Xromatoqrafik
Fermentlərin təsirini öyrənmək məqsədilə xromatoqrafik üsullardan da, xüsusilə kağız üzərində xromatoqrafiyadan geniş istifadə olunur.
Fərz edək ki, biz piroüzüm və qlütamin turşuları arasında gedən fermentativ reaksiyanı xromatoqrafik üsulla tədqiq etmək niyyətindəyik. Bu reaksiya alaninaminotransferaza fermentinin təsiri ilə həyata keçirilir və reaksiya zamanı ferment amin qrupunu qlutamin turşusundan piroüzüm turşusuna daşıyır:
Reaksiya nəticəsində α-alanin və α-ketoqlutar turşusu əmələ gəlir. Təcrübə zamanı piroüzüm və qlutamin turşularının qarışığını hazırlayıb və ferment preparatını əlavə edirik, müəyyən zaman keçdikdən sonra xromatoqrafiya vasitəsilə əmələ gələn α- alaninin və ya sərf olunan qlutamin turşusunun miqdarını təyin edirik.
Beləliklə, xromatoqrafiya vasitəsilə müəyyən zaman ərzində əmələ gələn alaninin və həmin vaxt ərzində sərf olunan qlutamin turşusunun miqdarını, yəni reaksiyanın sürətini təyin etmək olar.
Biokimya və enzimologiyada amin turşuların miqdarca analizi məqsədilə avfomatik cihazdan geniş istifadə olunur. S.Mur və U.Steyn tərəfindən hazırlanmış bu cihaz tədqiq olunan məhlulun amin turşu tərkibini miqdarca yüksək dəqiqliklə təyin etmək və bununla belə əmələ gələn amin turşularının miqdarına əsasən müəyyən fermentin fəallığını təyin etmək imkanını verir. Müasir avtomatik amin turşu analizatorları vasitəsilə 1-2 saat ərzində tam analizi aparmaq olar.
Dostları ilə paylaş: |