96
2.1.6. İngilis və Azərbaycan dillərində tərkibində əminlik
/ şübhə fel semantik cərgəsi və modal hərəkət felləri olan
frazaların prosodik quruluşu.
Tərkibində modal hərəkət olan frazaların prosodik
quruluşunu tərkibində əminlik/şübhə fel semantik cərgəsi
olan frazaların prosodik quruluşu ilə müqayisə etmək
məqsədəuyğun olardı.
Tərkibində əminlik fel semantik cərgəsi olan frazaların
prosodik quruluşu üçün əminlik modal mənası olan leksik
vahidlərdəki orta və ya geniş ton diapazonunun azalan
hərəkəti səciyyəvidir. Bir qayda olaraq, ilk vurğulu heca
əminlik bildirən leksik vahidlə üst-üstə düşür və ən yüksək
tonal səviyyədə tələffüz edilir. O, həm də əsas tonun
yüksələn-azalan hərəkəti ilə
tələffüz edilə bilər.
Terminalqabağı hissənin qalan hecaları - orta və ya dar
diapozon əsas tonun rəvan və ya azalan hərəkəti ilə tələffüz
edilir. Terminal hissədə geniş diapozon əsas tonun orta və
ya yüksək azalan hərəkəti müşahidə olunur. Bəzi hallarda
mərkəzi hecada yüksələn-azalan ton hərəkəti mümkündür.
Həmin frazalarda əminlik modal mənasının ifadə
olunmasında əsas funksional yükü danışanın fikrin
məzmununa əmin olduğunu göstərən fel və söz birləşmələri
daşıyır. Buna melodik zirvə ilə, geniş diapozon yüksək
azalan tonla, güclü səslə nail olunur və prosodik fərqlənmə
ilə xarakterizə edilir.
I am sure if he’ll wish to see me (S.Maugham, “The Moon
and Sixpence”, p.84).
You know, I am not sure that your husband is quite
responsible for his actions (S.Maugham, “The Moon and
Sixpence”, p.37).
Mən ingilis dilində səhvsiz yaza bilirəm. Mən səhərlər tez
dura bilmirəm (dan.).
Bu qrupun bəzi frazaları qeyri-əminliklə (inamsız) səslənə
bilər, onların prosodik tərtibi üçün dar diapozonda alçaq
yüksələn ton və səslənmə gücünün azalması səciyyəvidir.
You are sure to fail if you do it that way [200, p.1201].
Mən bu sözü ona deyə bilmərəm.
Bu frazalarda danışanın fikrin məzmununa tam əmin
olduğunu göstərən fel və söz birləşmələrinin tam
97
mənasızlaşdırılması (desemantizasiyası) baş verir.
Müxtəlif dil səviyyələri vasitələrinin müxtəlifyönümlü
hərəkətləri buna misal ola bilər. Belə qarşılıqlı əlaqədə
prosodik vasitələr frazanın modal mənasının müəyyən
olunmasında əsas rol oynayır. Lakin belə halların sayı çox
azdır.
Tərkibində şübhə semantik cərgəli fel və söz birləşmələri
olan frazalarda ilk vurğusuz hecalar əsas tonun yüksələn
hərəkəti və ilk vurğulu hecada tonun rəvan hərəkəti ilə
səciyyələnir. Terminalqabağı hissənin sonrakı hecalarında
əsas tonun həm yüksələn, həm də azalan hərəkəti
müşahidə olunur. Mərkəzi hecada əsas tonun orta azalan
və azalan-yüksələn hərəkəti özünü göstərir. Fikir
tələffüzünün orta tempi və orta səs gücü müşahidə olunur.
We have no reason, to doubt her story [200, p.348].
Qeyd etdiyimiz kimi, modal hərəkət felləri əminlik və
şübhə modal mənaları arasında orta mövqedə dururlar.
Bu qrupda “to think” feli ən çox işlənən sözdür və aparıcı
yer tutur. Danışanın fikrin məzmununa münasibətindən asılı
olaraq tərkibində bu fel olan frazalar müxtəlif prosodik
quruluşa malik ola bilərlər.
Danışanın ifadə olunan fikrə əminliyini bildirən frazalar
üçün - ilk vurğulu hecada orta diapozonda azalan tonun
yüksək səviyyəsi səciyyəvidir. Terminalqabağı hissənin
qalan hecalarında da həmçinin orta diapozonda tonun
azalan hərəkəti müşahidə olunur. Mərkəzi heca üçün əsas
tonun orta azalan və ya yüksələn-azalan hərəkəti
xarakterikdir. Özü də azalma sürəti çox böyükdür.
Frazaların tələffüz gücü yüksəkdir, temp ortadır.
I think that Mrs. Strickland was the most harmless of all
the lion-hunters… (S.Maugham, “The Moon and Sixpence”,
p.33).
Düşünürəm ki, onun iradları yersizdir. Sonanın fikrincə,
Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı
(B.Bayramov). [14, s.279]
Danışanın ifadə olunan fikrin məzmununa qeyri-əminliyini
bildirən, tərkibində “think” feli olan frazalar orta ton
səviyyəsi, dar diapozon, yavaş tələffüz tempi və aşağı səs
98
gücü ilə səciyyələnir. Mərkəzi hecada əsas tonun ümumi
istiqamətində əhəmiyyətli fərqlər müşahidə olunmur.
I think he ought to resign (Oxford Advanced Learner’s
Dictionary, 1995, p.1241).
Əsərdə, fikrimizcə, bəzi nöqsanlara, mübahisəli
məsələlərə də yol verilmişdir [14, s.279].
İntonasiya qrafiki təhlili - felin səslənmə müddətinin
danışanın ifadə olunan fikrin məzmununa əminliyindən
bilavasitə asılılığını müəyyən etmişdir. Məsələn, danışanın
əminliyi azaldıqca bu felin səslənmə müddəti artıq olur.
Tərkibində fancy, guess, suppose olan frazalar çox vaxt
danışanın ifadə olunan fikrə qeyri-əminliyini göstərir.
Tərkibində bu fellər olan frazaların 60%-də nazik diapozon
tonunun yüksələn hərəkəti (mərkəzi hecada aşağı yüksəlmə
sürəti ilə), aşağı səs gücü müşahidə olunur.
Tərkibində qeyd olunan fellər olan frazalar terminal
hissədə əsəs tonun aşağı yüksələn və ya aşağı azalan
hərəkəti ilə tələffüz oluna bilər.
I suppose now that the lack of cigarettes brought as a
rule by her husband… (S.Maugham, “The Moon and
Sixpence”, p.44).
Tərkibində believe, expect olan fellər üçün tələffüzün
yüksək ton səviyyəsi, bütün frazanın və yekun hissənin
geniş diapozonu, sürətli tələffüz tempi xarakterikdir.
I believe he is a stockbroker! (Somerset Maugham, “The
Moon and Sixpence”, p.34).
Modal hərəkət bildirən frazaların prosodik quruluşu
sintaktik strukturun ara vahidinin müxtəlif mövqelərində eyni
deyildir. Tərkibində modal hərəkət olan ifadələrin
əksəriyyətində ara vahidindən sonra pauza qeyd olunur ki,
bu da danışanın qeyri-əminliyini göstərir.
İnterpozisiyada ara elementlər də pauzalarla fərqləndirilə
bilər. Ara vahidlərin melodik tərtibi azalan və yüksələn ola
bilər. Frazanın bu hissəsində azalan melodik tərtib
danışanın ifadə olunan fikrə daha yüksək əminliyi
səviyyəsini göstərir.
