Qeyri-balıq xammalı toxumalarının biokimyəvi xüsusiy-
yətləri. Qeyri-balıq xammalının örtücü toxumaları spesifikdir.
236
Kitlərdə bədən epidermis, buynuz təbəqəsi və dərialtı yağlı sellü-
loza ilə örtülüdür. Kürəkayaqlılarda dalayıcı örtüyü kreatindən
ibarətdir. Başayaqlı molyuskalarda bədən seliklə örtülü olub,
qlükoproteid-musinlərdən, mineral duzlardan, aminturşularından,
sudan (80-85%) ibarətdir. Başayaq molyuskalarda piqmentləşmiş
hüceyrələr -xromatoforlar vardır. Buğumayaqlılarda xitindən iba-
rət zireh vardır onun, özəyində işıqsaçan mineral duzlar toplanır.
İkiayaqlı və qarınayaqlı molyuskalardan balıqqulağılar əmələ gəlir
ki, bu da tərkibində əhəngə malik olmaqla, üzvi maddələrlə və
sədəflə örtülmüş olur.
Dayaq sisteminin toxumaları müxtəlifdir. Kitlərdə və kürək-
ayaqlılarda skelet sümükdən təşkil olunub və onun tərkibində
oseomukoid, osealbumin və çoxlu müxtəlif mineral maddələr
vardır. Qarınayaqlı molyuskalarda balıqqulağı əsasən əhəngdən
əmələ gəlir. Başayaqlı molyuskalarda xitin elementləri (lövhələr)
vardır. Kürəkayaqlılarda üzgəclər olur. O, əsasən kollagen və
buynuzlaşmış epiteldən ibarətdir.
Əzələ toxuması və ya yeyilən hissəsi (ət) tam qiymətli
zülaldan ibarət olur. Bu zülallar albuminlər, qlobulinlər, miostro-
minlərdən ibarət olub, əvəzolunmayan aminturşularının tam dəs-
tinə malikdir. Kaşalotun ətində ekstraktlı maddələr az, karnozin və
anserin isə çoxlu miqdardadır. Kürəkayaqlıların əti kobud, spesifik
iylidir. Tərkibində xeyli miqdarda uçucu əsaslı azot vardır.
Qoloturiyanın ətində 50% kollagen olur. Lipidlər yükəsk
miqdarda polien yağ turşusuna malik olur, saxlanma zamanı ok-
sidləşir və acılıq verir. Molyuskanın ətində xeyli kollagen,
qoloturiyada isə triterpen qlükozidləri olur ki, bunlar da bir çox
jenşen vitaminləri ilə eynidir. Xərçəngəbənzər orqanizmlərdə mi-
neral maddələrin miqdarı çox olur.
Kalmarın və osminoqun kisəsində tünd-şabalıdı zülal piq-
menti (sepiya) əmələ gəlir. Rəngləyici kimi istifadə olunur.
Məməlilərin qanı hemoqlobinə (kitlərdə 9-14%, delfinlərdə
16-23%) malikdir. Karbohidraza yerüstü heyvanlara nisbətən az
aktivdir. Qan plazmaya (50-60%) ayrılır və ondan zərdab və fibrin,
həmçinin çöküntü (leykositlər, trombositlər, eritrositlər) alınır.
237
Buğumayaqlıların qanında hemosianin vardır. Onun tərkibin-
də olan 260 mq% mis, oksidləşmə nəticəsində qanın rəngini
rəngsizlikdən yaşılımtıl-göy rəngə qədər dəyişir. Assidiyin qanın-
da vanadositlər tapılmışdır ki, oksidləşmə nəticəsində rəngi
rəngsizdən qara rəngə çevrilir.
Məməlilərin qaraciyəri yağ və vitaminlər toplayır. Balıq və
məməlilərin baş beyni qiymətli xammaldır. Ondan xolesterin və
hipofiz məhsulları, kitlərdə isə spermaset (kəl sümüyündən çıxarı-
lan, ətriyyatda və sənayedə işlədilən maddə) ayrılır.
Balıqların keyfiyyətli olması su hövzələrinin ekoloji təhlükə-
siz vəziyyətindən çox asılıdır.
Balıqların gigiyenik dəyəri tək qidalılıq xüsusiyyəti ilə deyil,
həm də onun sanitar təhlükəsizliyi ilə müəyyən edilir. Ov, emal,
saxlanma və realizə prosesləri zamanı sanitariya qaydalarının
pozulması nəticəsində xəstəliklər yaranır. Buna əsas səbəb su höv-
zələrinin çirklənməsidir.
Balıqların sağlamlıq vəziyyəti baytar həkim – ixtiopatoloq
tərəfindən təyin edilir. Balıqların xəstəlik törədiciləri aşağıdakılar-
dır:
-
toksinoinfeksiya (salmonellez, qarın yatalağı);
-
intravial toksinoinfeksiya (vəba və s.);
-
intoksikasiya (botulizm, stafilokok zəhərlənmə);
-
virus xəstəlikləri (infeksion hepatit, məxmərək, vibrioz,
limfosistit, su çiçəyi, taun);
-
göbələk xəstəlikləri (bronxiomikoz);
-
şiş xəstəlikləri (fibrosarkoma);
-
zəlilər vasitısilə xəstələnmə (pisçikolaz);
-
digərləri (lerneoz, arqulez).
Virus xəstəlikləri ilə xəstələnmiş balıqları qidalanmada istifa-
də etmək məsləhət görülmür, çünki onlar qida zəhərlənmələri
törədə bilər.
Helmintlərlə sirayətlənmiş balıqların texnoloji emal edilməsi
tələb olunur.
Balıq həm insanın, həm də ev heyvanların helmintlərlə zəhər-
238
ləmə mənbəyi ola bilər. Parazitlərin süfrələri ilə sirayətlənmiş ba-
lıqlar yaxşı bişirilməli və qızardılmalıdır. Onlar duzlandıqdan və
uzun müddətli dondurulduqdan sonra təhlükəsiz olurlar.
Dostları ilə paylaş: |