Firuddin cəFƏrov hasil fəTƏLİyev


Balıq karbohidratlarının xarakterizəsi



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə102/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   98   99   100   101   102   103   104   105   ...   239
 Balıq karbohidratlarının xarakterizəsi. Karbohidratlar enerji 
mənbəyidir.  Balığın  toxumalarında  0,8-4,2%,  kəsilmiş  heyvan 
toxumalarında isə 0,8-3,8% karbohidrat olur. 
Əzələlərdə  qlikogenin  parçalanması  nəticəsində  süd  turşusu 
və qlükoza əmələ gəlir. Bir molekul qlükoza parçalandıqda özündə 
enerji  toplayan  32  molekul  AÜF  əmələ  gəlir.  Qlükoza  mokelu-
lunun  tam  oksidləşməsi  zamanı,  istilik  ayrilir,  bu  da  əzələlərin 
işləməsi üçün enerji mənbəyidir. Karbohidratlara gündəlik təlabat 
400-500  qramdır.  Qidada  karbohidratların  artıqlığı,  qanda  və 
sidikdə onun miqdarının artmasına səbəb olur. 
 Qidanın  monoşəkərləri  bağırsaqda  sorulur,  qanın  vasitəsilə 
qaraciyərə  düşür  və  burada  qlikogenin  sintezində  iştirak  edir  və 
qara ciyərdə toplanır. Qara ciyərdə fosfatazanın və fosforilazanın 
təsiri  altında  qlükoza  əmələ  gəlir  və  qanın  vasitəsilə  yayılır. 
Karbohidrat mübadiləsinə mərkəzi əsəb sistemi ilə nəzarət olunur 
və mədəaltı vəz-insulin hormonu ilə nizamlanır. Karbohidratların 
aerob parçalanması nəticəsində (tənəffüs prosesi) karbon qazı və 
su əmələ gəlir.  
Balıqların  toxumalarında  karbohidratlar  çox  olmasa  da 
müxtəlifliyi ilə fərqlənir. 
Monoşəkər qrupuna aşağıdakılar aiddir: 

 
pentozlar  (0,1%-dək  5  karbon  atomuna  malik  olur). 
Onlardan: 
-
 
riboza  (sarkoplazmanın,  BAM  tərkibinə  daxildir:  kofer-
mitlər, nuklein turşuları; AMF, AİF, AÜF); 
-
 
dezoksiriboza (hüceyrə nüvəsinin tərkibinə daxildir); 
-
 
arabinoza, ksiloza və s. (hüceyrənin tərkibinə daxildir). 

 
heksozlar (monoşəkərlər 6 karbon atomlu, seyrək toxuma-
larda 0,1% olur). Onlardan: qlükoza, fruktoza, qalaktozanı göstər-
mək  olar.  Beyin  maddəsində  karbohidratların  ümumi  miqdarı, 


228
 
quru maddənin 0,2-0,3%-i qədər, ürək əzələsində - 0,2% ; qanda 
0,8-1,1% olur. 

 
amin  şəkərləri  (0,1%-dək  OH  qrupu  NH
2
  qrupu  ilə  əvəz 
edildikdə əmələ gəlir) – qlükoza-qlükozamin; 

 
qalaktoza- qalaktozaminə çevrilir; 

 
uron  turşuları  (oksidləşmə  nəticəsində  əmələ  gəlir);  qlü-
koza-qlükozon turşusu, qalaktoza-qalakturon turşusu; 

 
birəsaslı  oksiturşular  (aldehid  qruplarının  oksidləşməsi 
nəticəsində  əmələ  gəlir);  qlükoza-qlükon  turşusu,  qalaktoza-
qalakton turşusu; 

 
ikiəsaslı  oksiturşular  (ilkin  hidroksilin  oksidləşməsindən 
əmələ gəlir): qlükoşəkər turşusu; 

 
altıatomlu  spirt  (monoşəkərlərin  bərpası  zamanı  əmələ 
gəlir): qlükozasorbit, qalaktozadulsit. 
Dişəkərlər  qrupuna  –yosunlarda  olan  arabinoza,  treqaloza; 
kitəbənzərlərin  südündəki  laktoza;  mədə-bağırsaq  sistemində 
qlikogenin parçalanmasından yaranan maltoza aiddir. 
Suda  həll  olmayan  formadan  suda  həll  olan  birləşməyə 
çevrilən polisaxarid qrupu aşağıdakılardır : 

 
qlikogen  (karpın  əzələsində  0,9-1,8%,  ölümcül  pikşa 
balığında 0,6%, iki gündən sonra 0,3%); 

 
süd turşusu (qlikogenin  parçalanmasından  əmələ gəlir və 
balığın əzələsində 0,05-0,40% olur); 

 
suda həll olanlar (dəniz otlarında – zocterin, qonur yosun-
larda-  laminarin,  alqin,  fukoidin,  qırmızı  yosunlarda-  karragen, 
aqaroid).  
Zülal  və  karbohidratların  polimer  kompleks  qrupu.  Bunlar 
məşhur heksozaminlər olub, fizioloji aktiv maddələrdir. Heksoza-
minlərin toplanma yeri, birləşdirici toxumanın aralıq maddəsidir. 
O, həmişə prokollagenə malik olan kollageni müşayiət edir. 
Qialuron turşusu (qlükozaminə, qlükoron turşusuna malikdir) 
birləşdirici toxumaların tərkibinə daxildir. 
Heparin  (tərkibində  qlükozamin,  qlükoron,  kükürd  turşusu 
vardır) ciyərlərin, ürəyin tərkibində olur.  
Xondraitin  kükürd  turşusu  (tərkibində  aminsaxar,  qlükoron, 


229
 
kükürd  turşusu,  asetil  qrupu  olur)  selik  və  qığırdağın  tərkibində 
olur. 
Xitin  (tərkibində  qlükozamin  olur)  zirehli  xərçəngəbənzər-
lərin tərkibində 200 mq% miqdarında olur.  
Kukumariya  lipidlərində  kollagenin  miqdarının  çox  olması, 
onda  heksozaminlərin  olmasına  şərait  yaradır.  Onlarda  heksoza-
min  299-301  mq%,  kukumariyanın  daxil  orqamlarında  isə  120 
mq% olur. Dəniz kirpisinin qılafında heksozaminlər – 380,5 mq% 
olur. 
Qlükolipid qrupunda tərkibində karbohidratlar olan birləşmə-
lər vardır.  
Beyində olan serebrozidlərin tərkibində - monoqalaktozilqli-
serid, diqalaktozilqliserid, sulfoxinovozaqliserid, serebron, sereb-
ron turşusu, nevron, nevron turşusu, oksinevron, kerozin olur. 
Triterpenoid  qrupunun  tərkibində  triterpen  qlükozidlərini 
özündə  birləşdirməklə  qoloston  sıralı,  henin  və  karbohidratlara 
(qlükoza, metilqlükoza) malik olur.  
Qolotur  və  xüsusilə  yapon  kükumariyasının  toxumalarında 
triterpen qlükozidlərinin  miqdarının  öyrənilməsi  göstərmişdir ki, 
onların ən çox miqdarı, ağ fərdlərin qılafında və daxili orqanlarda 
olur.  Quru  maddəyə  görə  qara  səthli  dəri-əzələ  toxumasında 
qlükozidlərin miqdarı 0,42%; açıq qəhvəyi rənglidə - 0,49%; ağ 
rənglidə - 0,72%; qoloturyanın daxili orqanlarında – 0,69% olur.  
Qlükozidlərin  monosaxarid  qalığının  müxtəlifliyinə  görə 
kukumariyanın  daxili  orqanları  digər  bütün  xammal  növlərini 
üstələyir. 
Daxili  orqanların  kütləsi,  balığın  və  heyvanların  kütləsinin 
təxminən 60%-ni təşkil edir.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin