyin ilk illərində dindarlaşma prosesi ilə yanaşı, dini konfessiyaların sayında və miqyasında da əhəmiyyətli dərəcədə artım müşahidə edilməyə başlanmışdı. Bəzi radikal dini qrupların təsiri altında bu proses dini tolerantlıq mühitinə mənfi təsir göstərirdi. Statistik məlumatları nəzərdən keçirdikdə isə görürük ki, dindarlaşma prosesi nisbətən sabit xarakter almış və dövlətin din siyasəti nəticəsində dinlərarası və konfessiyalararası tolerant mühit təmin edilmişdir.

Azərbaycanda dini mühitin inkişaf istiqamətinin təhlil edilməsi üçün həm tarixi-nəzəri yanaşmalara, həm də empirik-statistik tədqiqatlara ehtiyac hiss olunur. Belə tədqiqatlar cəmiyyətdə tolerant və multikultural münasibətlərin əsas amillərinin təsbit edilməsi, ictimai-siyasi, iqtisadi və digər sahələrdə dinamik dəyişikliklərin dini tolerantlıq mühitinə təsirlərinin təhlili, dini radikalizmin, dinin siyasiləşməsinin və fundamentalizmin qarşısının alınması istiqamətində işlərin aparılması üçün böyük əhəmiyyət kəsb edir.




Yüklə 491,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin