Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə139/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   135   136   137   138   139   140   141   142   ...   321
Seçilmiş əsərləri X 
271 
iqtisadi qurumları ilə bağlıdır. Bu mənada, belə sözləri aşağı-
dakı kimi qruplaşdırmaq olar:
1. Kollektiv təsərrüfat sahələri ilə bağlı söz və ifadələr:
 
kolxoz, sovxoz, kolxoz sədri, briqadir, briqada, şagird istehsa-
lat briqadası, anbardar, ferma, ferma müdiri, kənd soveti, sosi-
alist əməyi qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, Ümumittifaq 
Kənd Təsərrüfatı Sərgisi, xırman, beşillik plan, raykopittifaq, 
Aqrar sənaye birliyi 
və s.
2. Siyasi qurum və idarəetmə ilə bağlı söz və ifadələr: 
raykom, partkom, RİK, komsomol komitəsi, komsorq, pioner, 
komsomol, oktyabryat, leninçilər, xalq nəzarəti komitəsi, NKVD, 
üçüncü şöbə, Şura höküməti (sovet höküməti), Ali Sovet, Ali 
sovetin sessiyası, yerli sovetlər, pioner baş dəstə rəhbəri, pioner 
düşərgəsi, fəhlə - gənclər briqadası, pioner qalstuku 
və s.
3. Dövlət emblemlərinin adları: 
Oraq - çəkic (fəhlə 
kəndli ittifaqı), Sovet İttifaqının himni, Qızıl bayraq və s.
4.Orden, medal və niĢan adları: 
Pioner nişanı, komso-
mol nişanı, Qızıl Bayraq ordeni, Lenin ordeni, Qəhrəman ana 
medalı, Əmək İgidliyinə Görə medalı 
və s.
Göründüyü kimi, köhnə üsul-idarə sisteminin dağıdılması 
və tarixə kömülməsi ilə bərabər, bu obyektlərin dil ifadəçiləri 
də tarixizmlər sırasına keçmişdir.
Sosializmdən kapitalizmə dönüş prosesində dilimizdə for-
malaşan elə mürəkkəb idarə adları da vardır ki, ifadə etdikləri 
qurumların keçid mərhələsinə məxsus müvəqqəti mövcudiyyəti 
ərzində işlək olmuş və denotantlarının yoxa çıxması ilə belə 
sözlər də işləklikdən çıxmışdır. Belə ifadələr arasında BKT 
(birgə kəndli təsərrüfatı) abbreviaturasını qeyd etmək olar. 
BKT-lər kolxoz və sovxoz təsərrüfatından xüsusi mülkiyyət-
çiliyə keçiddə aralıq mərhələsinin məhsulu idi.
Qeyd etməliyik ki, belə abbreviaturaları təşkil edən sözlər 
ayrı-ayrılıqda arxaikləşməsə də, tərkib daxilində ad ifadəçiləri 
olaraq işləkliyini itirmişdir.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin