FəSİl IV. Fermentativ fəallığın təyini üsulları. Fermentlərin vahidləri



Yüklə 1 Mb.
səhifə5/10
tarix01.01.2022
ölçüsü1 Mb.
#50241
1   2   3   4   5   6   7   8   9   10
Enzimologiya kollekvum 2

Viskozimetrik


Fermentativ fəallığın təyini üsullarının növbəti qrupu məhlulun özlülüyünün dəyişməsinə əsaslanır. Bu üsullar əsasən zülalların parçalanmasında iştirak edən, yəni protcinazaların, eləcə də pektin maddələrini parçalayan pektolitik fermentlərin fəallığını təyin etmək məqsədilə tətbiq olunurlar.

Hər hansı bir zülalın kifayət qədər özlülüyü olan məhlulu hazırlanır. Bu məhlul Ostvald viskozimetrinə yerləşdirilir. Viskozimetr isə, öz növbəsində, müəyyən temperatura çatdırılmış su termostatına yerləşdirilir, zülal məhlulunun ilkin özlülüyü təyin olunur və hər 3-5 dəqiqədən bir məhlulun özlülüyü ölçülür. Fermentin fəallığı nə qədər yüksək olsa, məhluldakı zülal bir o qədər də tez parçalanacaq və məhlulun özlülüyü azalacaq.

Bu üsul sadədir, rahatdır və zülalın fermentativ hidrolizinin ilkin mərhələlərini qeydə almaq imkanını verir.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin