Feyruz Bağırov



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
1   2   3   4   5   6   7   8   9   ...   13


Su axar yolun tapar.” 
(Atalar sözü) 
Kəhrizlər 
 
Kəhriz insanların yaradıcı  fəaliyyəti nəticəsində, yeraltı suları öz axını ilə yer səthinə  çıxaran 
meliorativ sistemlərə deyilir. Kəhrizlər insanın yaratdığı möcüzələrdən biridir.
  
Rəvayətlərə görə dünyanın Birinci  kəhrizi Məkkə  şəhərində olan  Zəm-zəm suyu  hesab olunur. 
Təsadüfi deyil ki, Quranda 26 surədə 38 dəfə  kəhrizə  işarə olunub. Ayələrdə belə yazılmışdır ki, 
«cənnətdə ağacların altından su axır». Məhəmməd peyğəmbərin(s.ə.s.) suya münasibətidə maraqlıdır. O 
bütün yer üzündə rast gəlinən suları, qızı Fatmeyi – Zəhranın kəbininə kəsmişdir. O vaxtdan başlayaraq 
kəhrizlər də islami qaydalara görə müqəddəs su abidələri adlandırılmış, onları çirkləndirmək, uçurmaq 
böyük günah sayılmışdır. Bu adətlər bu gün də qalmaqdadır.  
 Kəhrizlər hesabına susuz səhralar yaşıllaşır, yaşayış məntəqələri salınır, bir sözlə ekoloji aləmdə 
böyük dəyişikliklər baş verir. 
Bu halda   istifadə olunan kəhrizlər ta qədimdən su probleminin həllində mühim rol oynamışdır. 
Heç bir enerji almadan, mexaniki qüvvə  sərf etmədən,  ekoloji təmiz su  mənbəyi olan kəhrizlərin 
potensial imkanı böyükdür. Bu səbəbdən onların tədqiqinin, ekoloji aləmdəki rolunun müəyyən 
edilməsinin böyük elmi-praktik  əhəmiyyəti  vardır.  
 
Naxçıvan Muxtar Respublikasının rayonları üzrə  
kəhrizlərin bəzi ölçüləri və sərflərin təhlili  (Ə. G. Quliyevə görə, 2006) 
 
XX əsrin ortalarındak 
ıstifadə vəziyyəti 
 
R
ayo
nl
ar 
K
əhr
iz o
lan
 

nd

ri
n sa

 
K
əhr
izl
ərin say
ı 
 
K
əhr
iz k
ür
əl
əri
ni

uzu
nl

u m
-l
ə 
Q
uyu
lar
ın say
ı 
K
əhr
izl
ərin say
ı 
S
ərfl
ər 
l/san
 
Kəngərli 10 
169 
55108 
1869 
164 
1033,4 
Ordubad 14 
102 
43708 
1481 
87 
566,9 
Babək 25 
80 
44804 
1586 
57 
832,5 
Culfa  
13 
31 
12838 
518 
28 
178,4 
Şərur 9 
15 
5250 
202 

41,0 
Şəhbuz 6 
10 
2173 
95 
10 
70,0 
Cəmi 79 
407 
163817 
5699 
353 
2722,2 
 
 
Kəhriz-yeraltı suları toplayaraq yer səthinə arxlar vasitəsilə axıdılan hidrotexniki su qurğusudur. 
Kəhrizləri qazan ustalara kan-kan deyirlər. Ustalar əvvəlcə  şaquli vəziyyətdə “güman quyusu” 
qazaraq, torpaq altındakı sulu qata çatdıqda su gələn tərəfin  əksinə üfüqü lağımlar (kanlar) qazırlar. 
Sonradan həmin istiqamətdə bir neçə (hətta yüzdən artıq) quyular qazılaraq lağımlar vasitəsilə onları 
birləşdirirlər. Lağımların hündürlüyü 1,2-1,4 metr, eni isə 0,6-0,8 metr ölçüsündə olur. Əhalini süzülmüş 
təmiz su ilə təmin etmək üçün kəhrizlər əsas su mənbələridir. 
Bu gün kəhriz sistemləri və onların üzərində olan memarlıq abidələrinin bərpa və təmirinə dair heç 
bir normativ hüquqi aktlar və  sənədlərə  təsadüf olunmur. Baxmayaraq iş yealtı  işlərə aid olduğundan 
burada təhlükəsizlik qaydalarına dair müvafiq təlimatlar qanunlar olmalıdır.  

 
25
Onu demək istərdimki, bugünki kəhriz bərpa işlərinin aparılması bir növ özfəaliyyət xarakterlidir. 
Hər kəs özü bildiyi kimi kəhrizi bərpa edir, onun üzərində işin prinsipinə zidd inşaat işləri aparır, nəticədə 
kəhrizin gələcək  fəaliyyəti üçün problemlər yaradırlar. 
Son illərdə  yeraltı sulardan istifadə və onların mühafizəsinə dair görülən işlərə baxmayaraq kəhiz 
sistemlərinin sıradan çıxması ilə yeraltı suların çirklənməsi baş verməkdədir. Yaşayış  məntəqələrində 
bunlar problem yaratmağa başlamışlar. 
Kəhriz sistemləri və onların qidalanma mənbələri  ətrafında qazılan subartezian quyular kəhriz 
sistemləri üçün problem yaratmışdır. Subartezian quyuların fəaliyyəti nəticəsində qidalanma mənbələri 
ətrafında yeraltı suların rejimi dəyişmiş kəhrizlər sıradan çıxmışlar. Fəndgir işbaz hidrogeoloqların «çevik 
su  çıxarma üsulu» məhz babalarımızın təcrübəsi əsasında işləyən kəhrizlərin sıradan çıxarılmasına xidmət 
etmişdir. Deməli kəhriz sistemləri yayılmış  Kəngərli, Ordubad və s. rayonlarda subartezian quyuların 
qazılmasında olduqca  diqqətli olmalıyıq. 
Naxçıvan şəhərində indi də fəaliyyətdə olan kəhrizlər vardır ki, onlara vəsait qoyan xeyriyyəçilərin 
adları ilə adlandırmışlar. Həmin kəhrizlər Cəfərquluxan, Qızxanım, Mirzəbədəl, Korkişi, Qələndər, 
Kərbəlayi Musa, Sarbanlar (Mirişağa), Çuxur, Məşhədi Tahir, Ağaməli (xan), Şahbazağa, Cığatay, 
Cənənbər və başqalarıdır. 
Haliyyədə Muxtar Respublika Kəhrizlər İdarəsi tərəfindən milli sərvətlərimiz olan kəhriz təmir-bərpa 
olqunaraq su potensialını artmaqla xalqın istifadəsinə verilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  

 
26
“Su! Səni təsvir etmək qeyri-mümkündür. 
Çünkü sən həyatın özüsən... 
     Sən düyanın ən böyük sərvətisən. 
(Antuan Sent-Ekzüperi.) 
 
Mineral bulaqlar 
 
Naxçıvan Muxtar Respublikasında 200-dan artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi 
Arpaçay, Naxçıvançay,  Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərə ilə  Əyilis çaylarının 
vadilərindədir. 
Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min 
il arasındadır) çıxırlar. 
El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək, “yel suyu”, 
“sirli su”, “şor su” və başqa adlar deyilmişdir. 
1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı  əsrlərdə mükəmməl 
öyrənilmişdir. 
Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon 
qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. 
Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº 
arasındadır. 
Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası  ərazilərindədir. 
Mineral suların ion tərkiblərində Ca (kalsium) qələvilər, Na+K və Mg kationları ilə birlikdə HCO
3
 
(hidrokarbonat), SO
4
 (sulfat) və Cl (xlor) anionları da vardır. 
Naxçıvan MR-da mövcud mineral bulaqlarından gün ərzində (sutkada) 24 milyon litr su axıb gedir. 
Culfa rayonunda 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə qazılmışdır), Ordubad rayonunda 
isə 29 mineral bulaq vardır. 
 
Darıdağ mineral bulaqları qurupundan sutkada 3125783 litr termal mineral su axıb gedir. Həmin 
suların bir neçəsi fontanla yer səthinə çıxırlar. 
Darıdağ mərgümüşlü mineral suları, dünyada məşhur olan İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”, 
Fransadakı “Lua-bulbul” mərgümüşlü mineral sularından istər keyfiyyət və istərsə  də  çıxma debütünə 
görə çoxdur. 
 
Şahbuz rayonu ərazisində 50 mineral bulaq vardır ki, onların içərisindəki “Badamlı” mineral suyu 
soyuq,  şəffaf, iysiz və dadlıdır.  Ərazidəki bulaqların birlikdə sutkalıq (rayon üzrə) debütü (su sərfi) 
2750640 litrdir. 
“Badamlı” mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin 
suların tərkibi Rusiyadakı  (Şimali Qafqaz) Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni 
tərkiblidir. 
 
Babək rayonunda 50 mineral bulaqlar elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə 
qazılmışdır. 
Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi)  22477265 litrdir. 
“Sirab” suyu müalicə  əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” 
mineral sularından üstündür. 
 
