FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


- İlkin oxu vərdişlərinin aşılanması



Yüklə 0,72 Mb.
səhifə56/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   52   53   54   55   56   57   58   59   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

- İlkin oxu vərdişlərinin aşılanması.

- Oxu vərdişlərinin inkişaf etdirilməsi prinsipləri:

- Oxu və onu anlama;

- Oxu və fonetik eşitmə;

- Oxu və görmə;

- Nitq və Təfəkkürün inkişaf etdirilməsi yolları:

- şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi;

- şagirdlərin Nitq və Təfəkkürünün inkişafına mane olan amillərin aradan qaldırılması.
Oxu təlimi ana dili tədrisinin əsasınıda dayanan iki sahədən biridir. Tədrisin ilk saatlarından başlayaraq, oxu dərslərinin əsas prinsipi şagirdlərin nitq vərdişlərini inkişaf etdirməkdir.

Oxu təlimi proqram üzrə təqdim edilmiş “Oxu” dərslikləri əsasında aparılır. Bəzi elmi-kütləvi mətnləri çıxmaq şərtilə, “Oxu” dərslikləri bədii əsərlərdən ibarətdir və sistematik xarakter daşıyır.

Oxu təliminin əsas vəzifəsi şagirdlərin bədii-estetik və idrak qabiliyyətlərini inkişaf etdirmək, onlarda geniş dünyagörüşü formalaşdırmaq, habelə onlara mənəvi-iradi və mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Oxu materialları şagirdlərin hiss və duyğularını zənginləşdirir, onlarda söz ehtiyatını artırır, nitq və təfəkkür qabiliyyətlərini formalşdırır.

Oxu şagirdlərdə mütaliə maraqları yaradır. Onların mütaliə mədəniyyətinin teşekkül tapmasına ve formalaşdırmağa xidmət edir.

2. Oxunun növləri.

Oxunun iki növü var: 1) səsli oxu, 2) səssiz oxu.

Səsli oxu ilkin oxu priyomudur. Tədrisin ilk saatlarından başlayaraq, oxu dərslərinin əsas prinsipi şagirdlərin nitq vərdişlərini inkişaf etdirməkdir. Ucadan oxu və tələffüz savad təlimi dövrünün əsas prinsipidir.

Ucadan oxu şagirdlərin nitq vərdişlərini inkişaf etdirir. I-II sininflərdə ucadan oxuya üstünlük verilir. Səsli oxu təlim metodikasında xüsusi əhəmiyyət daşıyır. Sinif oxusu zamanı şagirdlər sözləri, mətni dinləyir və tələffüzə diqqət yetirir, məzmunu yadda saxlayırlar. İfadəli oxu Səsli oxu deməkdir: müəllim növbə ilə bütün şagirdləri ifadəli oxudur. Sözləri xorla tələffüz etmək, rollar üzrə oxu da səsli oxu növlərindəndir. Bütün sinif oxuları səsli oxudur.

Səsli oxu şagirdərin oxu qabiliyyətlərini formalaşdırır, gələcəkdə irihəcmli mətnlərin səssiz oxusuna zəmin yaradır. Səsli oxu ilə şeirləri, hər hansı bədii parçanı əzbərləmək mümkündür.

Səssiz oxu- eşidilməyən, tələffüz edilməyən oxudur. Səssiz oxuda Nitq hərəkəti olmur . Səssiz oxu şagirdlərin sürətli oxu vərdişlərini inkişaf etdirir. Səssiz oxu, əsasaən, gözlə oxudur: bu zaman söz bir işarə kimi görünür, sürət artır. Səssiz oxu zamanı Gözün görmə və hərəkət fəallığı artır. İlk illərdən başlayaraq, şagirdlərdə səssiz oxu bacarıqları get-gedə artırılmalıdır. Evə verilmiş tapşırıqlara əsasən, səssiz oxudan geniş istifadə edilməlidir. İrihəcmli əsərlərin oxusu üçünu səssiz oxu xüsusi yer tutur. Səssiz oxu şagirdi yormur, onun psixoloji əhvalında bir sakitlik yaradır.

3. Oxunun sürəti üzrə normalar və metodiki tələblər.

- Normalar

Savad təliminin ilk mərhələlərində asta, aşağı sürətli oxudan istifadə edilir.

Sonrakı mərhələlərə hazırlıq üçün oxunun sürəti getdikcə artırılmalıdır. Hər iki oxu növü üzrə şagirdlər həm asta, həm də sürətli (daha sürətli) oxumağı bacarmalıdırlar.

Asta, yavaş oxu ilə irihəcmli əsərləri mənimsəmək çətindir.

Ümumiyyətlə, nə çox ləng , nə də çox sürətlə oxumaq materialın mənimsdilməsi üçün effektli deyil. Ən yaxşı səsli oxu –normal sürətli oxudur.

İbtidai siniflər üzrə normal oxu sürəti, təqribən aşağıdakı qaydada olmalıdır:

- I sinifdə dərs ilinin sonunda dəqiqədə 20-25 söz söyləmək;

- II sinifdə dərs ilinin birinci yarısında dəqiqədə 25-30 söz,

dərs ilinin ikinci yarısında dəqiqədə 40-45 söz söyləmək;

- III sinifdə dərs ilinin birinci yarısında dəqiqədə 50-60 söz,

dərs ilinin ikinci yarısında dəqiqədə 65-75 söz;

- IV sinifdə dərs ilinin birinci yarısında 80-90 söz,

dərs ilinin ikinci yarısında 95-105 söz söyləmək.