Danışanın əminliklə söylədiyi ifadələrdə pozisiyadan
sonrakı (mövqe arxası) hissədə ara elementləri az vurğulu
99
olur və sürətli templə, qeyri-əminliklə söylənilən fikirlərdə
isə - əsas tonun aşağı yüksələn hərəkəti ilə tələffüz edilir.
2.1.7. İngilis və Azərbaycan dillərində tərkibində ara söz
və söz birləşmələri olan frazaların prosodik quruluşu.
Ara söz və söz birləşmələrinin əsas rolu fikrin
aktuallaşdırılması, temp və ritmin fərqləndirilməsi, eləcə də
kommunikativ əhəmiyyətli hissələr arasında əlaqənin təmin
olunmasından ibarətdir.
Ara elementlər arasında fikrin funksional perspektivinə
əhəmiyyətli təsir göstərən bir sıra söz və söz birləşmələri
vardır. Bu, onunla bağlıdır ki, onların leksik mənasının özü
motivizasiya xassəli - yəni məlumatlılıq baxımından
əhəmiyyətli hissələri qeyd etmək xüsusiyyətli olur ki, bu da
prosodiyada əks olunur: ara element də, rema da azaldılmış
templə tələffüz olunur, ara elementin yekun hissəsində
yüksək azalan ton olur.
Ara elementlərdən istifadə edərkən danışan pauza edir.
Yazılı nitqdə prosodik vasitə rolunu müəyyən mənada
durğu işarələri yerinə yetirir.
Tədqiqatlar göstərir ki, ingilis və Azərbaycan dillərində
yazıda əlavələr ya vergüllə fərqləndirilir, ya da qrafik
baxımdan qeyd olunmur. Yazılı mətnlərin şifahi formada
verilməsi zamanı əlavələri fərqləndirən vergüllər heç də
həmişə pauza şəklində prosodik ifadə olunmur.
Müasir ingilis dilində yazıda əlavə olunan hissədəki
məlumatın ikinci dərəcəli olmasını, onun əhəmiyyətsiz, az
əhəmiyyətli olduğunu bildirmək üçün mötərizə ilə qeyd
edirlər. Şifahi nitqdə belə əlavələr aşağı diapozonla, aşağı
səs gücü ilə, oxucunun diqqətini cəlb etmək üçün xüsusi
fərqləndirilməli olan əlavələr isə sürətli templə tələffüz edilir.
Tire arasında verilən əlavələr şifahi nitqdə “ritorik” tonla
tələffüz edilir.
Azərbaycan dilində əlavələr yazıda vergüllə fərqləndirilir.
Şifahi nitqdə bu əlavələr dar diapozonda, aşağı səs gücü ilə
və zəiflədilmiş templə tələffüz edilir.
Hər iki dildə əlavələr, bir qayda olaraq, əsas mətndən
prosodik cəhətdən fərqləndirilir.
100
Əlavələr, bir qayda olaraq, bütün fikirlə müqayisədə
dar diapozonda, aşağı səslə və zəiflədilmiş templə tələffüz
edilərək ayrıca bir sintaqm təşkil edirlər.
Belə prosodik vasitələr kompleksi fikrin, ifadənin
tərkibində, deməli daha ümumi şəkildə hər hansı bir modal
mənanın olduğunu göstərir, lakin ümumilikdə bu prosodiya
ara söz və söz birləşmələri ilə ifadə olunan modal mənaların
verilməsinə nəinki şərait yaradır, əksinə imkan vermir.
Burada prosodiya yalnız ifadədə ara element olması faktının
özünü göstərməklə qrammatik funksiya yerinə yetirir və
beləliklə, əlavənin modal mənasını ön plana çəkərək
prosodiya həmin modal məna ifadə olunmasına
münasibətdə neytral qalır. Həmin fikirlərdə prosodiya
ifadənin müvafiq hissələrinin əlavə olunma xassəsini
göstərir, yəni sintaktik funksiya yerinə yetirir.
Sintaktik prosodiya, beləliklə, əlavənin əsas leksik
mənasının realizasiyasına şərait yaradır.
Çox vaxt sintaktik prosodiya modal mənaların digər ifadə
vasitələri ilə qarşılıqlı əlaqəli olur. Prosodiya onu
gücləndirərək, ya bu və ya digər dərəcədə dəyişdirərək
istənilən modal mənanın ifadə olunmasını təmin edir.
Bu situasiyada prosodiya yardımçı rol oynayır, yaxud
qətiyyətsizlik, təhkiyəyə müəllifin cəlb olunması və s. kimi
digər modal mənaların ifadə vasitəsi olur. Bu kateqoriya
üzrə fikrin müxalifliyinə tərkibində cümlə mənalı ara
elementlər olan fikirlərin, ifadələrin xüsusi prosodik
quruluşundan istifadə edilməklə nail olunur.
I think perhaps I should have made a show of the
indignation I really feet… (S.Maugham, “The Moon and
Sixpence”, p.63).
Məsələ sən deyən kimi deyil, bəlkə mən deyən kimidir
[11, s.245].
“Perhaps”, “bəlkə” ara sözlərinin leksik mənası ilə ifadə
olunan cümlələrin mənası bu sözlərin prosodik
fərqləndirilməsi ilə güclənmiş olur. Ara sözlər və söz
birləşmələri fikirdə başlanğıc mövqedə dururlarsa azalan
tonla tələffüz edilir və əsas tərkibdən pauza ilə (yazıda
vergüllə) ayrılırlar.
101
Əminlik/qətiyyət modal mənaları hər iki dildə, bir qayda
olaraq, orta diapozon, orta və ya yüksək ton səviyyəsi,
azalan ton hərəkəti, orta və ya güclənmiş səs, orta və ya
sürətli tələffüz tempinin vəhdəti ilə ifadə olunur.
“Certainly, are you alone?” (S.Maugham, “The Moon and
Sixpence”, p.56).
Əlbəttə bədnəzər var oynamasın (Q.Zakir) [12, s.263].
Qeyri-əminlik və ya qətiyyətsizlik orta diapozon, orta və
ya aşağı ton səviyyəsi, aşağı yüksələn və ya azalan-
yüksələn ton, aşağı salınmış səs və zəiflədilmiş temp
kompleksi ilə ifadə olunur.
But if the difference in tallies turned out to be a clerical
error – as it might - the D.T.M. would roast him alive (Arthur
Hailey, “Airport”, 257).
Mən biləsi (mən bilən) dünyada şəxs gərək elə bir iş
tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun
(C.Məmmədquluzadə) [11, s.271].
Bu misallarda əlavələr üçün prosodik quruluşun yüksələn
tonundan istifadə olunması müəllifin fikrə qətiyyətsizlik
vermək səyini göstərir.
Beləliklə, kommunikativ-dinamik sintaksis baxımından ara
elementləri hər iki dildə fikrin kommunikativ əhəmiyyətli
hissələr ardıcıllığının müəyyən edilməsində, tema və
remanın fərqləndirilməsində mühüm rol oynayır.
Əlavəni fərqləndirmək, dinləyicinin diqqətini ona
yönəltmək üçün danışan
şifahi nitqdə tembr
sintaktikasından istifadə edir.
2.1.8. İngilis və Azərbaycan dillərində tərkibində modal
fellər olan frazaların prosodik quruluşu.
Tərkibində ingilis dilində “must, ought to, should” modal
fellərin məsdərlə birləşməsi, Azərbaycan dilində -dır/-dir
modal suffiksinin indiki, keçmiş və ya gələcək zaman feli
sifəti və əsas felin şərt formasının “gərək” modal feli ilə
birləşməsi olan və əsaslılığına danışanın kifayət qədər əmin
olduğu güman mənasını bildirən frazaların prosodik
quruluşu üçün bunlar səciyyəvidir: ingilis dilində - ilk
vurğusuz heca - rəvan və ya azalan ton, ilk vurğulu heca -
yüksələn və ya yüksələn-azalan ton, Azərbaycan dilində -
102
yüksək rəvan ton; terminalqabağı hissənin qalan
hecalarında - orta diapozon tonun azalan hərəkəti; sonda
orta səs səviyyəsi, azalan və ya yüksələn-azalan ton.
She must be having a lot of problems with the language
(Oxford Advanced Learner’s Dictionary, 1995, s.766).
Gərək o sözü deməyəydim [12, s.158].
Modal məna müəyyən edilərkən, əsasən, leksik-semantik
vasitələrə diqqət yetirilir, deməli, əminlik modal mənasının
ifadəsi zamanı prosodik vasitələr müşayiətedici rol oynayır.
Beləliklə, müxtəlif dil səviyyəsi vasitələrinin eyni zamanda
istifadəsi zamanı onlardan biri daha əhəmiyyətli olur. Təhlil
olunan qrupda leksik-semantik vasitələr daha əhəmiyyətli
hesab edilir.
Əminlik modal mənalı leksik-sintaktik ifadələrdə prosodik
vasitələr frazanın ümumilikdə modallığını müəyyən edir,
yəni yüksələn sonluq, terminalqabağı hissədə nazik ton
səviyyəsi modal mənanı örtür. Belə hallarda prosodik
vasitələr aparıcı olur və fiziki modal çalarını müəyyən edir.
“It must have been very difficult to explain to Robert”, I
said (S.Maugham, “The Moon and Sixpence”, p.51).
Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam?
(S.Hüseyn) [12, s.158].
“May, might, can, could” modal felləri öz ikinci dərəcəli
funksiyasında danışanın ifadə olunan fikrin məzmununa
qeyri-əminliyini göstərir.
Prosodiya: ingilis dilində - ilk vurğusuz heca - əsas tonun
yüksələn hərəkəti, ilk vurğulu heca - azalan və ya yüksələn-
azalan ton və Azərbaycan dilində yüksək rəvan ton, qalan
hecalar – əsas tonun azalan hərəkəti; sonda – geniş
diapozon yüksək azalan ton özünü göstərir.
My wife could not have sent such a letter.
Mənim arvadım belə bir məktubu göndərə bilməz!
Prosodiya modal mənanın müşayiətedici vasitəsi olan
yerdə fikrin mənasında müəyyənedici rolu leksik-semantik
vahidlər oynayır.
2.1.9. Nəticələr.
Beləliklə, prosodiya ingilis və Azərbaycan dillərində
modallığın əsas ifadə vasitələrindəndir.
103
Prosodiya ilə danışanın ifadə olunan fikrə münasibət
bildirməsinin müxtəlif çalarlarını ifadə etmək mümkün olur.
Prosodiyanın bu funksiyası çox vaxt modal-fərqləndirici
adlanır. Prosodiyanın modal-fərqləndirici rolu həm mərkəzi,
həm də mərkəzdən əvvəlki hissələrdə reallaşa bilər.
Frazaların prosodik quruluşu onların leksik-qrammatik
tamamlanmasından kənarda tədqiq oluna bilməz, belə ki,
prosodiya bütün dil elementləri ilə sıx bağlıdır. Fikrin
prosodiyasının və müxtəlif vahidlər vasitəsilə rəvan nitqə
çevrilən modal mənaların qarşılıqlı əlaqəsini araşdırmaq
vacibdir.
Prosodiya - nitqdə təsadüfən istifadə olunmayan
əlamətlər məcmuyudur. Bu əlamətlərə - intonasiya, vurğu,
pauza, nitq ritmi, tembri və tempi aiddir. Modal mənaların
ifadə olunması fikrin mənaca hissələrə bölünməsi vasitəsilə
verilə bilər. Bədii mətn üçün yığcam olmayan ritm, yəni
müxtəlif uzunluqlu sintaqmların heç bir ardıcıllıq
gözlənilmədən növbələnməsi çox səciyyəvidir.
Frazalara modal çalarlıq verən, danışanın tərəddüdünü,
qətiyyətsizliyini (şübhəsini) göstərən pauzalar da modal
mənaların ifadə olunmasına xidmət edir. Pauzalar üçün
tərkibində pauza olan frazaların bərkdən səslənməsi,
tələffüz tempinin aşağı və zəif olması xarakterikdir.
İngilis və Azərbaycan dillərində əsas funksional
cümlələrdə intonasiya növləri, demək olar ki, eyni olsa da,
səs səviyyəsi və diapozonu, tələffüz gücü, nitq tempi və
səslənmə davamlılığına görə fərqlər vardır. İngilis dilində
cümlənin sonunda azalan tonla yanaşı, yüksələn və azalan-
yüksələn tonlardan geniş istifadə olunur; Azərbaycan dilində
isə əksər hallarda azalan tondan istifadə olunur.
Azərbaycan dilində sintaqm və ya cümlələrdə azalan
tondan daha az istifadə olunur. Alternativ sualların birinci
hissəsi, sadalama, müraciət, həmcins cümlə üzvləri azalan
tonla tələffüz edilir, ingilis dilində isə bütün bu hallarda
yüksələn tondan istifadə olunur.
Eksplisit ifadəli modallığı olan frazaların prosodik
quruluşu üzrə fonetik tədqiqin nəticələri aşağıdakı qənaətə
gəlməyə imkan verir:
104
1. Modal mənalar leksik, leksik-semantik və prosodik
vasitələrlə ifadə oluna bilər. Eksplisit ifadəli modallığı olan
frazaların prosodik quruluşunun fonetik tədqiqinin nəticələri
prosodik vasitələrin nitqdə digər dil səviyyəsi vasitələri ilə
qarşılıqlı fəaliyyətdə olduğunu göstərir.
2. Prosodik vasitələrin digər dil səviyyəsi vasitələri ilə
qarşılıqlı fəaliyyətinin təhlilindən prosodik vasitələrin modal
mənaların ifadə olunması zamanı nitqdə həm müşayiətedici,
həm də həlledici amil kimi çıxış etdiyini görmək olar.
Prosodik vasitələrin leksik və leksik-semantik vasitələrlə
qarşılıqlı fəaliyyəti zamanı həm eyniyönümlü, həm
müxtəlifyönümlü fəaliyyət mümkündür. Prosodik vasitələrin
digər dil səviyyəsi vasitələri ilə eyniyönümlü fəaliyyəti
zamanı onların müsbət qarşılıqlı fəaliyyəti müşahidə olunur.
Bu halda modal mənaların ifadə olunmasında əsas rol leksik
və leksik-sintaktik vasitələrə mənsub olur.
3. İngilis və Azərbaycan dillərində cümlənin sintaktik
quruluşunda modal sözlər və söz birləşmələrinin müxtəlif
vəziyyətlərində prosodik vasitələrin rolu eyni deyildir.
Frazanın əvvəlində modal sözlər və söz birləşmələri istifadə
edilərkən danışanın subyektiv münasibəti leksik vasitələrin
köməyilə vurğulanır. Prosodik vasitələrin rolu frazanın
sonunda modal sözlər və söz birləşmələri istifadə edərkən
artır.
Tərkibində modal sözlər və söz birləşmələri olan
frazaların prosodik quruluşunda əsas fərqlər bunlardır:
ingilis dilində - azalan, yüksələn və azalan-yüksələn ton və
Azərbaycan dilində - azalan, çox kəskin yüksələn və ya
azalan ton.
4. Tərkibində əminlik/şübhə semantik cərgəli fellər olan
frazalarla müqayisədə tərkibində modal hərəkət felləri olan
frazaların tədqiqi danışanın bu və ya digər fel işlətməsinə
görə əminlik dərəcəsini müəyyən etməyə imkan verir.
Tərkibində modal hərəkət olan frazalarda prosodik quruluş
fikrin modal xarakteristikasının müəyyən olunmasında əsas
funksiyanı yerinə yetirir.
5. Aparılmış təhlil ingilis və Azərbaycan dillərində
tərkibində ara söz və söz birləşmələri olan frazaların
prosodik quruluşunda fərqlər olduğunu göstərir: ingilis
105
dilində bir qədər dar diapozon və sürətli tələffüz tempi,
Azərbaycan dilində yavaş tələffüz tempi səciyyəvidir.
6. Modal fellər vasitəsilə modal mənaların ifadə olunması
zamanı əsas prosodik əlamətlərin reallaşma üsulları
prosodik vasitələrin leksik-semantik vasitələrlə, eləcə də
prosodik əlamətlərin özlərinin qarşılıqlı təsiri ilə şərtlənir.
İngilis dilində ilk vurğulu heca yüksələn, azalan və ya
yüksələn-azalan tonla, Azərbaycan dilində yüksək rəvan
tonla tələffüz edilir.
7. Tədqiqat nəticələri prosodik vasitələrin digər dil
səviyyəsi vasitələri ilə qarşılıqlı fəaliyyətdə müxtəlif modal
məna çalarlarını fərqləndirə bilməsini göstərir.
8. İmplisit ifadəli modallığı olan frazaların prosodik
quruluşunun təhlilindən subyektiv modal mənaların ifadə
olunması zamanı prosodik vasitələrin əhəmiyyətli funksional
yük daşıdığını, subyektiv modallıq əlaməti üzrə fikrin
fərqləndirilməsi üsulu kimi çıxış etdiyini müşahidə etmək
olar.
2.2. İngilis və Azərbaycan dillərində modallığın leksik
ifadə vasitələri.
İndi isə ingilis və Azərbaycan dillərində modallığın leksik
ifadə vasitələrini ətraflı şəkildə nəzərdən keçirək. Müqayisə
edilən dillərdə modallıq kateqoriyasının əsası, nüvəsi
morfoloci ifadə vasitələri olsa da, cümlədə modallıq bəzən
xüsusi sözlərlə, leksik vasitələrlə yaranır. Hər iki dildə
modallığın yaranmasında və qüvvətlənməsində iştirak edən
leksik vasitələrin əsasını modal sözlər təşkil edir.
Rus dilçiliyində modal sözləri ilk dəfə olaraq
V.V.Vinoqradov təsnif etmişdir. İngilis dilində modal sözləri
bir çox tədqiqatçılar, məsələn, İ.Q.Rikman, V.V.Şuvalov,
N.V.Yefimova, S.Y.Kaqan, V.V.Belıy, Y.M.Qordon,
İ.P.Krılova, Y.S.Smuşkeviç, İ.Q.Lixareva, Y.B.Dyomina və b.
təhlil etmişlər [142; 165; 102; 112; 68; 83; 150; 124; 92].
İngilis dilində, eləcə də bəzi başqa Avropa dillərində
modallıq kateqoriyası türk dillərindən bəziləri ilə müqayisəli
şəkildə öyrənilmişdir.
Bundan başqa, türk dillərində modallıq kateqoriyası ya
müqayisəli şəkildə, ya da ayrı-ayrı türk dillərinin materialları
106
əsasında öyrənilmişdir [107; 48; 53; 8; 24; 18; 31; 136;
137; 94].
Azərbaycan dilində modallınq kateqoriyası daha çox
modal sözlər və ara sözlərin timsalında örənilmişdir [8; 9;
18].
Onların hər birinin cümlədə modallığın yaranmasına və
qüvvətlənməsinə hansı formada xidmət etdiyini nəzərdən
keçirək.
Really – həqiqətən, doğrudan (da), əslində; yəni
Ada Quonsett thought breathlessly: was this really
happening to her? (Arthur Hailey, “Airport”, 354)
“Ada Kvonset nəfəsi kəsilə-kəsilə düşündü: doğrudanmı
bütün bu əhvalatlar mənim başıma gəlir? (Artur Heyli,
“Aeroport”, 324). [A.K.töyşüyə-töyşüyə düşündü:
Doğrudanmı, bu onun başına gəlib].
Gördüyümüz kimi, həmin cümlənin mətni tərcüməsində
oricinalla tutmayan cəhətlər var, amma bunlar really sözü və
onun işlənməsi ilə əlaqədar deyil.
Is she really a stowaway, Captain? (Arthur Hailey,
“Airport”, 289)
“O, doğrudanmı, biletsiz uçur, kapitan?” (Artur Heyli,
“Aeroport”, 264).
Burada really sözü be stowaway (biletsiz olmaq)
birləşməsinə aiddir. Mətbu cümlədə o, biletsiz uçmaq
birləşməsinə aid edilmişdir. İngiliscə mətndə uçmaq felinin
müqabili yoxdur. Azərbaycanca mətnə o, ümumi kontekstə
uyğun olaraq əlavə edilmişdir.
I really didn’t think you’d come (Arthur Hailey, “Airport”,
282)
“Heç ağlıma gəlməzdi ki, doğrudan da durub-gələcəksən”
(Artur Heyli, “Aeroport”, 258) [Mən, doğrusu (düzü),
düşünmürdüm ki, sən gələcəksən”].
Burada oricinalla tərcümə arasındakı fərq daha artıqdır.
İngiliscə mətndə really sözü didn’t think feli birləşməsinə
aiddir. Azərbaycanca mətbu tərcümədə isə doğrudan da
modal sözü durub-gələrsən feli tərkibinə aid edilmişdir.
Really modal sözünün feli inkar forması ilə işlənməsinə
dair daha bir neçə misal:
107
This gentleman really does not have much time
(Arthur Hailey, “Airport”, 238)
“Bu centlmenin həqiqətən də vaxtı azdır (Artur Heyli,
“Aeroport”, 220).
Həmin tərcümə bir neçə cəhətdən maraq doğurur.
İngiliscədəki felin inkar forması əvəzinə burada felin təsdiq
forması işlənmişdir. İkincisi, bunun müqabilində ingiliscə
much “çox” sözü azərbaycan dilində “az” sözü ilə əvəz
edilmişdir. Nəticədə adekvat tərcümə alınmışdır. Amma bu,
başqa üsulları istisna etmir: “Bu centlemenin, doğrudan da
(həqiqətən) vaxtı çox deyil” və s.
Gördüyümüz kimi, ingilis dilində really sözünün
azərbaycanca müxtəlif müqabilləri vardır. Amma onların
işlənməsi daha artıq fərqlər nümayiş etdirir. İngiliscə mətndə
really sözü does not have feli tərkibinə aiddir. Azərbaycan
dilində həmin tərkibin müqabili bütün variantlarda qeyri-
felidir.
I really shouldn’t do this, Mrs .Guerrero (Arthur Hailey,
“Airport”, 208)
“Mən, həqiqətən xahişinizə əməl edə bilmərəm, missis
Qyurrero” (Artur Heyli, “Aeroport”, 193) (Mən, doğrudan
(düzü, həqiqətən) bunu edə bilməzdim, missis Qyurrero).
Verilmiş bu tərcümənin oricinaldan fərqi əsasən
kontekstlə müəyyənləşir.
Really modal sözünün
azərbaycancadakı sinonim ifadələrdən hansı ilə verilməsi
isə həmin kontekstdə elə bir prinsipial əhəmiyyət daşımır.
Will you really, Mrs. Quonsett? Gwen saw the old woman
start at the use of her name (Arthur Hailey, “Airport”, 351)
“Doğrudanmı, missis Kvonsett? – öz adını eşidəndə
qarının diksinməsi Qvenin gözündən qaçmadı” (Artur Heyli,
“Aeroport”, 321) [Doğrudanmı sizsiniz, missis Kvonsett?! –
Qven gördü ki, qarı adı çəkiləndə diksindi].
Misaldan göründüyü kimi, azərbaycanca mətbu
tərcümədə doğrudanmı modal sözünün sintaktik vəzifəsi,
statusu aydın deyil. Halbuki, oricinalda will köməkçi felindən
əlavə, really modal sözü də bütöv bir modallıq ifadəsinin
tərkib hissələridir. Qven missis Kvonsetti tanıyır və özünün
yanılıb-yanılmadığını müəyyən etmək üçün ona müraciət
108
edir. Bu cəhət azərbaycanca mətbu mərcümədə öz
əksini birmənalı şəkildə tapmışdır.
Really modal sözü emotiv məqamda da işlənə bilir. Bu
halda o, ya cümlənin başında, ya da nida sözündən sonra
işlənir. Məsələn:
Really! - you people are so offcious, so disbelieving!
(Arthur Hailey, “Airport”, 244)
“Doğrudan da, burada hamınız inamsız və hər şeydən
şübhələnənsiniz!” (Artur Heyli, “Aeroport”, 225).
Bizcə, azərbaycanca mətbu tərcümədə durğu işarəsi
düzgün seçilməmişdir. Vergül işarəsi modal sözlə əsas
mətn arasında daha sıx əlaqənin olduğu halda işə
yarayardı. Burada isə oricinaldakı nida işarəsini saxlamaq
yerinə düşərdi. Danışan really sözünü təəccüb, heyrət
məqamında işlədir, bu isə ritorik sual kimi bir şeydir.
Deyilənləri nəzərə alaraq, həmin cümləni belə təqdim etmək
olar: Doğrudan da! Siz adamlar nə qədər quru (rəsmiyyətçi),
nə qədər də vasvasısıniz.
Oh, really! What kind of advice? Was it fussiness,
personal?.. Or, perhaps, you’ve forgotten? (Arthur Hailey,
“Airport”, 331).
“Oh, doğrudan? O nə məsləhətdir elə? Xidmət işidir, ya
şəxsi? Bəlkə də, artıq unutmusunuz? (Artur Heyli,
“Aeroport”, 284).[Aha, doğrudan(mı)? İşə aiddir [yoxsa]
şəxsi məsələdir?.. Bəlkə də, artıq yadınızdan çıxıb].
Burada really modal sözü müsahibin özünə aiddir və nə
əsas cümlə ilə, nə də onun ayrı-ayrı tərkib hissəlri ilə
əlaqədar deyil. Əksinə, onun özü sonrakı cümlənin
işlənməsini vacib edir.
Really, it isn’t much pay for all that protection, is it?
(Arthur Hailey, “Airport”, 240)
“Doğrudan da, o cür sığorta üçün çox azdır, elə deyilmi?”
[Doğrudan (da), bütün bu himayənin haqqını ödəmək üçün
bu çox azdır, elə deyilmi?].
Təqdim edilən tərcümələr arasındakı bütün fərqlərə
baxmayaraq, həmin kontekstdə really modal sözü bütün
cümlənin məzmununa aiddir.
Əlimizdə olan materiallarda really modal sözünün birbaşa
feli xəbərə aid olmasına da təsadüf edirik. Ancaq nəzərə
109
almaq lazımdır ki, həmin cümlə yalnız modal söz və feli
xəbərdən ibarətdir: Do you understand Vernon? Really
understand? (Arthur Hailey, “Airport”, 205) [Sən başa
düşürsən, Vernon? Doğrudan (düzü) başa düşürsən?].
Surely – Əlbəttə, şəksiz, şübhəsiz, mütləq, yəqin ki,
Surely, captain, sir, you’re not going to report me for
possession of left – overs (Arthur Hailey, “Airport”, 114)
“ Əminəm ki, kapitan, ser, buna görə məni heç kimə
satmazsınız” (Artur Heyli, “Aeroport”, 106) [Əlbəttə ki,
(şübhəsiz, yəqin ki), kapitan, ser, olduğuna görə siz gedib
mənim barəmdə xəbər verməzsiniz].
Misaldan göründüyü kimi, azərbaycanca mətbu
tərcümədə surely modal sözü tamamilə başqa (leksik-
qrammatik) vasitə ilə verilmişdir. Bu, əmin [olmaq] sözünün
birinci şəxsin təkinə məxsus şəkilçi ilə işlənməsi hesabına
əldə edilmişdir. Qeyd etmək lazımdır ki, belə bir üsul
kontekstual cəhətdən heç bir irad doğurmur. Amma o,
başqa üsulları da istisna etmir.
Daha bir misal:
But surely, purses are never inspected (Arthur Hailey,
“Airport”, 246)
“Ancaq, mən biləni, qadın çantasına heç vaxt baxılmır”
(Artur Heyli, “Aeroport”, 228).[Amma çantanı (çantaları) heç
vaxt yoxlamırlar].
Misaldan göründüyü kimi, azərbaycanca mətbu
tərcümədə surely modal sözü istər leksik tərkib, istərsə də
qrammatik funksiya baxımından tamamilə yeni bir vasitə ilə
(mən biləni) verilmişdir. Bunu leksik-sintaktik vasitə (üsul) da
adlandırmaq olar.
Ancaq bu, həmin cümlənin tərcüməsində özünü
doğruldan yeganə üsul deyil. Bizim təklif etdiyimiz
tərcümədə “heç vaxt”, “never” zaman zərfinin müqabili
olmaqla yanaşı, hər cür modal sözün işlədilməsi lüzumunu
da aradan qaldırır. O, feli xəbərlə birlikdə oricinalda ifadə
olunmuş fikri, real vəziyyəti adekvat şəkildə ifadə edir.
Burada gerçəkliyə münasibət obyektiv səciyyə daşıyır. Mən
biləni ifadəsi həmin münasibətə subyektiv çalar verir.
Mətndən bilmək olur ki, danışanın bunu bilib-bilməməyindən
asılı olmayaraq, ümumiyyətlə çantaları yoxlamırmışlar.
110
Certainly – Əlbəttə, şəksiz, şübhəsiz; yəqin
İngilis dilində certainly modal sözü daha çox cümlənin
başında gəlir. Məsələn:
Certainly, it’s all, Did you expect us to fire you? (Arthur
Hailey, “Airport”, 22)
“Əlbəttə! Elə bilirdin səni güllələyəcəyik?” (Artur Heyli,
“Aeroport”, 22) [Əlbəttə, tamamilə belədir. Sən elə bilirdin,
səni güllələyəcəyik?]. Bizim təklif etdiyimiz tərcümədə əsas
fərqlər modal sözlə bağlı deyil. Bundan başqa, həmin
cümlədə qeyri dəyişikliklər də etmək olar: a) ikinci cümləni
yoxsa sözü ilə başlamaq olar; b) ikinci cümlədə sən sözünü
bir dəfə işlətmək olar. Həmin imkanlardan biri mətbu
tərcümədə verilmişdir. İkinci variant belə ola bilər: Sən elə
birildin, güllələyəcəyik?
Certainly not to admit that they were already turned
around and heading back (Arthur Hailey, “Airport”, 352)
“Heç vəchlə demək olmaz ki, geri qayıdacaq” (Artur Heyli,
“Aeroport”, 322) [Yəqin, güman etmək olmazdı ki, onlar artıq
geri qayıdıb (dönüb), müqavimət göstərirlər].
Həmin cümlənin əsli ilə mətbu tərcüməsi arasında
mühüm fərqlər nəzərə çarpır: tərcümənin daha müxtəsər
olması, budaq cümlənin xəbərinin birinci şəxsin cəminə aid
edilməsi, halbuki, (oricinalda) üçüncü şəxsin cəmindən
söhbət gedir. Ancaq bizim mövzu ilə bilavasitə bağlı olan
fərq də vardır: bu, oricinaldakı təsdiq+inkar münasibətlərinin
müqabilində mətbu tərcümədə həm modal sözün (heç
vəchlə), həm də xəbərin (demək olmazdı) inkarda işlənməsi
ilə bağlıdır.
Certainly her handbag would not have been inspected
(Arthur Hailey, “Airport”, 247)
“Əlbəttə, onun əl çantasını açmaq heç kimin ağlına
gəlməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 229) [Yəqin (əlbəttə),
onun (qadının) əl çantasını yoxlamayacaqdı].
Həmin cümlədəki modal sözün əlbəttə, yoxsa yəqin
sözləri ilə verilməsi elə bir prinsipial əhəmiyyət daşımır.
certainly modal sözü məhz çantanın yoxlanılıb-
yolanılmayacağını (daha dəqiq desək, ikincini) qətiləşdirir.
Burada söhbət yoxlamanın kiminsə ağlına gəlməyəcəyindən
111
getmir. Ancaq modal söz gerçəkliyə münasibət bildirirsə,
həmin gerçəklik olduğu kimi təqdim olunmalıdır.
Certainly modal sözü cümlənin ortası və axırında da gələ
bilir. O, cümlənin ortasında gələndə cümlənin özündən
sonrakı parçasına, yaxud üzvünə aid olur. Məsələn:
“Well, it certainly seems strange…” Mrs Quonsett con-
tinued fumbling in her purse (Arthur Hailey, “Airport”, 350)
“hm, doğrudan da, çox təəccüblüdür… Missis Kvonsett
təzədən çantasını eşələdi” (Artur Heyli, “Aeroport”, 320)
[Yaxşı, bu, əlbəttə qəribə görünür” …Missis Kvonsett öz
çantasında eşələnməyinə davam etdi].
Qeyd etmək lazımdır ki, ingilis dilində certainly sözü öz
kökündən (certain) semantik və sözdüzəltmə əlaqəsini
kəsməmişdir. Bu isə onun semantikasına müəyyən təsir
göstərir. Azərbaycanca mətndə onun müqabili kimi
götürülmüş doğrudan da modal sözünün kökünün (doğru)
tamam başqa motivi vardır. Əlbəttə sözünün Azərbaycan
dilində sözdüzəltmə baxımından qohum kökləri olsa da
( əlbət ki, dan. hələ-həlbət), bunlar onun işlənməsinə təsir
etmir. Bununla belə, məhz əlbəttə sözü doğrudan da sözü
ilə müqayisədə daha artıq müəyyənlik nümayiş etdirir və
ona görə də o, certainly modal sözünün mənasını daha
yaxşı ehtiva edir.
Good news would certainly be a surprise (Arthur Hailey,
“Airport”, 204)
“Yaxşı xəbərlər, əlbəttə, İnezi təəccübləndirəcəkdi” (Artur
Heyli, “Aeroport”, 189) [Xoş xəbərlər, əlbəttə ki, sürpriz
(göydəndüşmə bir şey) ola bilərdi].
Mətndən göründüyü kimi, oricinalda və tərcümədə yalnız
modal sözlər bir-birinə müvafiq gəlir. Qalan hissələrin nisbəti
isə təxmini xarakter daşıyır.
Mel wondered how much of the blame was his own;
some, certainly (Arthur Hailey, “Airport”, 231)
“Mel bütün bunlarda öz günahının nə dərəcədə olduğunu
götür-qoy edirdi, hiss edirdi ki, onda da bir az var” (Artur
Heyli, “Aeroport”, 214) [Mel təəccüb edirdi: günahların nə
qədəri onun özündə idi, bəziləri (bir qismi), əlbəttə].
İngilis dilində olduğu kimi, Azərbaycan dilində də həmin
modal mənalı sözün cümlənin axırında işlənməsi geniş
112
yayılmışdır. Əlimizdə olan yeganə nümunə həmin
mövqedə işlənən modal söz özündən qabaqkı cümlə
üzvünə aiddir. Ancaq nəzərə almaq lazımdır ki, bu işin zahiri
cəhətinə görə belədir. Əslində isə həmin cümlə üzvü ilə
elliptik cümlə verilmişdir.
Undoubtedly – şübhəsiz, şəksiz
İngilis dilində undoubtedly və azərbaycan dilində
şübhəsiz, şəksiz modal sözləri müvafiq isimlərlə (doubt;
şübhə, şəkk) şəffaf sözdüzəltmə münasibətindədir. Ona
görə də ingiliscə tərkibində undoubtedly sözü olan cümlələri
azərbaycanca verərkən məhz bu iki sözlə kifayətlənmək
lazım gəlir. Həmin şərtə nə dərəcədə əməl edildiyinə əmin
olmaq üçün konkret misallara müraciət edək.
Roberta was undoubtedly repeating Cindy’s words
exactly (Arthur Hailey, “Airport”, 17)
“Heç şübhəsiz, Roberta anası Sindinin dediklərini
sözbəsöz təkrar edirdi (Artur Heyli, “Aeroport”, 16) [Roberta,
şübhəsiz, Sindinin sözlərini olduğu kimi (dəqiq) təkrar
etmişdi (edirdi)].
Somewhere, at this moment, Ordway was undoubtedly
hastening to a phone (Arthur Hailey, “Airport”, 315)
“Deməli, indi hardasa leytenant Ordvey telefona sarı
tələsirdi” (Artur Heyli, “Aeroport”, 289) [Hardasa, bu saat
Ordvey, şübhəsiz, telefona tərəf (telefonla danışmaq üçün)
tələsirdi].
Birinci cümlədə heç şübhəsiz modal ifadəsi işlənmişdir.
Heç ədatı ilə bundan qabaqlar da rastlaşmışıq. Ədəbi dilə
məxsus olan bu ədat xalq danışıq dilində həmin məqamda
işlənmir.
İkinci cümlədə undoubtedly sözünün deməli modal sözü
ilə verildiyini görürük. Aydın məsələdir ki, bu kontekstdə o,
yerinə düşmür: undoubtedly yəqinlik bildirən modal sözdür,
deməli sözü isə nəticə, güman bildirir.
Aşağıdakı misal da bu qəbildəndir:
But the approaching flights had undoubtedly made a
tricky instrument descent and now were close to landing,
one behind the other (Arthur Hailey, “Airport”, 57)
“Ancaq yaxınlaşan təyyarə, çox güman ki, özlərini
alətlərin ixtiyarına verərək, kor-koranə, bir-birinin dalınca
113
yerə enməyə gəlirdi” (Artur Heyli, “Aeroport”, 56) [Ancaq
yaxınlaşmaqda olan təyyarələr, şübhəsiz, cihazların köməyi
ilə enirdi və indi bir-birinin dalınca yerə enməyə yaxın idilər
(az qalırdı ki, yerə ensinlər)].
Qeyd etmək lazımdır ki, çox sözünü güman sözünə
artırmaqla gümanın dərəcəsini artırmaq mümkündür: ancaq
güman yenə də güman olaraq qalır.
Bu kontekstdə undoubtedly sözünün işlənməsi elə
situasiya ilə bağlıdır ki, orada gümana yer qalmır. Həmin
şəraitdə uçuşu əllə yox, yalnız cihazların köməyi ilə idarə
etmək olar, özü də bu, “kor-koranə” uçuş, idarə deyil…
Undoubtedly the same thing was happening in the other
seven air craft concourses grouped around the terminal
(Arthur Hailey, “Airport”, 40)
“Heç şübhəsiz, aeroportun yeddi digər girişi qarşısında
da eyni mənzərə var idi” (Artur Heyli, “Aeroport”, 39)
[Şübhəsiz, eyni şey (hadisə) terminal ətrafında toplanmış
yeddi başqa aviasiya dəstəsində də baş vermişdi].
Cümlənin başında gələn həmin modal mənalı söz
cümlənin ortasında gəlməklə müqayisədə daha artıq
dərəcədə bütöv cümlənin məzmununa aid olur.
No doubt – heç şübhəsiz, şübhə yoxdur ki, şübhə ola
bilməz
“They aren’t”, he told her, remembering Mrs Harriet Du
Barry Mussman, no doubt still being questioned in the
customs Hall (Arthur Hailey, “Airport”, 254)
“O dərəcədə yox” – o, missis Harriyet Dü Bərri Mossməni
xatırlayıb dedi, - onu yəqin hələ də yoxlayırdılar (Artur Heyli,
“Aeroport”, 234) [“Onlar deyillər” - o, (kişi) missis Harriyet Dü
Bərri Mossməni xatırlayacaq, ona (qadına) dedi, şübhə
(yeri) yoxdur ki, o, hələ də kömrükxana zalında sorğu-sualın
təsiri altında idi].
Qeyd edək ki, bu kontekstdə no doubt sözünün yəqin
sözü ilə verilməsi səhv deyil, yanlışdır.
No doubt modal sözünün cümlə başında işlənməsinə aid
bir nümunə ilə kifayətlənirik:
No doubt, the reason was traffic and the storm (Arthur
Hailey, “Airport”, 262)
114
“ Heç şübhəsiz, çovğunun və nəqliyyatın çoxluğu
ucbatından beləydi” Arthur Hailey, “Airport”, 239) [ heç
şübhəsiz, səbəb nəqliyyat və çovğunda idi].
No doubt modal sözü təklikdə işləndiyi kimi, to have feli
ilə tərkib əmələ gətirməklə də işlənə bilir. Həmin üsul
Azərbaycan dilinə də yad deyil. Biz həmin modal sözə aid
verdiyimiz birinci nümunənin tərcüməsində şübhə yoxdur
ifadəsindən istifadə etmişik. Həmin yoxdur ifadəsi semantik
fon kimi vardır ifadəsini tələb edir.
No doubt modal sözü to have feli ilə birlikdə işləndikdə də
ona azərbaycanca şübhə yoxdur modal birləşməsi müvafiq
gəlir. Nəzərə almaq lazımdır ki, bu zaman şübhə sözü şəxs
şəkilçisi ilə işlənir.
So I have no doubt that you are licensed to taxi airplanes
(Arthur Hailey, “Airport”, 321)
“Deməli, heç şübhə yox ki, yerüstü manevrlər etməyə
Sizin icazəniz var” (Artur Heyli, “Aeroport”, 3) [Beləliklə,
mənim heç bir şübhəm yoxdur ki, (yerdə) təyyarə sürməyə
Sizin icazəniz var”].
Of course – Əlbəttə
Həmin modal söz cümlənin başında, ortasında və
sonunda gələ bilir. O, cümlənin başında və sonunda
gələrkən bütövlükdə cümlənin ümumi məzmununa,
cümlənin ortasında gələndə isə özündən sonra gələn
hissəyə aid olur. Həmin halları konkret misallar əsasında
nəzərdən keçirək.
Of course cümlənin başında:
Of course, I’l help (Arthur Hailey, “Airport”, 235)
“ Əlbəttə, kömək edərəm” (Artur Heyli, “Aeroport”, 217).
Of course, the flight might be full (Arthur Hailey, “Airport”,
233)
“ Əlbəttə, təyyarə tamamilə dolu ola bilər” (Artur Heyli,
“Aeroport”, 216). Burada tamamilə sözü artıqdır, amma
modallığa isti-soyuğu yoxdur.
Of course, there might be no connection (Arthur Hailey,
“Airport”, 313)
“ Əlbəttə, olsun ki, bunların bir-birinə heç bir zidiyyəti yox
idi” (Artur Heyli, “Aeroport”, 287) [ Əlbəttə, burada (bunlar
arasında) heç bir əlaqə (rabitə, bağlılıq) olmaya bilər].
115
Gördüyümüz kimi, of course modal sözünün
Azərbaycan dilində müqabili olaraq hər yerdə əlbəttə sözü
çıxış edir. Bu iki söz istər semantik, istərsə də qrammatik
(sintaktik) baxımdan bir-birinə müvafiq gəlir. Bununla belə,
yuxarıda da qeyd etdiyimiz kimi, ingilis dilində of course
modal sözünün mənsub olduğu dil sistemində fəal surətdə
işlənən qohum kökü (sözü) vardır: course. Bu isə həmin
modal sözün işlənməsindən ötrü semantik fon təşkil edir.
Daha bir misal:
Of course, Freemantle realized, this whole proceeding
was cust an exercise in semantics (Arthur Hailey, “Airport”,
301)
“Əlbəttə, Frimantl orasını da başa düşürdü ki, bu təkcə
gəlişigözəl söz güləşdirməkdir” (Artur Heyli, “Aeroport”, 275)
[Əlbəttə, Frimantl aydın başa düşürdü ki, bütün proses
semantika təmrinidir (söz güləşdirməkdir)].
Of course cümlənin ortasında:
At the moment, of course, she had no idea what he was
talking about (Arthur Hailey, “Airport”, 353)
“Hələlik isə, qarı, əlbəttə, baş açmırdı ki, kişi nəyə işarə
edir” (Artur Heyli, “Aeroport”, 323) [Bu anda, əlbəttə, o
(qadın, qarı) təsəvvür etmirdi ki, o (kişi) nə deyir].
Verilən nümunədə of course modal sözü cümlənin
ortasında gəlsə də, həmin məqamda onun rolu cümlə
başındakının eynidir. İş burasındadır ki, at the moment
ifadəsi zaman zərfliyi olub, özünə modal münasibət tələb
etmir.
My late husband would have so encoyed meeting you,
though, of course you are very much younger (Arthur
Hailey, “Airport”, 296)
“Kaş, mənim rəhmətlik ərim Sizi tanıyaydı, ancaq Siz,
əlbəttə, ona nisbətən çox cavansınız” (Artur Heyli,
“Aeroport”, 271) [Mənim mərhum ərim Sizi görsəydi, elə
məmnun olardı ki, çox da Siz, əlbəttə, (ondan) xeyli
cavansınız].
Bu cümlədə isə vəziyyət tamamilə bu dilin sintaktik
normalarına müvafiqdir. Burada of course modal sözü məhz
cümlənin ikinci hissəsində ifadə olunan fikrə münasibət
bildirir.
116
Demək lazımdır ki, həmin cümlənin azərbaycanca hər
iki tərcüməsində, onlar arasındakı bütün fərqlərə
baxmayaraq, həmin vəziyyət düzgün ifadəsini tapmışdır.
It was strange, of course, that this man was going
overseas without money (Arthur Hailey, “Airport”, 242)
“Çox qəribəydi, əlbəttə, cibində bir qəpiyi olmayan bu
adam okeanın o tayına uçur” (Artur Heyli, “Aeroport”, 224).
Burada istər əlbəttə sözünün cümlədə mövqeyi, istərsə
də mətnin ümumi məzmunu oricinala tam müvafiq gəlir.
Bununla belə, həmin cümlə Azərbaycan dilinin qrammatik
normaları baxımından qaneedici deyil. Biz belə hesab edirik
ki, həmin cümləni daha səlis şəklə salmaq üçün
aşağıdakılara əməl etmək lazımdır:
a) ya əlbəttə sözündən sonra iki nöqtə işarəsi qoyub,
qalan hissəni olduğu kimi saxlamaq;
b) ya da cümlədə daha əsaslı struktur və semantik
dəyişikliklər etmək.
İkinci tələbə uyğun olaraq, biz aşağıdakı tərcüməni
təqdim edirik: Əlbəttə, qəribəydi ki, bu adam pulsuz dənizin
(okeanın) o tayına gedir.
Əlbəttə modal sözünü oricinalda olduğu kimi işlətmək ona
görə mümkün deyil ki, həmin mətn mürəkkəb cümlə
quruluşundadır: Qəribəydi ki – baş cümlə, qalan hissə
mübtəda budaq cümləsidir. Azərbaycan dilinin sintaktik
qaydalarına görə isə, baş cümlə ilə ona aid olan mübtəda
budaq cümləsi arasında kənar söz işlənə bilməz.
Of course modal sözü cümlənin axırında da işlənir:
My ticket? Why, of course (Arthur Hailey, “Airport”, 350)
“Mənim biletimə? Ah, əlbəttə, olar” (Artur Heyli,
“Aeroport”, 320) [Mənim biletimə? Əlbət ki!].
Burada why və of course ifadələrinin semantik-sintaktik
vəzifələri qovuşur və tərcümədə onlara ayrı-ayrı müqabillər
tapmaq vacib deyil. Ah nidasının mətnə daxil edilməsi isə
mətləbə o qədər də aydınlıq gətirmir. Həmin mətndə
diqqətəlayiq cəhətlərdən biri də odur ki, of course modal
ifadəsinin işləndiyi cümlə özündən qabaqkı cümlədə ifadə
olunan fikrə münasibət bildirir.
I’m not speaking officially of course (Arthur Hailey,
“Airport”, 305)
117
“Mən, əlbəttə, heç bir bəyanat vermirəm (Artur Heyli,
“Aeroport”,280)
Bu nümunədə of course modal sözü əsas cümləyə əlavə
kimi çıxış edir. Tərcümədə onun yeri bir qədər qabağa
çəkilmişdir (mübtədadan sonraya). Bundan irəliki cümlənin
tərcüməsində buna oxşar hadisə ilə qarşılaşırıq. Bu o
deməkdir ki, Azərbaycan dili üçün əlbəttə modal sözünün
cümlənin sonunda işlənməsi o qədər də səciyyəvi deyil.
Bütün bu deyilənləri nəzərə almaqla, biz həmin cümləni
azərbaycanca bu cür verə bilərik: Mən rəsmi (olaraq)
danışmıram, əlbət ki.
Aşağıda verəcəyimiz cümlədə də vəziyyət eynilə bunun
kimidir:
He fiddled a little himself, though not professionally, of
course (Arthur Hailey, “Airport”, 295)
“O özü də az-maz skripkada çalırdı, ancaq, əlbəttə,
professional deyildi” (Artur Heyli, “Aeroport”, 270) [O özü
üçün bir az skripkada çala bilirdi, hərçənd professional
(səviyyədə çalmırdı), əlbət ki].
In fact – “faktiki olaraq, əslində, kor-kor, gör-gör”
In fact modal sözü indeed sözü ilə sinonimlik
münasibətində olub, onunla müqayisədə daha artıq işləklik
nümayiş etdirir.
In fact modal sözü əsasən cümlənin başında və ortasında
gəlir.
In fact, her gentleness had been one of the things which
appealed to Mel when they first met in San-Francisco …he
on leave from the Navy and Korea (Arthur Hailey, “Airport”,
67)
“Sözün düzü, o vaxt hərbi hava qüvvələrini və Koreyanı
tərk edib San-Fransiskoya gedəndən sonra Sindiylə tanış
olan Meli qızın zərifliyi və incəliyi əsir etmişdi” (Artur Heyli,
“Aeroport”, 66) [Əslində, Mel Nəvi və Koreyadan San-
Fransiskoya gələrkən onlar birinci dəfə görüşəndə qızın xoş
qılığı (xasiyyəti) Melin xoşuna gələn şeylərdən biriydi].
Gördüyümüz kimi, in fact modal sözü bir halda sözün
düzü, başqa halda isə əslində modal sözləri ilə verilmişdir.
Hansı yaxşıdır? In fact modal sözü dildənxaric gerçəkliyə
118
işarə edir. Bu xüsusiyyət əslində sözündə var, sözün
düzü ifadəsində isə yoxdur.
Some among his legal colleagues might have questioned
if Elliot Freemantle’s intellect was, in fact, superior (Arthur
Hailey, “Airport”, 88)
“ Əslində, həmkarlarının arasında onun fərasətinə şübhə
ilə baxanlar da vardı” (Artur Heyli, “Aeroport”, 86) [ Əslində,
onun qanuni xidmət yoldaşları arasında bəziləri Elliot
Frimantlın ağıl-kamalının yüksək (səviyyədə) olmasına
şübhə ilə baxırdılar].
Hər iki halda in fact modal sözü azərbaycanca eyni ifadə
vasitəsi ilə verilmişdir. Həmin tərcümələr arasındakı mühüm
fərqlər tərcümənin dəqiqliyi, keyfiyyəti ilə bağlı olan
məsələdir.
Tərkibində in fact modal sözü olan daha iki cümləni
veririk. Bunlardan birincisi onunla diqqəti cəlb edir ki, burada
daha bir modal söz işlənir:
In fact, probably was (Arthur Hailey, “Airport”, 312)
“Güman ki, məhz eləydi” (Artur Heyli, “Aeroport”, 286).
Tərcümədə maraqlı bir yerdəyişmə ilə qarşılaşırıq:
burada modal sözlərin yeri dəyişmişdir. Doğrudur, belə də
pis deyil. Ancaq bunsuz da ötüşmək olardı: Əslində, yəqin ki
(ehtimal ki), beləydi”.
İkinci cümlə heç də bundan az maraqlı deyil:
D.O.Guerrero wanted no conversation, either now or
later, in fact, no more communication with anyone else in
this life (Arthur Hailey, “Airport”, 297)
“Nə indi, nə də sonra D.O.Qyurrero bir kimsəylə kəlmə
kəsmək istəmirdi; əslində, bu, həyatda hər cür münasibətə
son qoymuşdu” (Artur Heyli, “Aeroport”, 272) [D.O.Qyurrero
heç bir söhbət (etmək) istəmirdi – nə indi, nə də sonra;
əslində hətta öz həyatı boyu kiminləsə heç bir ünsiyyətdə
olmaq istəmirdi].
Bizə belə gəlir ki, burada izahatsız da ötüşmək
(keçinmək) olar.
Dostları ilə paylaş: |