Şərur rayonunda mineral bulaqlar azlıq təşkil etsə  də,  ərazidəki 7 mineral bulağın sutkalıq 
debütləri(su sərfi)  1,5 milyon litrə çatır. 
 
Kəngərli rayonunda mineral bulaqlar azdır.  Əsasən Araz çayı sahilində  və  Şaxtaxtı  kəndindəki 
suların tərkibləri hidrogen sulfidlidir. Zəif minerallaşmış mineral suların sutkalıq debütü(su sərfi)  50 m³-
dir. 
 

 
27
Sədərək rayonunda mineral su mənbələri azlıq təşkil edir. Araz çayı sahilindəki “Bahadur” mineral 
suyu, tərkibinə görə Muxtar Respublikada yeganə hidrokarbonatlı-maqneziumludur. Bulaq suyu orta 
dərəcədə minerallaşaraq sutkalıq debütü(su sərfi)   150 m³-dir. 
 
Culfa rayonu əraziləri xüsusilə Araz və Əlincə çayları vadiləri boyunca soyuq sulu mineral bulaqlar 
vardır. Rayon mərkəzinə yaxın yerdə Darıdağın cənub ətəklərində isti sulu (termal) mərgümüşlü mineral 
bulaqları qaynayır. 
1947-ci ildən “Badamlı” və “Darıdağ” balneoloji müalicəxanaları fəaliyyət göstərirlər. 
Sənaye üsulu ilə haliyyədə “Badamlı”, “Vayxır”, “Sirab” və “Gülüstan” mineral suları 
qablaşdırılaraq kütləvi şəkildə istehsal olunmaqdadır. 
 
Biləv mineral bulağı. Ordubad rayonu ərazisində Biləv kəndindən 15 km şimal-şərqdə Ulu çayın sol 
sahilindədir. 
 
Kimyəvi tərkibi: 
 
CO
2
 1,5 M 2,0 HCO
3
 75 SO
4
 14 .pH 5,9;  D 20,0 m³/gün, T 18 Cº 
                        (Na+K) 51 Ca 32 
 
Zəif minerallaşmış karbon qazlı, hidrokarbonatlı  və natriumlu-kalsiumlu su mədə-bağırsaq 
xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Bist mineral bulağı. Ordubad rayonu ərazisindəki Bist kəndindən 350 metr aralı  Ələhi çayının 
dərəsindədir. 
 
Kimyəvi tərkibi: 
 
CO
2
 1,1 M 3,9 HCO
3 
76 SO
4
 14 .pH 5,6;  D 35 m³/gün, T 18 Cº 
             
            Ca 61 Mg 33 
 
Karbon qazlı zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Dəstə mineral bulağı. Ordubad rayonu ərazisində  Dəstə  dəmiryolu stansiyasından cənub-qərbdə 
Araz çayı sahilindən çıxaraq axıb çaya tökülür. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 1,4 HCO
3
 61 SO
4
 32_____ .pH 6,5; D 15 m³/gün, T 18 Cº 
             
        Ca 61 (Na+K) 21 Mg 18 
 
1961-ci ildə ərazidə iki quyu qazılaraq boru ilə yüksək minerallı karbonqazlı-xlorlu-hidrokarbonatlı-
natriumlu su çıxmışdır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,8 M 18,5 Cl 66 HCO
3
 31 .pH 6,6; D 150 m³/gün, T 20 Cº 
             
            (Na+K) 0,3  
 
Karbonqazlı yüksək minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Ələhi mineral bulağı. Ordubad rayonu ərazisində  Ələhi kəndindən 500 metr cənub-qərbdə, 
Gilançay dərəsində qoşa bulaqlardan ibarətdir. 
 
Kimyəvi tərkibi: 
CO

1,3 M 3,6 HCO
3
 79 SO
4
 12_____ .pH 6,1; D 21 m³/gün, T 13,5 Cº 
             
        (Na+K) 38 Ca 33 Mg 28 

 
28
 
Zəif minerallaşmış bulaq suyunun tərkibi Gürcüstandakı “Barjomi” mineral suyuna oxşardır. Həmin 
su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Gənzə mineral bulağı. Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında 
Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,22 M 5,6 HCO
3
 53 SO
4
 30 Cl 17 .pH 7,5; D 160 m³/gün, T 15 Cº 
             
         (Na+K) 41 Ca 21 Mg 38 
 
Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun 
analoqudur. 
Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə 
suyu kimi istifadə olunur. 
 
Kilit mineral bulağı. Ordubad rayonu ərazisindəki Kilit kəndi yaxınlığında iki yerdən çıxan mineral 
bulaqlardır. 
 
Kimyəvi tərkibi: 
 
CO

07 M 2,2 HCO
3
 87 ___.pH 6,5; D 20 m³/gün, T 16 Cº 
             
        Ca 60 Mg 30 
 
Zəif minerallaşmış karbonqazlı su Rusiyadakı “Darasun” (Çita vilayəti) tipli olaraq müalicə 
məqsədilə istifadə edilir. 
 
Kotam mineral bulağı. Ordubad rayon mərkəzindən 8 km şərqdə Kotamçayın dərin dərəsində, 
Kotam kəndindən 5 km aralıdadır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,0 M 1,8 HCO
3
 91 ______.pH 7,7; D 25 m³/gün, T 14,5 Cº 
             
        Ca 85 (Na+K) 10 
 
Zəif minerallaşmış karbonqazlı suyun tərkibində hidrokarbonatla kalsium duzları vardır. Daxili 
xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Nəsirvaz mineral bulağı. Ordubad rayonu ərazisində okean səviyyəsindən 2400 m. yüksəklikdə 
Nəsirvaz kəndində bir neçə yerdən bulaqlar qaynayıb çıxırlar. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,4 M 1,5 HCO
3
 68 SO
4
 21 _____.pH 6,2; D 330 m³/gün, T 15 Cº 
             
        (Na+K) 36 Ca 35 Mg 29 
 
Zəif minerallaşmış karbonqazlı hidrokarbonatlı sulfatlı, natriumlu-kalsiumlu-maqneziumlu sudur. 
Tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqu olmaqla, 
daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Nüsnüs mineral bulağı. Ordubad rayonu ərazisində Nüsnüs kəndindən 600 metr qərbdə, rayon 
mərkəzindən 7 km aralı Şamxalçayın sahilindədir. 
 

 
29
Kimyəvi tərkibi: 
 
CO

0,8 M 0,6 HCO
3
 87 SO

10.pH 6,2; D 100 m³/gün, T 12 Cº 
             
          Ca 81 Mg 17 
 
Zəif minerallaşaraq, hidrokarbonatlı-kalsiumlu-karbonqazlıdır. Mineral su daxili xəstəliklərin 
müalicəsi üçün əhəmiyyətlidir. 
 
Parağa mineral bulağı. Ordubad rayonu ərazisində Parağa kəndindən 1,5 km aralı, okean 
səviyyəsindən 1785 m. yüksəklikdə üç yerdən qaynayaraq çıxır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,8 M 1,7 HCO
3
 13 SO

85.pH 6,5; D 90 m³/gün, T 13 Cº 
             
          Ca 77 Mg 20 
 
Zəif minerallaşmış sulfatlı, kalsiumlu-maqneziumlu su daxili xəstəliklərin müalicəsində (18-20 Cº) 
istifadəsi əhəmiyyətlidir. 
 
Pəzməri mineral bulağı. Ordubad rayonundakı  Pəzməri kəndinin yaxınlığında “Pəzməri 
təpəsi”ndədir. Bura rayon mərkəzindən 37 km (Ordubad-Unus yolunda) məsafədə dağ yolu gəlir. 
Zəif minerallaşmış karbonqazlı suyun dadı turşməzə olaraq (2-27 mq/litr ekvivalentdədir) coddur.
  
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 1,5 HCO
3
 64 SO

28.pH 6,4; D 43 m³/gün, T 13 Cº 
             
        Ca 72 (Na+K) 23 
 
Daxili xəstəliklərin müalicəsində (sutkada 1 litr (18-20 Cº) içmək) əhəmiyyətlidir. 
 
Tivi mineral bulağı. Ordubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır. 
Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə  təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın 
üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın 
Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,5 M 4,4 HCO
3
 72 SO
4
 15 Cl 13 .pH 5,7; D 2000 m³/gün, T 9 Cº 
             
        (Na+K) 14 Ca 53 Mg 33 
 
Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içmək 
əhəmiyyətlidir. 
 
Ametist  (Ametustos)  mineral bulağı.  Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı 
dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO
2
) mineralından (süxurundan) əmələ  gəlmiş 
duzlu mineral sudur. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,5 M 3,2 HCO
3
 72 SO

14 SiO
2
 600.pH 6,5; D 12 m³/gün, T 12,8 Cº 
                     
Ca 45 (Na+K) 31 Mg 24 
 
Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə 
əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20-30 Cº) vanna qəbul etmək olar. Qədim 

 
30
Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. 
 
