FəSİl IV. Fermentativ fəallığın təyini üsulları. Fermentlərin vahidləri



Yüklə 1 Mb.
səhifə2/10
tarix01.01.2022
ölçüsü1 Mb.
#50241
1   2   3   4   5   6   7   8   9   10
Enzimologiya kollekvum 2

Polyarimetrik üsul


Bəzi fermentlərin fəallığı polyarimetrik üsul vasitəsilə təyin olunur. Bu üsul, məsələn, β -fruktofuranozidaza fermentinin fəallığını təyin etmək məqsədilə istifadə oluna bilər. Polyarimetriyanın tətbiqi fermentativ reaksiyanın gedişi boyunca məhlulun xüsusi fırlanma dərəcəsinin dəyişməsinin təyininə əsaslanır. Qlükozanın xüsusi fırlanma dərəcəsi [α]D20 + 52,5⁰-ə bərabərdir. Saxaroza məhlulu daha yüksək sağa fırlanma dərəcəsi ilə xarakterizə olunur (+66,5⁰), saxarozanın hidrolizi zamanı əmələ gələn fruktoza isə güclü sol fırlanma dərəcəsinə (-92,4⁰) malikdir. Beləliklə, əgər biz polyarimetrin borucuğuna saxaroza və β-fruktofuranozidaza fermentindən ibarət məhlulu yerləşdirsək, burada aşağıdakı hadisə müşahidə olunacaq. Saxaroza məhlulu sağ fırlanma ilə xarakterizə olunur, lakin reaksiya getdikcə və fruktoza əmələ gəldikcə məhlulun sağ fırlanma dərəcəsi tədricən azalacaq və nəhayət, sol fırlanma ilə əvəz olunacaq.

Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin