Açıq şabalıdı torpaqlar. Dağ ətəklərindən başlamış düzənliklərə doğru genişlənir. Bunlar xeyli
qalın olub, allüvial və prollüvial çöküntülər üzərində və quru bozqır bitkilər altında əmələ gəlmişdir. Açıq
şabalıdı torpaqlar başlıca olaraq suvarma şəraitində becərilir.
Boz-qonur torpaqlar. Bu torpaqlar Şərur rayonunun şərq hissəsində geniş sahə tutur. Babək
rayonu ərazisində isə talalar şəklində yayılmışdır. Kontinental iqlimə malik olan bu sahələrdə bitki örtüyü
çox zəif inkişaf etmişdir. Boz-qonur torpaqların normal inkişaf etdiyi sahələrdə onun narın hissəsinin
qalınlığı bəzən 1 m-ə çatır.
Boz torpaqlar. Arazboyu düzənlik hissədə inkişaf etmiş bu torpaqlar müəyyən bir zolaq təşkil
edir (məsələn: Böyükdüz, dağətəyi sahə və s.). Bəzi sahələrdə boz torpaqlar müxtəlif dərəcədə
şorlaşmışdır. Boz torpaqlar bir neçə yarımtipə bölünür. Onlardan müxtəlif dərəcədə suvarılmış və
becərilmiş boz torpaqlar xeyli üstünlük təşkil edir.
Qədimdən suvarılan boz torpaqlar. Bu torpaqlar Arazboyu düzənlikdə çox geniş sahəni əhatə
edir. Onlar cənub – qərbdə, çəmən-boz torpaqlarla, şimala doğru isə boz-qonur torpaqlarla əvəz olunur.
Bəzi yerlərdə (Xok, Şahtaxtı, Dəstə, Aza və digər kəndlərin yaxınlığında) bu torpaqlarda
şoranlaşmaya təsadüf olunur. Arazın sol sahilində çaybasar və alçaq terraslarda, habelə çökək sahələrdə
rütubət yüksək olduğundan boz torpaqlar zolağında boz – çəmən yaxud çəmən – boz torpaqları əmələ
gəlmişdir. Bu torpaqlar da Araz sahilboyunda xeyli geniş bir sahəni əhatə edir.
Şoran torpaqlar. Bu torpağın əmələ gəlməsi, əsasən, Duzdağın yamaclarında yağıntılar
vasitəsilə yuyulub gətirilən çöküntülərin duzla zəngin olması ilə əlaqədardır. Bu torpaqlar başlıca olaraq,
Böyükdüzün şərq və cənub hissəsini əhatə edir.
Çəmən torpaqları. Şərur və Sədərək düzlərinin Arazyanı hissəsində yeraltı sular səthə yaxın
olduğundan, çəmən –ot bitkilərinin yaxşı inkişaf etməsinə səbəb olmuşdur ki, bunların da altında yüksək
rütubətlənmə şəraitində boz torpaqlar zonasının çəmən torpaqları əmələ gəlmişdir.
Çəmən bataqlıq torpaqları. Muxtar Respublikanın düzən hissəsində çəmən torpaqları içərisində
relyefin daha çox çökək sahələrində yealtı suların səthə daha yaxın olduğu bir şəraitdə əmələ gəlmişdir.
Bu torpaqlara Sədərək, Şərur və Naxçıvan düzlərində təsadüf edilir. Həmin torpaqlar ağır gilli olub,
tərkibində fiziki gilin miqdarı 90%-ə çatır.
46
Mədəni bitkilər insanın əmək fəaliyyəti nəticsində yaradılmışdır.
Akademik Cəlal Əliyev.
Bitki örtüyü
Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov,
İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar.
Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın
quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında
temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada
zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur.
Muxtar Respublikanın Arazboyu düzənlik və dağətəyi hissəsi yarımsəhralar zonasına aiddir. Bu
ərazi 1.200 m yüksəkliyə qədər olan ərazini əhatə edərək, şimal –qərbdən, cənub – şərqə doğru uzanır.
Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərində xüsusilə daha geniş, cənub-şərq
qurtaracağında – Ordubad düzlərində isə dar bir sahəni əhatə edir.
Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun
səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülkü
quyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci,
kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişik nanəsi,
şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir.
Bu zonada yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ gətirir. Birinci yarusda
çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir.
Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər
becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur.
47
İnsan elmdə xoşbəxtliyin zirvəsinə çatar.
Məhəmməd peyqəmbər (s.ə.s.).
Mədəni bitkilər
Seleksiyaçı Akademik N. İ. Vavilova (1887-1943) görə dünya üzrə mədəni bitkilərin inkişaf edərək
yayılması 7 coğrafi mənşə mərkəzlərinə bölünmüşdür:
1)
Cənubi Asiya tropik meşələri coğrafi mənşə mərkəzi.
2)
Şərqi Asiya coğrafi mənşə mərkəzi.
3)
Cənub-qərbi Asiya coğrafi mənşə mərkəzi.
4)
Aralıq dənizi coğrafi mənşə mərkəzi.
5)
Efiopiya coğrafi mənşə mərkəzi.
6)
Mərkəzi Amerika coğrafi mənşə mərkəzi.
7)
And dağları coğrafi mənşə mərkəzi.
Naxçıvan Muxtar Respublikasında onlarca mədəni bitkilər, taxıl bitkiləri, nişastalı bitkilər, şəkərli
bitkilər, zülallarla zəngin bitkilər, tərəvəz və bostan bitkiləri meyvə və giləmeyvələr, dərman və ədviyyat
bitkiləri ilə zəngindir.
1) Buğda- (Tritikum)- Taxıllar fəsiləsindən olan bitkinin vətəni qədim Misirdə eramızdan əvvəl 5
min öncə mədəni surətdə əkilib becərilmişdir. Dünyanın bütün qitələrində (Antarktidadan başqa) buğda
taxıl bitkisi kimi bir neçə növləri becərilmişdir. Arxeoloji qazıntılardan çıxan qədim küp qəbirlərdə ölmüş
insan cəsədləri (qəbilə başçıları) yanında silah sursatla bərabər buğda bitkisi də qoyulmuşdur.
“Məni muştuluqlayıb, xoş müjdələr verənim;
Yeddiyüz dən olacaq bu torpaqda hər dənim.
Mənə hər şeydən öncə sağlam bir toxum gərək,
Sünbüllərin düyünü qoy açılsın qönçətək”.
Nizami Gəncəvi.
Haliyyədə yüksək zülal maddəsi olan buğda bitkisinin bir neçə “qılçıqsız” (spelta), “qafqaz”
(Azərbaycan 1), payızlıq “ağ buğda” növü Naxçıvan Muxtar Respublikasının ərazisində əkilib becərilir.
Şumlanmış münbit torpaqda bir toxumdan 3-5 sünbülün, hər birində 18-20 sayda dən əmələ gəlir.
Toxumların tərkibində zülal, şəkər, yağ, B, B
1
, B
2
, vitaminləri ilə zəngindir. Buğda unundan bişirilən
çörəyin tərkibində zülal, nişasta, vitaminlər olduğundan dadlı və əhəmiyyətlidir. Çörəyi bol olan və onun
qədrini bilən xalq həmişə qüdrətli olar.
Xalq təbabətində qovrulmuş buğda qovutunu şəkər və badamla qarışıq yeyilməsi, öskürək və sinə
ağrısını kəsir.
2) Arpa- (Hordeum vulgare)- Taxılkimilər (Poaceae) fəsiləsindən olan arpanın vətəni qədim Misir
olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi.
Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal
kimi istifadə olunur.
Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər.
Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır.
Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə
boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
3) Qarğıdalı- (Zeya maus)- Taxıl fəsiləsindən olan qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz
səyyahı Kolumb tərəfindən 1493-ci ildə Avropaya gətirilmişdir.
Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan
gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə
düzgün aqrotexniki qulluq edilməlidir.
48
Naxçıvan Muxtar Respublikasında əvvəllər qarğıdalı bitkisindən heyvandarlıqda yem kimi və yeyinti
sənayesində isə un məhsulu kimi əkilirdi.
Qarğıdalı dəninin tərkibində 49-60% yağ, 13-20% zülal və 5-6% isə fitin maddəsi vardır. Qarğıdalı
yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur.
İnsanlarda atereskıleroz, qandakı xolesternin azalması və bir çox xəstəliklərin müalicəsində qarğıdalı
əhəmiyyətlidir.
Xalq təbabətində ishal və vərəm xəstəliyinə qarşı qarğıdalı qıçasının telməyi ilə birlikdə yeyilməsi
münasibdir. Qovrulmuş qarğıdalı uşaqların kökəlməsinə xeyirlidir. Qarğıdalı saçağının dəmlənib içilməsi
daxili qanaxma, öd kisəsi və sidik yollarının müalicəsində tətbiq edilir.
4) Kartof- (Solanum tuberosum)- Nişastalı bitkilərdən olan kartof badımcançiçəklilər
fəsiləsindəndir. Vətəni Çili, Peru və başqa cənubi Amerika ölkələridir.
Dünyada iki yüzdən artıq kartof növü vardır. 1565-ci ildə ilk dəfə kartof yumrularını Avropaya
(İspaniyaya) gətirmişlər.
Kartof müalicəvi bitki olmaqla tərkibində C və B
1
vitaminləri zəngindir. Avropada kilsədəki din
xadimləri kartofu “Şeytan alması” adlandıraraq, yayılmasının əleyhinə idilər. Guya ki, ilk insanlar
Adəmlə Həvva cənnətdəki qadağan olunmuş həmin bitkinin yumrularından yediklərindən Allah
tərəfindən qovulmuşlar.
Maraqlıdır ki, kartof yumrularının tərkibində az miqdarda zəhərli solanin maddəsi olduğundan,
göyərmiş kartofu yedikdə zəhərlənmə ilə nəticələnir.
Azərbaycana kartof yumruları XVIII əsrin axırlarında Rusiyadan Qafqaza sürgün olunmuş xaçpərəst
molokanlar tərəfindən gətirilmişdir.
İnsan həyatında “ikinci çörək” kimi mühüm yer tutan kartof bitkisi Naxçıvan Muxtar
Respublikasının ərazilərindəki dağ ətəyi qara-boz torpaqlarda dəmyə üsulu ilə əkilib becərilir. Dadına və
yüksək nişastalılığına görə Naxçıvanda əkilən “gədəbəy növü” kənd təsərrüfatı sahəsində çox yayılmışdır.
1943-cü ildə Ukraynada 6,5 kq ağırlığında kartof yumrusu yetişdirilmişdir.
Xalq təbabətində kartof bitkisinin gövdəsində olan yumrulardan (qaqalardan) dəri xəstəliklərində
istifadə olunur. Kartof püresi ilə vərəm xəstəliyi, mədə yarası, on iki barmaq bağırsağın müalicəsində
istifadə edirlər.
5) Yer alması- (Helianthus tuberosus)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan bu bitkinin vətəni
Şimali Amerika olaraq, orta əsrlərdə dəniz səyyahları vasitəsilə Avropaya gətirilmişdir. Yer almasının
torpaqda əkilən kartofa bənzər yumrularından yer səthinə 2-3 metr ucalığında gövdəsi böyüyür. Yer
alması bitkisinin yerüstü gövdəsində sarı rəngli çiçəkləri olur ki, heyvandarlıqda yem məhsulu kimi
siloslaşdırılır. Yeraltı hissəsindəki yumrular yığılaraq təmizləndikdən sonra konservləşdirilir və müxtəlif
xörəklərdə istifadə olunur.
Yeralması yumrularının tərkibində 15 % inulin maddəsi və 6 % isə şəkər vardır. Naxçıvan Muxtar
Respublikasında yer alması əsasən dekorativ bitki kimi becərilir.
Xalq təbabətində yer alması yumrularından şəkər xəstəliyi (diabeti) müalicəsində qabığı soyulmuş
formada istifadə olunur.
6) Şəkər çuğunduru- (Beta vulgaris)- Tərəçiçəklilər fəsiləsindən olan şəkərli bitkinin vətəni Aralıq
dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər.
1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun
tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər
sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan
torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir.
Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə
dövlətlərinə göndərilir.
Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları
iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana
növündən təbii boyaq kimi istifadə olunur.
7) Günəbaxan- (Helianthus annuus)- Mürəkkəbçiçəklilər-çətirli fəsiləsindən olan bitkinin vətəni
Meksikadır. Günəbaxan bitkisinin çətirinin diametri 30-40 sm olmaqla hər çətirdə 200-700 ədəd
toxumları olur. Tumların tərkibində 27-60 %-ə qədər piy maddəsi vardır.
49
Günəbaxan toxumlarından əla növ bitki yağı hazırlanır ki, yeyinti sənayesində ondan geniş istifadə
olunur. Bitkinin yerüstü gövdəsi 2-4 metrə çataraq, torpaqda 1,5 metr dərinlikdə saçaqlı kök sistemi olur.
Kənd təsərrüfatında günəbaxan toxumlarından qiymətli yem qarışığı olan-jmıx hazırlanılır. Bitkinin
gövdəsinin (yandırıldıqda) külündə 35 % kalium maddəsi olduğundan (potaş emalında) ondan şüşə
istehsalı ilə boyaq işlərində istifadə edirlər.
Naxçıvan MR-da günəbaxan bitkisi əsasən Şərur və Kəngərli rayonlarındakı təsərrüfatlarda əkilib
becərilir.
Xalq təbabətində döyülmüş günəbaxan tumlarını qoz və badam ləpəsi ilə birlikdə yeyilməsi,
arıqlamağın qarşısını alır.
8) Kələm- (Brassica oleracea)- Xaççiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və
Yunanıstan ölkələri olmuşdur.
Naxçıvan MR-da kələm bitkisi Ordubad, Şahbuz və Babək rayonlarında becərilir. Təsərrüfatlarda
kələm bitkisinin “baş” və “daş” növləri geniş yayılmışdır.
Kələm həzm prosesində əsas yerdən birini tutur ki, bitkinin tərkibində çoxlu miqdarda C vitamini
vardır. Maraqlıdır ki, duza qoyulmuş kələmdə C vitamini özünü qoruyub saxlayır.
Kələmin əsas növləri Baş kələm, Daş (Kolrabi) kələmi, Qırmızı (rəngli) kələm, Gül (Belçika)
kələmi, Yer (İngilis) kələmi və.s-dir.
Bitkinin tərkibində 1,27-3,78 % azotlu birləşmələr, 0,16-0,67 % yağ, 5,25-8,56 % karbohidratlar, A,
B
1
, B
2
, C, D, K və başqa vitaminlərlə zəngindir.
Muxtar Respublikanın Babək rayonunda tez yetişən “Faraş” kələm növü becərilir. Kələm bitkisi
toxumları ilə əkilərək şitil ilə çoxaldılır.
Xalq təbabətində kələm yarpaqlarının təpitməsindən oynaq xəstəliklərinin müalicəsində istifadə
edirlər.
9) Pomidor- (Lycopersicon esculentum)- Badımcançiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin
vətəni Çili ilə Perudur. Yabanı halda Sakit okeandakı Qalapoqos adalarında da qalmaqdadır.
Pomidorun “Mayak”, “Sevimli” və “Şəfəq” növü Naxçıvan MR-da becərilərək meyvəsinin çəkisi
600-800 qramdır. Pomidorun tərkibində 2-6 % şəkər, 0,2-1 % limon və alma turşusu ilə A, C, B
1
, B
2
, PP
vitaminləri, karotin və s. vardır.
Pomidor bitkisi əkilən yerlərdə suvarmaya ciddi ehtiyac vardır. Meyvələri 80-140 günə yetişib
qızardıqdan sonra sübh vaxtı ehtiyatla yığılaraq taxta yeşiklərə qoyulub və saxlanma müddəti 2 həftədən
çox olmamalıdır. Pomidoru təzə halda, şirəsinin çıxarmaqla, duza qoymaqla, püre və digər xörəklərə
qatılmaqla yemək olur. Pomidor yeyilərkən qatıq məhsulları ilə qovun (yemiş) yeyilməsi zəhərlənmə ilə
nəticələnir. Bitkinin toxumları əkilərək, şitilləri ilə çoxaldılır.
Milli yeməklərin hazırlanmasında pomidor pastası ilə qurudulmuş lətli hissəsindən (qax) geniş
istifadə olunur. 1965-ci ildə Maqadandakı “Sayılcan” sovxozundakı isti şitillikdə 930 qr ağırlığında
pomidor yetişdirilmişdir.
10) Yerkökü- (Daucus sativus)- Çətirçiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Aralıq
dənizi sahilləridir.
Mədəni yerkökünün torpaqdakı kök hissəsinin uzunluğu 25-30 sm, çəkisi isə 30-200 qr olur.
Yerkökünün tərkibində 88,8 % su, 1,1 % azotlu maddə, 9,2 % karbohidrat, B
1
, B
2
, PP vitaminləri və 25
mq %-dək A provitamini (karotin) olur.
Naxçıvan MR-da əsasən dağətəyi qaratorpaq zonalarda (Şahbuz, Ordubad) əkilib becərilir.
Yerkökü toxumları ilə çoxaldılır, çiy və bişmiş şəkildə, o cümlədən də duza qoyulmuş formada
yeyilir. Hektardan 300-400 sentner məhsul yığmaq mümkündür.
Xalq təbabətində kök şirəsini ürək döyüntüsü və mədə xəstəliklərinin müalicəsində içirlər.
11) Soğan- (Allium cepa)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və Orta
Asiyadır.
Soğandan gündəlik məişətimizdəki mətbəx xörəklərində istifadə edirlər. Onun həm yaşıl
yarpaqlərından və həm də kökündən (soğanağından) istifadə olunur.
Soğanın tərkibində 2-14 % şəkər, 2-25 % azotlu maddələr, 0,65 % mineral duzlar ilə A, B, B
2
və C
vitaminləri vardır.
50
Soğandakı acılıq tərkibindəki 0,03-0,05 % uçucu efirli kükürd yağının-fitonsidin olması nəticəsindən
irəli gəlir.
Soğandan tibb sahəsində mikroblara qarşı dezinfeksiya edici bitki kimi də istifadə olunur.
İnsan ağzındakı mikropları məhv etmək üçün təxminən beş dəqiqə müddətində baş soğanı çeynəyib
atmalıdır.
Naxçıvan MR-da əsasən Kəngərli (Qıvraq, Qabıllı kəndləri) və Culfa (Yaycı kəndi) rayonlarında
qırmızı rəngli “daş soğan” növü əkilib becərilir.
Soğan bitkisi toxumları ilə çoxaldılır.
Xalq təbabətində soğan suyundan daxili xəstəliklərin müalicəsində istifadə olunur. Qırmızı soğan
qabığından boyaq işlərində istifadə edirlər.
12) Sarımsaq– (Allium sativum)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və
Orta Asiyadır.
Qədim Misirdə altı min il bundan əvvəl insanlar tərəfindən sarımsaq dərman bitkisi kimi əkilib
becərilirdi.
Sarımsaqda C, B, D vitaminləri, antibiotiklərdən bakteriosidlə protitosid daha çoxdur. Sarımsaqda
64-60 % su, 6,76 % zülal, 0,6 % yağ, 26,31 % şəkər, 0,77 % selliloz, 1,44 % isə kül maddəsi
vardır.Bundan başqa bitkinin tərkibində 40-15 % quru maddə vardır. Tərkibindəki 23,41 % olan inulin
maddəsi, mədə şirəsinin təsirindən parçalanaraq şəkərlə furuktozaya çevrilir.
Sarımsağın soğanağında 10-19,3 %, yarpağında isə 126,8-28 mq (hər 1 kq- da) C vitamini vardır.
Sarımsağı müxtəlif yeməklərin içərisində, duza qoymaq və kolbasa ilə birlikdə yeyilməsi
məsləhətdir. Xəstəliklərə qarşı əvəz olunmaz təbii tərəvəz bitkisi ateroskleroz (yaddaşı itirmə), nəfəs
yollarının iltihabı, astma, vərəm, sinqa, həzmin pozulması və sairə zamanı soğanağı və ya təzə
yarpaqlarını yeməklə sağalmaya təminat yaradır.
Antik təbabətin həkimlərindən Hippokrat(e.ə.460-377) vəOrta əsr həkimlərindən Mişel
Nostradamus(1503-1566) cərrahiyyə işlərində sarımsaqdan istifadə etmişlər.
Sarımsağın tərkibindəki efir yağı davamlı olaraq antiseptikdir. Sarımsaq mikroblara qarşı öldürücü
təsirini 280 saat (12 gün) saxlayır.
Naxçıvan MR-da sarımsaq bitkisini yalnız Babək rayonundakı Şıxmahmud kəndində əkib becərirlər.
Toxum və soğanağındakı dilimlərlə çoxaldılır.
Xalq təbabətində sarımsaq cövhəri qatılmış araqla (500 qr arağa 5 ədəd sarımsağı doğrayıb qatmaqla
gündə 3 dəfə) içilərək böyrək və sidik kisəsindəki daş əridilir. Hər gün sarımsaq yeməklə baş gicəllənmə
və yuxusuzluğu aradan götürmək mümkündür.
13) Şüyüd- (Anethum graviolens) - Çətirçiçəklilər fəsiləsində olan birillik ədviyyat bitkisinin vətəni
Aralıq dənizi sahili ölkələri olmuş sonradan Afrika, Amerika və Asiya ölkələrinə də yayılmışdır.
Şüyüd bitkisi açıq yaşıl rəngli 28-38 sm hündürlüyündəki gövdəsində nazik zərif ətirli yarpaqları
olur. Bitkinin tərkibində zülal və azotlu maddələr, şəkər, sellüloz, mikroelementlər və 2,5-4 % efir yağı
vardır.
Şüyüd ekstraktından (cövhərindən) çağa uşaqlara içirdilərək, tənəffüs yollarının iltihabında
sancılanmalara qarşı müalicə kimi istifadə edirlər.
Xalq təbabətində şüyüd toxumu ilə yarpaqları körpə uşaqlarda yuxusuzluğa qarşı və həzm
orqanlarının müalicəsində tətbiq olunur.
Naxçıvan MR-da Babək rayonu ərazilərindəki təsərrüfatlarda şüyüd, digər ədviyyat bitkiləri kimi
becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır.
14) Reyhan- (Ocimum basoilicum) - Dodaqçiçəklilər fəsiləsindən olan birillik ədviyyat bitkisinin
vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır.
Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin
hündürlüyü 30-50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət
xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir.
Reyhan bitkisinin qurusu da xörəklərdə istifadə olunur. Xalq təbabətində əsəb sisteminin
tənzimlənməsində müalicə məqsədilə istifadə edirlər. Bitkidən daxili xəstəliklərin müalicəsində də
istifadə olunur. Ağızdakı mədə iyini aradan götürmək üçün beş dəqiqə ərzində reyhan yarpaqlarını
(zoğlarını) çeynəmək lazımdır.
Bitkinin yarpaq və zoğunda 0,02-0,08 % efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır.
51
Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər
becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır.
15) Tərxun- (Artemisia dracunculus)- Mürəkkəbçiçəklilər fəsiləsindən, yovşan cinsindən olan
çoxillik tərəvəz bitkisinin vətəni Monqolustan və Cənubi Sibir (Mancuriya) olmaqla dünyanın bir çox
ölkələrində o cümlədən də Azərbaycanda (Naxçıvanda) yayılmışdır.
Ətirli yarpaqları olan tərxun bitkisinin hündürlüyü 60-80 sm-dir. Lanset formalı yarpaqları olan
bitkinin çiçəkləri ağ rəngdə kiçik “səbətdə” toplanmışdır.
Muxtar Respublikada Naxçıvan şəhəri ilə Babək rayonundakı şəxsi təsərrüfatlarda əkilib becərilən
tərxun milli yeməklərdə ədviyyat bitkisi kimi istifadə olunur.
Tərxundan spirtsiz içkilər (limonad, şirələr, ekstraktlar və.s) hazırlanılır.
Tərxun bitkisinin ziyanvericisi sarı sarmaşıq (Convol vulaceae) ( küc) parazit zəhərli alaq otudur.
Xalq təbabətində mədə xəstəliklərinə qarşı təzə və qurudulmuş halda istifadə olunur.
Bitkinin yayılması əsasən iyun ayının əvvəlində şitil formasında, köklü gövdəsi çoxaldılıb əkilir.
Münbit torflu (üzvi gübrəli) torpaqda tərxun bitkisi cərgəarası (18-20 sm olmaqla) əkilərək alaq
otlarından mexaniki surətdə təmizlənməli və kimyəvi ziyanvericilərə qarşı dərmanlardan istifadə
olunmamalıdır.
16) Qarpız- (Citrullus vulgaris) - Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni Cənubi
Afrikadakı Kalxari səhrasıdır.
Yabanı qarpızın çəkisi 250 qram, mədəni növləri isə 2-25 kq.- dək olur. Qarpızın içərisində 5-10 %
şəkər, 88-91 % su, 0,97-1,48 % azotlu birləşmələr olur. Bundan başqa qarpızın tərkibində A, B, C
vitaminləri ilə zəngindir.
Qarpızdan milli yeməklərdə mürəbbə və şirələr hazırlanılır. Qarpızın kiçik kal meyvələri duza
qoyularaq konservləşdirilir.
Qarpız toxumunda 25-36 % yağ olur ki, bundan sabun bişirmə sənayesində istifadə edirlər. Qarpızın
bir neçə növləri vardır ki, onlardan ən məhsuldarı xırda toxumlu “Qaradonlu” növüdür.
Naxçıvan MR-da qarpız, əsasən Babək rayonundakı təsərrüfatlardakı bostanlarda əkilərək alaq otları
içərisində becərilir. 85 kq. ağırlığında qarpız Qırğızıstandakı Yauki-Bazar rayonunda yetişdirilmişdir.
Xalq təbabətində qarpız suyunu bal və zəncəfillə qarışıq yeməklə bəlğəmi aradan götürmək
mümkündür. Toxumları böyrək daşını əridərək bədənə rütubət verir və s.
17) Balqabaq (boranı)- (Cucurbita maxima) - Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin
vətəni Cənubi Amerikadakı Peru ilə Çilidir.
Balqabağın bir neçə növləri vardır ki, armuda oxşarından keçmiş zamanlarda su qabı kimi istifadə
edilərdi. Balqabağın çəkisi 100 kq-a dək, yumrusunun diametri isə 40-70 sm olur. Meyvəsinin lətli
hissəsində 8-11 % şəkər, toxumunda isə 30-50 % yağ vardır.
Xalq təbabətində qovrulmuş balqabaq toxumlarından bağırsaqdakı qurd qovucu kimi istifadə olunur.
Balqabaq şirəsi bədəndə istilik və öskürəyə qarşı xeyirlidir. Balqabaqdan müxtəlif milli xörəklərdə
istifadə edilərək lətli hissəsindən mürəbbə bişirilir ki, beyin fəaliyyətini möhkəmləndirir.
Naxçıvan MR-dakı təsərrüfatlarda balqabaq bitkisinin ən çox məhsuldar “yunan növü” əkilib
becərilir. Birillik bostan bitkisi toxumları ilə çoxaldılır.
18) Yemiş (qovun)- (Melo sativus) - Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni
Hindistandır.
Naxçıvan ərazilərinə XVI-XVII əsrlərdə Orta Asiyadan gələn Kəngərli (Kanqlı) tayfaları tərəfindən
bir neçə növü gətirilmişdir.
Yemişin tərkibində 4,5-10,5 % şəkər, şirəsində isə 10-45 % C vitamini vardır. Yemişin təzə halda,
qurudulmuş və lətindən bişirilmiş mürəbbəsi faydalıdır.
Muxtar Respublikanın təsərrüfatlarında yemişin bir neçə növləri vardır ki, onlar Daş qovun,
Dostları ilə paylaş: |