Badamlı mineral bulağı. Şahbuz rayonu ərazisində Badamlı kəndindən 3 km cənub-qərbdə, okean 
səviyyəsindən 1274 m. yüksəklikdə bir neçə bulaqlar vardır. 1949-cu ildən mexaniki surətdə istehsal gücü 
artırılmış  və  sənaye üsulu ilə 0,5 litrlik şüşə qablarda satışa çıxarılmışdır. Haliyyədə plastik qablarda 
müxtəlif ölçülü və keyfiyyətli istehsalına sifarişçilərin sayı artmışdır. 
 
4(1) №li bulağın Kimyəvi tərkibi: 
 
CO

1,2 M 4,7 HCO
3
 71 SO
4
 5 Cl 24__ .pH 6,5; D 172 m³/gün, T 22 Cº 
             
        (Na+K) 54 Ca 34 Mg 12 
 
“Badamlı” suyu mədə-bağırsaq, sidik yolları  və qaraciyər xəstəliklərinin müalicəsində içilməsi 
əhəmiyyətlidir. Minerallığı zəif olduğundan süfrə suyu kimi də istifadə edilir. 
 
Batabat mineral bulağı.  Şahbuz rayonu ərazisində Naxçıvandan 65 km məsafədə okean 
səviyyəsindən 2445 metr yüksəklikdədir. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 1,3 HCO
3
 30 SO

65______.pH 6,5; D 3,8 m³/gün, T 8 Cº 
             
        Ca 39 (Na+K) 36 Mg 25 
 
Zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Biçənək mineral bulağı.  Şahbuz rayonu ərazisində Biçənək kəndindən 2 km aralı meşədəki qum 
daşları arasındakı çatlardan çıxır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 4,1 HCO
3
 85 SO

20.pH 6,7; D 12 m³/gün, T 10 Cº 
             
        Ca 19 (Na+K) 74 
 
Zəif minerallaşmış sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində (18-20 Cº) içilməsi 
əhəmiyyətlidir. 
 
Girdəsər mineral bulağı. Şahbuz rayonu ərazisindəki Badamlı mineral bulağından 1,5 km cənub-
qərbdə yerləşir. 
Zəif minerallaşmış su karbonqazlı, sulfatlı-hidrokarbonatlı, maqneziumlu-kalsiumlu-natriumludur. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,2 M 3,7 HCO
3
 45 SO

47______.pH 6,4; D 10 m³/gün, T 16 Cº 
             
        Ca 31 (Na+K) 21 Mg 47 
 
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir. 
 
Gömür mineral bulağı.  Şahbuz rayonu ərazisində Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür 
çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda  
bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən 
yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir. 
Zəif inerallaşmış sudan revmatik və  dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər 
kursda 10-15 dəqiqə, T 25-35 Cº) əhəmiyyətlidir. 
 
Kimyəvi tərkibi: 
 

 
31
CO

1,3 M 3,9 HCO
3
 74 Cl
 
13______.pH 6,6; D 230 m³/gün, T 20 Cº 
             
        Ca 33 (Na+K) 32 Mg 30 
 
Karvansara mineral bulağı.  Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean 
səviyyəsindən 2260 m. yüksək  ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. 
Hər iki bulaq suları termaldır. 
 
Kimyəvi tərkibi: 
 
H
2
s
 600 mq/litr, M 1,4 HCO
3
 21 13 SO

78____.pH 8; D 50 m³/gün, T 80 Cº 
             
                       Ca 58 (Na+K) 21 Mg 21 
 
Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-
maqneziumlu termal (qaynar) sudur. 
Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30-40 Cº) əhəmiyyətlidir. 
Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. 
 
Qəleyli mineral bulağı. Şahbuz rayonundakı Batabat yaylasında “Zor bulaq”dan 150 metr şərqdədir. 
Suyun tərkibi zəif minerallaşmış karbonqazlı olduğundan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) 
əhəmiyyətlidir. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,7 M 2,6 HCO
3
 93 ___________.pH 6,5; D 28 m³/gün, T 12 Cº 
             
        Ca 52 (Na+K) 23 Mg 24 
 
Sələsüz mineral bulağı.  Şahbuz rayonu ərazisində, rayon mərkəzindən 7 km qərbdə  Sələsüzlə 
Əzizbəyov kəndlərinin arasındadır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 0,9 HCO
3
 64 SO

32______.pH 6,3; D 8 m³/gün, T 16 Cº 
             
         Ca 24 (Na+K) 30 Mg 46 
 
Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-sulfatlı, maqneziumlu-natriumlu-kalsiumludur. 
Bulaqda tədqiqat aparılmasa da, bir sıra daxili xəstəliklərin müalicəsi üçün (18-20 Cº) əhəmiyyətlidir. 
 
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin