Uçuşun effektivliyini və təhlükəsizliyini təmin edən aspektlərdən ən vacibi hava gəmisinin cari hündürlüyü haqqında məlumatdır. Daha geniş yayılmış ölçmə üsulu, atmosfer havasının mütləq təzyiqi ilə Yer səthinin səviyyəsindən yuxarıda müvafiq hündürlük arasındakı funksional asılılığa əsaslanmış barometrik üsuldur. Başqa sözlə , barometrik şkalasını hündürlük vahidi ilə (yəni metrlərdə) dərəcələndirərək uçuşun hündürlüyünün mütləq (yaxud nisbi) ani qiyməti haqqında məlumata malik ola bilərik. Bu cür qurğu barometrik hündürlük ölçən adlanır. Hündürlük ölçənin şkalasının sıfır nöqtəsinin hansı təzyiqə uyğun olmasından asılı olaraq:
həqiqi hündürlük – hesab başlanğıcı kimi təyyarənin cari yer səthinə nəzərən hündürlük səviyyə qəbul olunmuşdur.
mütləq – hesab başlanğıcı kimi Baltik dənizinin səviyyəsi qəbul olunmuşdur.
nisbi hündürlük kimi – hesab başlanğıcı kimi nəzərdən keçirilən aerodromun səviyyəsi qəbul olunmuşdur.
Həqiqi hündürlük anlayışı deyiləndə hava gəmisinin konkret ərazisinin relyefinə nisbətən uçuş hündürlüyü nəzərdə tutulur. O, prinsipial olaraq alayı üsulla ölçülür. Tutaq ki, (aşağı, Yer səthinə ən yaxın, polyar və mötədil en dairələrində 8-11 km hündürlüyə, tropiklərdə isə 15-18 km hündürlüyə qədər uzanan atmosfer təbəqəsi) müəyyən hündürlüyündə kəsim sahəsi olan və hündürlüyü olan elementar hava həcmi ayrılmışdır. Hesab edək ki, Yerin səthində havanın təzyiqi -dır, hündürlüyündə isə -dir (şəkil 1.1).