-Tələblər:

Sürətli oxu vərdişlərinin yaradılması üçün aşağıdakı üsullardan istifadə etmək olar:

- Mətnin oxusundan əvvəl suallar təqdim etmək— bu oxunan mətnin (parçanın) şüurlu şəkildə yadda saxlamağı tələb edir;

- Dramatik oxu vərdişi yaratmaq: təhkiyə, nəql oxusu, obrazların nitqi üzrə oxu tərzinin tələb edilməsi;

-- İki nəfərin oxusu— obrazların nitqini fərqləndirmək üçün istifadə etmək olar;

-- şeirlərin oxusu üzrə tələffüz ritmini tutmaq;

--əzbərlənmiş şeirin ifadəli oxusu üzrə oxu sürətini formalaşdırmaq;

- mətnin hissə-hissə, parça-parça oxusu üzrə sürəti tənzimləmək;

- Obrazların xarakterinə, təbiət təsvirinə, nəql hissəsinə aid seçmə oxudan istifadə etmək;

- sürətli və şüurlu oxu üzrə yarış keçirmək və s.


5. Oxuda düzgünlük tələbi:Normal oxuya yiyələnmək üçün tövsiyələr:

1) oxuda düzgünlük təmin edilməlidir, Bunun üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:

- sözlər aydın, səlis tələffüz edilməli;

- oxu zamanı səs artırmamaq və ya səsi buraxmamaq, heca artırmamaq və ya heca buraxmamaq;

- sözü axıradək oxumaq, axırıncı səsləri, yaxud hecanı aydın demək;

- ədəbi tələffüzə riayət etmək (bütün bunlar üçün müəllim hər sözün oxusuna diqqət yetirməlidir);

- Cümlələri aydın məntiqlə oxumaq;

- oxuda durğu işarələrinin tələblərinə əməl etmək;

- sözün qrammatik formasını, tərkibini dəyişməmək;

- cümlədə söz buramamaq, yaxud söz artırmamaq;

- sözləri və cümlələri təkrarlamamaq;

- sözlərin sintaktik bağlılığını pozmamaq, uzlaşmanı gözləmək;

- mızıltı ilə oxumamaq, kəkələməyə yol verməmək və s.

I sinifdə şagirdlər normal oxuya yiyələnməlidirlər. Əks təqdirdə sinifdə normal mənimsəmədən sözhbət gedə bilməz.


6. Oxuda şüurluluq tələbi.

Oxu şüurlu ölmalıdır: şagirdlər oxuduqlarını anlamalı. Yadda saxlamalı və nəql etməyi, haqqında danışmağı bacarmalıdır. Bnun üçün hər bir sözün, cümlənin, təsvir və təhkiyənin məzmununu qavramalıdır. Nağıl və hekayələrin süjet xəttini dəqiq izləmək və yadda saxlamaq üçün şagirdlər oxuduqları parçalara və cümlələrə şüurlu yanaşmalıdır. Əzbərləmək deyil, başa düşmək, anlamaq gərəkdir. Şagirdlər əzbərlədikləri şeirlərin də hər bir misrası, bəndi üzrə məzmunu nəql edə bilməlidir. Bu, yalnış mənaları və təsvirləri, fikir və ifadələri qavramaq, başa düşməklə mümkündür.

Oxunun şüurluluğunu təmin etmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhətdir:

- mətndəki sözlərin, ifadələrin, cümlələrin, təsvirlərin mənalarını anlamaq tələbi;

- təhkiyədəki faktlara, təvirlərə, obrazlara aid məlumatlara, təqdimlərə diqqət yetirmək;

- hadisə və əhvalatların məzmununu anlamaq;

- təsvir tə təhkiyədəki təfərrütları yadda saxlamaq;

- əsərin məzmunundakı təfsilatlara, incə detallara belə diqqət yetirmək və onları yadda saxlamaq;

- nağıl və hekayələrdə ardıcıllığı yadda saxlamaq;

- obrazların fərdi xüsusiyyətlərini ifadə edən təsvirləri yadda saxlamaq;

- əsərin ideyasına dair faktları başa düşmək;

- əsərin məzmununu öz sözləri ilə nəql etmək bacarığına yiyələnmək;

- əsər məzmunu, obrazların xarakteri üzrə əlamətləri səciyyələndirməyi bacarmaq və s.

Ümumiyyətlə oxunun şüurluluğunu təmin etmək üçün əsərə bütöv, tam, dolğun ve geniş şəkildə yanaşmaq gərəkdir.

Oxuda şüurluluq təlimin əsas tələblərindən biridir. I sinfdə şagirdlər səsli, tələffüzlü oxuya üstünlük verirlər. Bu dövrdə məzmunu öyrənmək, onu nəql etmək vərdişləri hələ normal həddinə çatmayıb

Beləliklə, Tədrisdən əsən məqsəd tədicən şüurlu oxu qabiliyyətləri aşılamaqan ibarətdir. Mətnin məzmun və ideyasını, obrazların xarakterik xüsusiyyətlərini öyrənmək üçün oxuya şüurlu yanaşmaq gərəkdir. Sözlərə, cümlə və fikirlərə, təsvirlərə, təhkiyə prosesinə diqqət yetirməkbaşa düşmək, onu şüurlu şəkildə yadda saxlamaq əsas şərtdir

SON



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin