Örüş- Mal-qaranı otarmaq üçün çəmənli torpaq sahəsi.
Polikultur təsərrüfat (Polo cultura)- Becərmədə çox sahəli kənd təsərrüfatı bitkiləri.
Polimetal filizlər (Polumetallon)- Tərkibində bir neçə qarışıq olan filizlər.
Prolüvi (Proluo)- Sel sularının gətirdiyi dağın ətəyindəki çöküntü materialı.
85
Relyef (Relief)- Yer səthinin alçaq-hündür formasının məcmusu. (Müsbət relyef-hündür, mənfi
relyef-alçaq, meqa relyef-yer qabığının batıq və qabarıq yeri, makro relyef-dağlar, mezo relyef-vadi, dərə
və mikro relyef-təpə, çuxur yerlərdir.)
Suvarma norması- Vegetasiya dövründə bitkilərin tələbatını ödəmək üçün 1 hektar torpaq sahəsinə
verilən suyun miqdarıdır.
Suvarma əkinçiliyi- Kənd təsərrüfatı bitkilərinin suvarma şəraitində yetişdirilməsidir.
Su balansı- Yer kürəsindəki şor və şirin suların gəlir və çıxarının nisbəti. Azərbaycanda su balansı
yağıntı 427 mm, buxarlanma 308 mm, axın 119 mm (69 mm səth və 50 mm isə yeraltı qurunt suları) dir.
Su ehtiyatları- İstifadəyə yararlı sular; çay, göl, anbarlar, dəniz və okeanlar, yeraltı sular, buzlaqlar
və atmosferdəki buxar aiddir. (Azərbaycanda su ehtiyatlarının illik həcmi 30,9 km³-dur.)
Sinklinal (Synklino)- Dağlardakı süxur laylarının aşağı bükülmüş forması.
Su- (H
2
O) hidrogenlə oksigenin kimyəvi birləşməsi. (Qalınlığı 2 m-dən artıq rəngsiz təbəqə, -0 Cº-də
donur, +100 Cº-də qaynayır). Canlı aləmin əsas tərkib hissəsidir.
Su anbarı- Çayın yatağında bənd tikilməklə yaradılan suni su hövzəsi.
Subartezian quyusu (Sub Artua)- Yer altındakı suların qazılmış quyularla mexaniki üsulla yer
səthinə çıxarılması.
Suvarma- Quraqlıq iqlim şəraitində kənd təsərüfatı bitkilərinin becərilməsi üçün torpaqda rütubət
yaradılması üsulu.
Su enerji ehtiyatı- Çayların və şəlalənin tökülən suyundakı potensial enerji ehtiyatı.
Su məsrəfi- Çayın su kəsiyindən vaxt ərzində axan suyun həcmi. Çaylarda su məsrəfi m³/san,
bulaqlarda isə l/san ilə ölçülür.
Yerin sürüşməsi- Yamacdakı torpaq sahəsinin ağırlıq qüvvəsi nəticəsində yerini dəyişməsi
hadisəsidir. (Naxçıvan MR-da Şahbuz rayonundakı Zırnel ilə Culfa rayonundakı Anzır kəndləri
sürüşməyə məruz qalmışdır.)
Suxur- Yer qabığını əmələ gətirən təbii mineral birləşmə. (Mənşəyinə görə maqmatik və metamorfik
süxurlar vardır.)
Tarlaqoruyucu meşə zolağı- Suni surətdə yaradılmış eni 10-60 m zolağında əkilmiş çoxillik ağaclıq
sahə.
Texniki bitkilər- Məhsulu sənayedə xammal kimi istifadə olunan əkinçilik.
Təbiətin qorunması- Təbii mühiti qoruyub saxlamaq üçün dövlət tərəfindən görülmüş zəruri
tədbirlər.
Təbii ehtiyatlar (sərvətlər)- İnsan cəmiyyətinin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə
edilən bütün təbii maddələr və enerji. (Torpaq, bitki və heyvanlar aləmi, mineral xammal və sular) aiddir.
Torpaq- Biosferi və atmosferin Yer qabığına təsiri nəticəsində əmələ gəlmiş məhsuldar lay.
Torpaqlar fiziki-kimyəvi quruluşlarına görə bərk, mayeli və yüngül məsamələrdən ibarətdir.
Torpaq aerasiyası- Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi-dəyişilməsidir. Torpaq
aerasiyası zamanı torpaq oksigenlə zənginləşərək bitkilərin boy atmasına təsir göstərir.
Traspirasiya (Trans spizo)- Bitkilərin yaşıl yarpaqları vasitəsilə suyu buxarlandırması.
Fauna (Faunus)- Yer ərazisindəki tarixən əmələ gəlib yayılmış heyvanlar aləmi.
Filiz- Tərkibində qiymətli mineral və ya element olam süxur.
Flora (Flora)- Müəyyən ərazinin bitki növlərinin məcmusu.
Fotosintez (Photos synthesis)- Günəşin şüa enerjisinin köməyi ilə yaşıl bitkilərin havadakı karbon
qazından və sudan enerji ilə zəngin olan üzvi maddələrin hazırlanması prosesi. Fotosintezin sxematik
kimyəvi prosesi belədir;
CO
2
+4H
2
O xlorofil .CH
2
O+3H
2
O+O
2
işıq
Halofit (Hilos phyton)- Şorakət torpaqlarda bitən (yovşan, yulğun və s.) bitkilər.
Humus (Humus)- Çürüntü-torpağın bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində
əmələ gələn qara torpaq.
Calaq- Bitkiçilikdə hər hansı bitkinin cavan budağındakı tumurcuğunu başqa bitkiyə kəsib calamaq.
(Əsasən mart-sentyabr ayları arasında aparılan calaqvurma meşəçilikdə vegetativ yolla çoxaldılan
üsullardandır.)
Çaylaq- Dağlıq rayonlarda çay dərəsinin yay aylarında su axmayan daşlıq hissəsidir.
Çöküntü süxurları- Su hövzələrinin dibində əvvəllər mövcud olmuş müxtəlif süxurların pozulub
dağılmasından və onların qalıqlarından əmələ gəlmiş süxurlardır.
Şəlalə- Suyun çay yatağında bərk süxurdan əmələ gəlmiş çıxıntı üstündən tökülən yeridir.
86
Şibliyak- istisevən və quraqlığa davamlı kol bitkiləri fitosenozu. (Məsələn:yarpağını tökən
böyürtkən, itburnu, yulğun və s.)
87
Ədəbiyyat
1)
Azərbaycan Sovet Ensiklopediyası (ASE, 10 cild), Bakı, 1976-1987.
2)
Naxçıvan Ensiklopediyası, Bakı-2002.
3)
Uşaq Ensiklopediyası, (3 cild) Bakı 1987-1989.
4)
M.Qaşqay “Azərbaycanın mineral su bulaqları”, Bakı-1952.
5)
H.Əliyev, Ə.Zeynalov “Torpaqşünaslıq”, Bakı-1984.
6)
S.Babayev “Qədim diyarın təbiəti”, Bakı-1970.
7)
S.Babayev “Naxçıvan MR-ın coğrafiyası”, Bakı-1999.
8)
C.Əliyev “Mədəni bitkilər və onların əcdadları”, Bakı-1989.
9)
H.Əliyev “Həyəcan təbili”, Bakı-1982.
10)
M.Əliyev “Giləmeyvəli bitkilər”, Bakı-1980.
11)
Ə.Quliyev “Naxçıvan MR-da kəhrizlərin vəziyyəti və onlardan səmərəli istifadə yolları”,
Naxçıvan-2000.
12)
F.Ş Əliyev.,«Azərbaycan Respublikasının yeraltı suları ehtiyatlarından istifadə və ekoloji problemləri»,
Bakı-2000.
13)
Q.Z, Əzizov., Ə.G. Quliyev., Azərbaycanın şorlaşmış torpaqları, onların meliorasiyası və münbitliyinin
artırılması, Bakı-1999.79 səh.
14)
Quliyev Ə.G. «Naxçıvan muldası torpaqlarında və qrunt sularında şorlaşmanın dinamikası», Azərb.EA
xəbərləri XXXVII 1981 №7, səh. 65-68.
15)
F.Ş.Əliyev “Yeraltı suların rejimi və balansı” Bakı 1999
16)
T.N.Talıbov “Naxçıvan MR-da nadir heyvan növləri...”, Bakı-1999.
17)
T.N.Talıbov “Naxçıvan MR-ın flora bio müxtəlifliyi...”, Bakı-2001.
18)
B.Z.Rzayev “Naxçıvan MR-ın mineral sərvətləri və onların istifadəsi” Bakı-2003.
19)
N.Mehdiyeva “Xalq təbabətinin izi ilə”, Bakı-1987.
17) İ.A.Dəmirov “Azərbaycanın dərman bitkiləri”, Bakı-1983.
18) “Azərbaycan kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri”, Bakı-1965.
19) L.M.Axundova
“Meyvə bitkilərinin zərərvericiləri ilə mübarizə”, Bakı-1975.
20) X.R.Xəlilov “Aqrokimya”, Bakı-1982.
21) Ə.M.Həsənov “Naxçıvanın təbii sərvətləri və onlardan istifadə yolları” Bakı 2001
22) M.H.Abutalıbov, V.S.Hacıyev, Y.M.İsayev, İ.S.Səfərov və b. “ Naxçıvan MSSR-nin bitki örtüyü
və onun xalq təsərrüfatında əhəmiyyəti”, Bakı 1975
23) “Qribı SSSR” Moskva-1980.
24) “Ximiçeskie sredstva zaşitı rasteniy”. Moskva-1980.
25) V.M.Babazade
“Mineralcno-srevıe resursı Azerbaydjana”. Baku-2005.
Xəritə və
foto şəkillər
1)
Naxçıvan MR, İnzibati xəritə (2005)
2)
Naxçıvan MR Heyvanlar aləmi xəritəsi
88
3)
Əshabi-Kəhv mineral su bulağı
4) Salvartı dağ gölü
89
4)
Pəzməri Şəlaləsi
90
5)
Nərbənd ağacı
6)
Naxçıvanda “Qızlar bulağı”
7) Badamlı Mineral bulağı
91
8) Minerallar
1) Qranosiyenit üzlük daşı, 2) Polimetal filizi, 3) Kvars-molibdenit filizi, 4) Bazalt konqlomeratı,
5) Realqar filizi, 6) Əqiq bəzək daşı, 7) Konqlomerat, 8) Daşduz druzası, 9) Rutil kristalları,
10) Krvars druzası, 11) Travertinli araqonit
92
9) Heyvanlar Aləmi
1) Bəbir, 2) Qonur ayı, 3) Qarabaş rinxokalamus, 4) Kiçik Asiya gürzəsi, 5) Çöl pişiyi, 6) Muflon,
7) Bezoar keçisi, 8) Oxlu kirpi, 9) Qara kərkəs, 10) Berkut, 11) Xəzər uları, 12) İmperator qartalı
93
10) Bitki Örtüyü
1) Qarabağ zanbağı, 2) Şrenk zanbağı, 3) Yuliya zanbağı, 4)Turnefor dufelipeyası,
5) Qaraquş zəngçiçəyi, 6) Gülbətin, 7) Tıs-tıs, 8) Komarov şaqqıldağı, 9) Çoxrəngli zanbaq.
94
11) Alma və Armud növləri
1) Stəkanvari, 2) Qızıləhmədli, 3) Şirvan gözəli, 4) Şıxıcan, 5) Daşarmudu, 6) Lətənzi,
7) Abbasbəyi, 8) Zöhrə.
95
12) Bitki zərərvericiləri
1) Sovka kəpənəyi, 2) Asiya çəyirtkəsi, 3) İtaliya çəyirtkəsi, 4) Danadişi, 5) Kələm kəpənəyi,
6) Ziyankar bağacıq, 7) Yaşılgöz milçək, 8) Taxıl böcəyi, 9) Sümürtkən böcəyi, 10) Taxıl mənənəsi,
11) Alma kəpənəyi, 12) Qanlı mənənə, 13) Armud taxtabiti, 14) Albalı böcəyi, 15) Şıqqıldaqböcək
96
13) Böcəklər
1) Protserus, 2) Qəşəng, 3) Yatıcı, 4) Üzücü, 5) Məzar, 6) Parabüzən, 7) Peyinyumalayan, 8) Mərmər
9) Qızıl, 10) Pərvanə, 11) Tərəçiçək, 12) Noxudyeyən, 13) Yarpaqyeyən, 14) Turpyeyən, 15) Uzunbuğ
16) Palıduzunbuğu, 17) Qabar, 18) Şaqqıldaq
97
14) Quşlara qayğı işləri
1) Yek təknələri, 2) Su vannası, 3) Sığırçın yuvası, 4-5) Sığırçın yuvasının hazırlanması,
6) Ağac sarğıları
98
15) Dərman bitkiləri
1) Murdarça, 2) Xanımotu, 3) Pişikotu, 4) İtburnu, 5) Batbat, 6) Xoruzgülü, 7) Rəvənd, 8) Çaytikanı,
9) Gülxətmi, 10) Şirin bayan, 11) Damotu, 12) Xaşxaş (lalə)
99
16) Göbələklər
Yeməli göbələklər: 1) Şampinyon, 2) Ağ göbələk, 3) Sezar amanitası, 4) Sarı yağlıca, 5) Palıd göbələyi,
6) Hündürçətir göbələk, 7) Russula, 8) Sarıca, 9) Ağac göbələyi, 10) Dişli tozanaq, 11) Dombalan,
12) Quzuqarnı, 13) Kilkəli peynir, 14) Kötük göbələyi
Zəhərli göbələklər: 15) Solğun amanita, 16) Çəhrayı lepiota, 17) Oyuqlu entoloma, 18) Qırmızı amanita,
19) Yalançı kötük göbələyi.
100
17) Zəhərli bitkilər
1) İtboğan, 2) Xaşxaş, 3) Acı qaymaqçiçəyi, 4) Əkin qərənfili, 5) Canavar giləsi, 6) Küstüşam,
7) Batbat, 8) Qaraçöhrə, 9) Dəlibəng, 10) Kəpənəkçiçək
101
Feyruz Abdulla oğlu Bağırov 1946-cı ildə Naxçıvan şəhərində
anadan olmuşdur. İlk təhsilini H.Cavid adına 5№-li orta məktəbindən
başlayaraq orta ixtisas təhsilini Naxçıvan Kənd Təsərrüfatı
Texnikumunda tamamlamışdır.
102
1970 -ci ildən “Aqronom-aqrokimyaçı” ixtisaslı F. Bağırov
texnikumdakı Aqrokimya kabinəsində baş laborant vəzifəsində işləyərək
təbiət elmlərinə maraq göstərmişdir. Həmin illərdə yerli mətbuatda təbiəti
mühafizə mövzulu məqalə və fotoetüdləri ilə təbiətsevərləri tanış
etmişdir.
O, Akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji
İnstitutunun “Təbiət-coğrafiya” fakültəsində oxuyaraq ali pedaqoji təhsil
almış və təbiət-coğrafiya fənni üzrə müəllim işləmişdir.
Tələbəlik illərində O, qocaman aqronom - əməkdar müəllim R.
Bəktaşi, kimya elmləri doktoru R. Hacılı, coğrafiya elmləri doktoru S. Babayev, biologiya elmləri
namizədi, dossent A. Mehdiyev, tarix elmləri namizədi, dossent Z. Şahverdiyev, kənd təsərrüfatı
elmləri namizədi, dossent Ə. Quliyev, pedaqoji elmlər namizədi N. Orucəliyev və başqalarından
dərs almışdır.
F. Bağırovun Naxçıvan Muxtar Respublikasının ekologiyası və təbii sərvətləri mövzulu
məqalələri yenidən işlənərək bu kitabda toplanmış və oxuculara çatdırılmışdır.
Müəllifin Web saytı: www.nuhyurdu.com
E-mail ünvanı: info@nuhyurdu.com
Dostları ilə paylaş: |