FəSİl IV. Fermentativ fəallığın təyini üsulları. Fermentlərin vahidləri



Yüklə 1 Mb.
səhifə3/10
tarix01.01.2022
ölçüsü1 Mb.
#50241
1   2   3   4   5   6   7   8   9   10
Enzimologiya kollekvum 2

Qazometrik


Fermentlərin fəallığını təyin edən üsulların böyük bir qrupu qazometrik üsula, yəni əmələ gələn qazın miqdarca təyininə əsaslanır. Belə ki, zülal və peptidlərin fermentativ parçalanması zamanı azad olunan amin qruplarının təyini məqsədilə Van-Slaykın qazometrik üsulundan istifadə edirlər. Üsulun mahiyyəti ondan ibarətdir ki, tədqiq olunan məhlul nitrit turşusu ilə işlənilir. Nitrit turşusu sərbəst amin qrupları ilə miqdarca reaksiyaya girir və bu zaman qazşəkilli molekulyar azot ayrılır. Bu azot qazını yığıb, xüsusi manometrik borucuqda onun miqdarını təyin edirlər və sərbəst amin qrupların miqdarını hesablayırlar.

Qazometrik üsullar arasında O.Varburq tərəfindən təklif olunmuş üsul daha təkmildir. Bu üsulda Varburq cihazından istifadə olunur (şək.4.1). Cihazın əsas hissəsini dərəcələrə bölünmüş manometrik borucuq təşkil edir (1). Bu borucuq iki qoldan ibarətdir və yüngül rəngli məhlulla doldurulub. Manometrik borucuğun aşağı hissəsinə sıxacla sıxılmış və tıxacla bağlanmış kauçuk borucuq (2) bərkidilib. Bu borucuq da rəngli maye ilə doldurulub. Sıxacın vintini (3) fırlatmaqla manometrik borucuğun hər iki qolundakı mayenin səviyyəsini tənzimləmək olar. Manometrin bir qolu fermentativ reaksiya gedən şüşə qabla (5) birləşir. Adətən Varburq cihazının şüşə qabının ortasında şüşə stəkan lehimlənir, qab özü isə, böyük həcmli su hamamına yerləşdirilir və bunun sayəsində temperatur müəyyən səviyyədə saxlanılır. Cihaz motorla təmin olunub ki, reaksiya getdiyi qab çalxalansın və reaksion qarışıq daima qarışdırılsın.



Fərz edək ki, biz Varburq cihazı vasitəsilə piruvatdekarboksilaza fermenti ilə kataliz olunan reaksiyanı tədqiq etməliyik.

Reaksiya aşağıdakı tənlik üzrə gedir:


  • CH3 - CO - COOH → CO2 + CH3 - COH

Bunun üçün biz əvvəlcə kran vasitəsilə (4) manometrin hər iki qolundakı mayenin səviyyəsini bərabərləşdiririk. Sonra Varburq qabına piroüzüm turşusu və ferment qarışığını əlavə edirik. Qab manometrə birləşdirilir, hamama yerləşdirilir və hərəkətə gətirilir. Piroüzüm turşusunun parçalanması zamanı CO2 ayrılacaq və artıq təzyiq yaranacaq. Nəticədə manometrin sağ qolunda mayenin səviyyəsi aşağı düşəcək, sol qolunda isə, əksinə, qalxacaq. Beləliklə, qazın miqdarını ölçməklə, biz piruvat-dekarboksilazanın təsirinin effektivliyi haqda məlumat əldə edə bilərik. Əgər fermentativ reaksiya oksigenin udulması və ona ekvivalent miqdarda CO:-nin ayrılması ilə müşayiət olunursa, bu halda Varburq qabının mərkəzi stəkanına güclü qələvi ilə isladılmış filtr kağızı yerləşdirilir ki, o da ayrılan karbon qazının udulmasını təmin edir. Nəticədə sistemdəki təzyiq azalacaq və manometrin sağ qolunda mayenin səviyyəsi artacaq.

Beləliklə, Varburq cihazı vasitəsilə istənilən toxumanın, kif göbələyinin və ya bakterial suspenziyanın tənəffüs intensivliyini, eləcə də qazın ayrılması və ya udulması ilə müşayiət olunan istənilən fermentativ reaksiyanı miqdarca tədqiq etmək mümkündür.



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin