Feyruz Bağırov



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
1   2   3   4   5   6   7   8   9   ...   13

I faza: Payız-qış  fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən 
davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10-15%-ə  qədəri 
axır.  
II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini  əhatə edir. Qarların  əriməsindən və 
yağışların yağmasından  əmələ  gələn daşqınlar baş verir. Martın ikinci  yarısında temperaturun artması 
nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3-5 daşqın müşahidə edilir. May – 
iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60-70%-i), sonra isə azalmağa başlayır.  
III faza: Yayın az sulu dövrünü  (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində 
şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı 
illik axım həcminin 10-15%-ni təşkil edir.  
Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları 
ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. 
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 
km

–ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km
3
 təşkil edir. 
1) Araz çayı-hövzəsi 1.072 km, sahəsi 102.000 km², üzərində 1971-ci ildən tikilmiş Araz dəryaçası 
vardır. Kür çayının qoludur (Mənbəyi 3.000 m yüksəklikdən başlanır). 
 
2) Arpa çayı-hövzəsi 126 km, sahəsi 2.630 km², üzərində 1977-ci ildən istifadəyə verilmiş Arpaçay 
dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır). 
 
3) Naxçıvan çayı-hövzəsi 81 km, sahəsi 1.630 km², üzərində 1999-cu ildən istifadəyə verilmiş 
Vayxır dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.150 m yüksəklikdən başlanır). 
 
4)  Əlincə çayı-hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur (Mənbəyi 2.800 m 
yüksəklikdən başlanır). 
 
5) Gilan çayı-hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur (Mənbəyi 2.700 m yüksəklikdən 
başlanır). 
 
6) Bağırsaqdərə çayı-hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur (Mənbəyi 1.086 m 
yüksəklikdən başlanır). 
 
7) Düyülün çayı-  hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur (Mənbəyi 2.400 m 
yüksəklikdən başlanır). 
 
8) Vənənd çayı-hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur (Mənbəyi 3.400 m 
yüksəklikdən başlanır). 

 
18
 
9) Axura (Qabaxlı) çayı- hövzəsi 25 km, sahəsi 112 km². Arpa çayının qoludur (Mənbəyi 2.460 m 
yüksəklikdən başlanır). 
 
10)  Əyilis çayı- hövzəsi 24 km, sahəsi 58 km². Araz çayının qoludur (Mənbəyi 3.100 m 
yüksəklikdən başlanır). 
 
11) Ordubad çayı-hövzəsi 24 km, sahəsi 42 km². Araz çayının qoludur (Mənbəyi 3.200 m 
yüksəklikdən başlanır). 
 
12) Parağa çayı-hövzəsi 21 km, sahəsi 49 km². Gilan çayının qoludur (Mənbəyi 3.580 m 
yüksəklikdən başlanır). 
 
13) Kükü çayı-hövzəsi 20 km, sahəsi 105 km². Naxçıvan çayının qoludur. (Mənbəyi 3120 m 
yüksəklikdən başlanır). 
 
14) Salvartı çayı-hövzəsi 10 km, sahəsi 19 km². Naxçıvan çayının qoludur (Mənbəyi 2.849 m 
yüksəklikdən başlanır). 
 
15) Kotam çayı- hövzəsi 8 km, sahəsi 22 km². Araz çayının qoludur (Mənbəyi 1.640 m 
yüksəklikdən başlanır). 
 
16) Kilit çayı- hövzəsi 7 km, sahəsi 13 km². Araz çayının qoludur (Mənbəyi 2.340 m yüksəklikdən 
başlanır). 
 
17) Ayçınqıl çayı- hövzəsi 7 km, Vənənd çayının qoludur (Mənbəyi 3.362 m hündürlükdən 
başlayır). 
 
18) Pəzməri  şəlaləsi- Ordubad rayonu ərazisindəki rayon mərkəzindən 37 km şimal-qərbdə 
(Ordubad-Unus yolunun kənarında) okean səviyyəsindən 2.161 metr hündürlükdədir. 
Pəzməri şəlaləsi Azərbaycanda ən hündür şəlalə olmaqla 16 metr hündürlükdən tökülərək orta illik 
su sərfi 1,34 m³/san-dir. Yerli əhali  şəlaləyə “Qaplan şəlaləsi” adını vermişlər. Pəzməri  şəlaləsi yay 
aylarında mənzərəli görünür. Ərazi turistlər üçün istirahət yeri olmaqla təbii zənginliklərə malikdir. 
 

 
19
Göl tikməklə yol çəkib körpü salmaq xalqın firavanlığına xidmət etməkdir. 
Xeyriyyəçi Şahbaz ağa Kəngərli. 
 
 Təbii və süni göllər  
 
Naxçıvan Muxtar Respublikasında olan təsərrüfatlardakı  əkin yerlərini suvarmaq məqsədi ilə irili-
xırdalı otuza qədər su hövzələri vardır. Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Agentliyinə məxsus 
təbii və süni yolla yaradılmış göllərin təsnifatı aşağıdakı kimidir. 
 
1) Göygöl-təbii olaraq okean səviyyəsindən 3065m. yüksəklikdədir. Su tutumu 9,75 min m³, sahəsi 
15 hektar (bir tərəfində qar olduğu halda, qarşı  tərəfdə  bənövşə  ətirli çəmənlikdən ibarətdir). iyun-iyul 
ayında su səthinin temperaturu 1-5 Cº-dir.(2006-cı ildə) 
 
2)  Salvartı-təbii olaraq okean səviyyəsindən 2849m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, 
sahəsi 3,2 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 5-10 Cº-dir. (2006-cı ildə) 
 
3) Qanlı göl-suni olaraq tikilərək 1965-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2420m. 
yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,10 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin 
temperaturu 10-12 Cº-dir. (2006-cı ildə) 
 
4)  Batabat gölü I-suni olaraq tikilərək 1951-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 
2113m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su 
səthinin temperaturu 8-10 Cº-dir. (2006-cı ildə) 
 
5)  Batabat gölü II-suni olaraq tikilərək 1953-cü ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 
2110m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,7 kvadrat kilometrdir. iyun-iyul ayında su 
səthinin temperaturu 10-11 Cº-dir. (2006-cı ildə) 
 
6)  Batabat gölü III-suni olaraq tikilərək 1955-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 
2109m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su 
səthinin temperaturu 12 Cº-dir. (2006-cı ildə) 
 
7) Araz dəryaçası- 1971-ci ildə Araz çayı üzərində tikilmiş Araz SES (gücü 20 MQW) nəticəsində 
suni sürətdə yaradılmışdır. Okean səviyyəsindən 777m. yüksəklikdədir. Su tutumu 1,350 milyon m³, 
iyun-iyul ayında su səthinin temperaturu 20-25 Cº-dir. (2006-cı ildə) 
 
8)  Arpaçay dəryaçası-1977-ci ildə Arpaçayı üzərində tikilmiş  bənd nəticəsində suni surətdə 
yaradılmışdır. Okean səviyyəsindən 959m. yüksəklikdədir. Su tutumu 140-150 milyon m³, sahəsi 6,30 
kvadrat kilometrdir. (Sağ  və sol suvarma kanalları istismara verilmişdir.) iyun-iyul ayında su səthinin 
temperaturu 18 Cº-dir. (2006-cı ildə) 
 
9)  H.  Əliyev adınaVayxır dəryaçası-1999-cu ildə Naxçıvan çayının üstündə qurulmuş  bənd 
nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 1147m. yüksəklikdədir. Su tutumu 100 
milyon m³, sahəsi 4,54 kvadrat kilometrdir. (Sol sahil suvarma kanalı istismara verilmişdir.) iyun-iyul 
ayında su səthinin temperaturu 18 Cº-dir. (2006-cı ildə) 
 
10) Bənəniyar gölü- 1987-ci ildə tikilmiş, Əlincə çayı ilə doldurulur. Okean səviyyəsindən 1200m. 
yüksəklikdədir. Su tutumu 19 milyon m³, sahəsi 6 min hektardır. iyun-iyul ayında su səthinin temperaturu 
19-20 Cº-dir. (2006-cı ildə) 
 
11) Uzunoba gölü-1961-ci ildə tikilmiş, Naxçıvan çayının suyu ilə doldurulur. Okean səviyyəsindən 
1000m. yüksəklikdədir. Su tutumu 8,5 milyon m³, sahəsi 1,2 kvadrat kilometrdir. iyun-iyul ayında su 
səthinin temperaturu 22-25 Cº-dir. (2006-cı ildə) 
 

 
20
12)  Sirab gölü- 1979-cu ildə tikilmiş, Sirab çayının (Vayxır dəryaçasının sol kanalı ilə) suları ilə 
doldurulur. Okean səviyyəsindən 1077m. yüksəklikdədir. Su tutumu 11,6 milyon m³, sahəsi 1,54 kvadrat 
kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 22-23 Cº-dir. (2006-cı ildə) 
 
13)  Nehrəm gölü-1965-ci ildən tikilmiş  Əlincə çayından doldurulur. Okean səviyyəsindən 900m. 
yüksəklikdədir. Su tutumu 6 milyon m³, sahəsi 0,85 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin 
temperaturu 26-28 Cº-dir. (2006-cı ildə) 
 
14) Xok gölü I-1997-cı ildə tikilmiş bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 800m. 
yüksəklikdədir. Su tutumu 3 milyon m³, sahəsi 35 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 20-
25 Cº-dir. (2006-cı ildə) 
 
15) Xok gölü II-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 750m. 
yüksəklikdədir. Su tutumu 400 min m³, sahəsi 8,8 hektardır. Yay aylarında göldə su quruyur. (2006-cı 
ildə) 
 
16) Çalxanqala gölü-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 
1100 metr yüksəklikdədir. Su tutumu 500 min m³, sahəsi 2,5 hektardır. iyun-iyul ayında su səthinin 
temperaturu 20 Cº-dir. (2006-cı ildə) 
 
17)  Qahab gölü-1984-cü ildə tikilmiş, Qahab çayından sel suları ilə doldurulur. (Vayxır 
dəryaçasının sol kanalı ilə doldurulması da nəzərdə tutulmuşdur) Okean səviyyəsindən 1043m. 
yüksəklikdədir. Su tutumu 1 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin 
temperaturu 20 Cº-dir. (2006-cı ildə) 
 
18)  Məzrə gölü-1984-cü ildən tikilmişdir. Naxçıvan çayından (Vayxır dəryaçasının sol kanalı ilə) 
doldurulur. Okean səviyyəsindən 1675m. yüksəklikdədir. Su tutumu 1milyon m³, sahəsi 0,18 kvadrat 
kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 22 Cº-dir. (2006-cı ildə) 
 
19)  Payız gölü -1982-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean 
səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 20 hektardır. iyun-iyul ayında su 
səthinin temperaturu 16-18 Cº-dir. (2006-cı ildə) 
 
20)  Cəhri gölü-I-1979-cu ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean 
səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 800 min m³, sahəsi 12 hektardır. iyun-iyul ayında su 
səthinin temperaturu 16-18 Cº-dir. (2006-cı ildə) 
 
21)  Cəhri gölü-II-1980-cı ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean 
səviyyəsindən 910 metr yüksəklikdədir. Su tutumu 1,2 milyon m³, sahəsi 18 hektardır. iyun-iyul ayında 
su səthinin temperaturu 19 Cº-dir. (2006-cı ildə) 
 
22)  Cəhri gölü-III-1981-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean 
səviyyəsindən 915 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 12 hektardır. iyun-iyul ayında su 
səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə) 

 
21
Çaylar ana torpağın qan damarı olmaqla kəhriz çəkib 
xalqı sevindirmək Hac ziyarətindən üstündür. 
Xeyriyyəçi Kərbəlayı Musa. 
Hidrogeologiya 
Naxçıvan Muxtar Respublikanın hidrogeologiyası geniş miqyasda müxtəlif müəlliflər, elmi 
tədqiqat və layihə institutları tərəfindən öyrənilmişdir. Bu sahədə N. M. Paffenqolts,  K. N. Filonov, F. 
Ş. Əliyev, H. T. Süleymanov,  Ə. H. Əlimov, Ç. A. Fətullayev, D. S .Rossoxotskaya, Ə. G. Quliyev və 
başqa tədqiqatçılar işlər aparmışlar.  
Muxtar Respublika tutduğu coğrafi mövqeyindən, tektonikasından, geoloji  quruluşunu təşkil 
edən süxur və çöküntülərin litoloji tərkibinin əmələ gəlmə şəaritindən asılı olaraq rəngarəng və səciyyəvi 
hidrogeoloji  xüsusiyyətlərə malikdir. Onlar aşağıdakılardır: 
Sədərək düzənliyi. Geomorfoloji   cəhətdən düzənliyin sahəsi iki hissədə – cənub-qərb 
Arazkənarı terras və şimal-şərq – Çanaqçıçayın gətirmə konusuna ayrılır. Düzənliyi təşkil edən Dördüncü  
dövr çöküntüləri əsasən allüvial, prolüvial və delüvial mənsəbli olub, müxtəlif litoloji  tərkibə və qalınlığa 
malikdir. Düzənliyin dağətəyi  şimal-şərq hissəsində  həmin çöküntülər  Çanaqçıçay və Bağırsaq dərəsi 
çaylarının gətirmə çöküntüləri olub, tərkib etibarilə arası qum və gilcərlə doldurulmuş çaqıl və çınqıllı iri 
çaydaşılarından ibarətdir. Bu hissədə çöküntülərin qalınlığı 70 m-ə çatır. 
Dağətəyi zonadan cənub-qərbə, Arazkənarı terrasa doğru çaydaşıları  tədricən  kiçik fraksiyalı 
çöküntülərlə- xırda ölçülü çınqıllarla, qumlarla və gilcələrlə əvəz olunur. Çöküntülərin ümumi qalınlığı, 
Arazkənarı zonada 197 m-ə çatır. Arazkənarı zonanı  təşkil edən Dördüncü  dövr çöküntüləri  şaquli 
kəsilişdə tədricən  fərqlənən üç mərtəbəyə ayrılır: qum və xırda çınqıllardan təşkil olunmuş, qalınlığı 65 
m-ə çatan üst mərtəbə; qalınlığı 35 m olan məsaməli gilcələrdən təşkil olunmuş orta mərtəbə və qalınlığı 
97 m-ə çatan, yuxarı hissədə xırda, aşağı hissədə iri çaydaşılardan ibarət, arası qum və çınqıllarla dolmuş 
üçüncü  mərtəbə. 
Sədərək düzənliyində yeraltı su axınının istiqaməti  şimal –şərqdən cənub –qərbə doğrudur. 
Yeraltı sular Dəhnə və Başdağ dağlarına toxunaraq  müəyyən qədər istiqamətini dəyişir və bu da mütləq 
qiymətləri 790-800 m olan izogipslərin düzülüşündə aydın nəzərə çarpır. Yeraltı  suların dərinlikdə yatım 
aynası 1,0 m-dən 20 m arasında tərəddüd edir.  
Sədərək düzündə su aparıcı qatın qalınlığı 20 m-dən 130 m-dək dəyişir.  Ən yüksək qalınlıq 
mərkəz hissədə üstünlük təşkil edir. Mərkəzdən dağ ətəklərinə  doğru su aparıcı qatın qalınlığı 20 m-dək 
azalır. 
Düzənlik hissədə qrunt suları şimal-şərqdə dağətəyi zonada yaranmağa başlayır. Bu zonada qrunt 
suları  Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərəsi çaylarının yerüstü və yataqaltı sularının, atmosfer 
çöküntüləri və dağətəyi ana süxurların yeraltı sularının süzülməsi hesabına qidalanır. Bu zonada yaranmış 
yeraltı suların axımı  cənub-qərbə yönələrək düzənliyin qrunt sularının  əsas mənbəyi sayılır. Dağətəyi  
zonada  yaranmış yeraltı su axımı düzənliyin mərkəz hissəsində öz ehtiyatını suvarmadan süzülən sular 
hesabına bir qədər artırır. Düzənliyin Arazboyu hissəsində bu axım Ermənistanın Arazdəyən 
düzənliyindən axan yeraltı    suaxımı ilə qarşılaşaraq bir qədər cənuba doğru öz istiqamətini dəyişir. 
Düzənliyin qrunt suları əsasən Araz çayı, qismən də buxarlanma və transpirasiya vasitəsi ilə sərf olunur. 
Sədərək düzənliyində çöküntülərin  süzülmə  əmsalı süxurların tərkibindən asılı olaraq müxtəlif 
qiymətə malikdir. Süzülmə əmsalının orta qiyməti 4-16m/sut., bəzi hallarda isə 22 m/sut. təşkil edir. 
Düzənlik sahədə yerləşən qrunt suları müxtəlif duzluluğa və kimyəvi tərkibə malikdir. Şimal-şərq 
hissədə Çanaqçıçay gətirmə konusunda qrunt sularının duzluluğu 0,5 q/l-dir. Suların ümumi minerallaşma 
dərəcəsi 1,2-3,02 q/l təşkil edir.  Araz çayına doğru minerallaşma dərəcəsi artır və 2-5 q/l-ə çatır.  
Yeraltı suların səthinin meyilliyi Araz kənarı sahəyə doğru 0,05-dən 0,005-dək azalır. Hərəkət 
istiqaməti boyunca  qrunt sularının codluğu 3 mg/ekv –dən 12-14 mg/ekv-ə qədər dəyişir. Qrunt sularının 
temperaturu düzənlik daxilində 11-14°C təşkil edir. Suların kimyəvi tərkibi sulfatlı – hidrokarbonatlı – 
natriumlu və sulfatlı-xloridli-natriumludur.  
Sədərək düzənliyi ərazisində təzyiqli sular da təşəkkül tapmışdır. Təzyiqli sular Dördüncü  dövr 
çöküntülərində mövcuddur və quyular vasitəsilə 19-120 m dərinliklərdə açılmışdır.  

 
22
Düzənliyin qrunt və  təzyiqli suları vahid kompleks təşkil edir. Belə ki, təzyiqli sular yuxarıya 
doğru filtrasiya edərək qrunt sularına qarışır. Bunun nəticəsində qrunt sularının minerallaşma dərəcələri 
artır və  səviyyənin səthə yaxın hissələrində güclü  buxarlanma nəticəsində torpağın  şoranlaşması baş 
verir.  
Sədərək kəndinin şimal-qərb hissəsində Orta Devon əhəngdaşlarının əmələ gətirdiyi yüksəklikdə 
bir neçə yüksək debitli bulaq çıxır ki, onlar da tektonik sınma və çat ilə əlaqədardır.  
Şərur düzənliyi. Düzənlik  Şərqi Arpaçayın allüvial-prolüvial çöküntülərdən ibarət gətirmə 
konusunun böyük bir hissəsini əhatə edir. Araz çayına doğru bu çöküntülərin qalınlığı artır, yanlara doğru 
isə azalır. Çöküntülərin qalınlığı demək olar ki, 20 m-lə 200 m arasında tərəddüd edir. Şərur düzünün hər 
yerində demək olar ki, qrunt suları yayılmışdır. Arazboyu hissədə isə  həmçinin təzyiqli sular vüsət 
tapmışdır. 
Ümumiyyətlə, düzənliyin Dördüncü  dövr çöküntülərinin  əmələ  gəlməsində  Şərqi Arpaçay 
mühüm rol oynamışdır. Bu səbəbdən  ərazidə çöküntülərin olmasında dağətəyi gətirmə konuslarına xas 
olan qanunauyğunluq - tədrici  fraksiya  dəyişikliyi müşahidə edilir.  
Düzənlik daxilində qrunt sularının yatım dərinliyi müxtəlif olub, şimal-şərqdən cənub-qərbə 
doğru dayazlaşır. Ən böyük yatım dərinliyi düzənliyin şimal –şərq dağətəyi hissəsində olub, 30 m-dən bir 
qədər artıqdır. Dağətəyi zonanın aşağı hissələrində qrunt sularının dərinliyi 20-30 m-ə çatır. Konusun 
aşağı hissəsində qrunt sularının yatım dərinliyi 10-20 m, düzənliyin orta hissəsində isə 3-10 m-dir. 
Arazkənarı zonada qrunt suları 3 m-dən dayazda yataraq, bəzən yer səthini rütubətləndirib, kiçik bataqlıq 
sahələri yaradır.  
Çöküntülərin süzülmə əmsalı onların mənşəyindən və litoloji  tərkibindən asılı olaraq çox böyük 
hüdud daxilində  dəyişir.  Ən kiçik süzülmə  əmsalı 1m/sut. olub, dağətəyi zonadakı deluvial çökntüləri 
əhatə edir. Düzənliyin Arazboyu hissəsində çöküntülərin süzülmə əmsalı 1-5 m/sut. olub, litoloji  tərkibcə  
qumlu çınqılları, çınqıllı qumları  və lilli çaqılları  təmsil edir. Arpaçayın gətirmə konusunun mərkəz və 
yuxarı hissəsində həmin əmsal 10-15 m/sut. olub, Şərur düzənliyi üçün ən yüksək göstərici  sayılır.  
Düzənliyin qrunt suları əsasən şirin olub, minerallaşması 0,3 q/l-dən 1,5 q/l –ədək dəyişir. 
Qrunt sularının codluğu düzənliyin əsas hissəsində 5 mq/ekv –dir. Araz kənarı hissədə codluq 10-
12 mq/ekv-dək  dəyişir. Qrunt sularının temperaturu 9-14 °C arasında tərəddüd edir.  
Düzənliyin yeraltı sularının  əmələ  gəlməsində  Şərqi Arpaçayın yerüstü və yataqaltı sularının, 
atmosfer çöküntülərinin, suvarmadan süzülən sular və dağətəyi zonanı  təşkil edən süxurlardan süzülən 
suların mühüm rolu vardır. 
Yeraltı suların kimyəvi tərkib hissəsi hidrokarbonatlı-sulfatlı-kalsium-maqneziumlu və 
hidrokarbonatlı –sulfatlı-kalsium- natriumludur. 
Düzənliyin Dördüncü  dövr çöküntülərinin orta və alt hissəsinə  təzyiqli yeraltı sular müncər 
olmuşdur. Təzyiqli suların tutduğu sahə düzənliyin Arazkənarı hissəsinə uyğun gəlir. Təzyiqli sular 
düzənlik daxilində qazılmış tək-tək dərin kəşfiyyat quyuları vasitəsilə aşkar olunmuşdur. Təzyiqli suların 
yatım dərinliyi və təzyiqi müxtəlifdir. Muğanlı kəndinin şərq qurtaracağında qazılan kəşfiyyat quyusunda 
təzyiqli sular 38-230 m dərinlikdə aşkar edilmişdir. Təzyiqli sular qrunt sularından qalınlığı 2-20 m olan 
gil təbəqəsi ilə  təcrid olunur. Sulu horizontda araları qumlu, qumca və gilcə ilə dolmuş çaqıl-çınqıllar 
intişar tapıb. Onların qalınlığı 0,5-95,6 m, süzülmə əmsalı 0,8-57,6 m/gün çox vaxt 15 m/günə qədər olur, 
sukeçiricilik əmsalı 40-1950 m
2
/gün, ərazinin əksər sahələrində 900 m
2
/gündür.  
Düzənlik  ərazidə yaranan yeraltı axım  Araz çayına doğru istiqamətlənmişdir və qrunt suları 
əsasən Araz çayı vasitəsilə sərf edilirlər.  
Naxçıvançay düzənliyi. Düzənliyin  şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, 
Dərələyəz və  Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının 
qobuları ilə  və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın  aydın seçilən 
terrasları düzənliyin qərb  və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə 
çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13-50  və 70 m  hündürlükdə yerləşmişdir.  

 
23
Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü  dövr çöküntülərinin 
qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10-15 m –dən 35 m-dək artır. Naxçıvan 
şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir.  
Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz 
çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin  şimal-qərb və  cənub-şərq hissələrində ensizləşir. 
Çöküntülərlə müncər olan qrunt sularının yatım dərinliyi şimaldan dağətəyi hissədən cənuba, Araz çayına 
doğru və düzənliyin kənarlarından mərkəz hissəyə, Naxçıvana doğru azalır. Düzənlik  ərazisində qrunt 
sularının yatım dərinliyi 2,0-30 m arasında tərəddüd edir. 
Çöküntülərin süzülmə əmsalı onların litoloji  tərkibindən asılı olaraq 1,5 m/sut. arasında tərəddüd 
edir. Qrunt sularının minerallaşması 1 q/l-ə  qədərdir. Suların codluğu 4-9 mq/ekv, temperaturu 11-14°C-
dir. Yeraltı axımın mailliyi 0,0025-0,0057 –dir. Sukeçiricilik əmsalı 3-145 m
2
/sut. arasında dəyişir. 
Suların kimyəvi tərkibi hidrokarbonatlı – kalsiumlu –maqneziumlu və hidrokarbonatlı – sulfatlı 
maqneziumlu-natriumludur.  
Düzənliyin şimal- qərb, Arazkənarı hissəsində qrunt suları əsasən Araz çayı vasitəsilə, qismən də 
buxarlanma yolu ilə  sərf olunur. Həmçinin Naxçıvançayın gətirmə konusu hüdudlarında 20-dən artıq 
kəhriz və  Cəhriçayın məcrasının suları hesabına qidalanan bir çox kəhrizlər mövcuddur ki, onlar da 
əhalinin su ilə təminatında mühüm rola malikdirlər. 
Culfa -Ordubad Arazboyu düzənlikləri. Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan 
düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik 
Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca  
Muxtar Respublikanın cənub və  qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək  uzanır. Oroqrafik 
cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay,  Əylisçay, 
Ordubadçay və  Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və  gətirmə 
konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu 
hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, 
Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın 
gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. 
Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10-12 m-dən 1,7-3,5 m-dək 
azalır.  
Suçəkmə  əməliyyatı zamanı  kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik 
daxilində müxtəlif qiymətlərə malik olmuşdur. 
Culfa  düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3-10,7 l/san, xüsusi 
sərfi isə 0,04-0,2 ll/san-dir. Culfa  şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 
15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə 
qidalanmasından irəli gəlir.  
Araz çayına yaxın qazılmış quyuların sərfi böyük göstəricilərə malikdir. Yaycı, Gilançay, Dəstə, 
Ordubad düzənliklərində quyuların sərfi 3,2-18,5 l/san, xüsusi sərfi isə 0,1-dən 5,4 l /san arasında dəyişir.  
Culfa –Ordubad Arazboyu düzənliyinin qrunt suları mxtəlif minerallaşma və kimyəvi tərkibə 
malikdir.  Əlincə  çayda suların minerallaşma dərəcəsi 0,5-0,8 q/l, kimyəvi tərkibi isə hidrokarbonatlı-
kalsiumludur. Düzənliyin qalan hissəsində suların minerallaşma dərəcəsi 1,0-1,2q/l olub, hidrokarbonatlı 
–sulfatlı və sulfatlı-hidrokarbonatlı-maqnezium-kalsiumlu tərkibə malikdir. 
Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində qrunt sularının minerallaşma dərəcəsi 0,32-1,82 
q/l arasında, kimyəvi tərkibi isə hidrokarbonatlı-kalsiumlu tərkibdən, sulfatlı-hidrokarbonatlı-natriumlu-
kalsiumlu tərkibə dəyişir. 
Suların ümumi codluğu 3 mq/ekv-dən 9-11 mq/ekv qədər olub, temperatur 9-13°C arasında 
tərəddüd edir.  
Culfa -Ordubad Arazboyu düzənliyinin qrunt sularının qidalanmasında başqa düzənliklərdən 
fərqli olaraq ana süxurların çat suları  və Araz çayının yataqaltı sularının rolu bir qədər artıqdır. 
Arazkənarı  hissədə Culfa  və Yaycı      düzənliyinin qrunt sularının  əmələ  gəlməsində Araz çayının 
yataqaltı suları mühüm yer tutur. Qrunt suları Araz çayı vasitəsi ilə sərf olunur.  

 
24
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin