Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə138/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   134   135   136   137   138   139   140   141   ...   321
Firuzə Məmmədli 
270 
Türkiyə türkcəsindən daxil olan, lakin məhdud dairədə, 
bir çox hallarda jarqon məqamında işlədilən «yey», «iyi», «il-
ginc», «olaylar», «bilim adamları», «gələnəklər», «yazarlar», 
«telegörüm», «başkənd», «başqan», «buzdolabı», «yerəyrisi», 
«yerbil», «göybil» və s. kimi sözlər dilimizdə daim işlək olan 
ekvivalentlərini sıxışdırıb çıxarmaq dərəcəsində uğurlu dil 
vahidləri olmadığından təbiidir ki, ümumişləklik qazana bilmə-
yəcək.
Şübhə yoxdur ki, Azərbaycan ədəbi dili bütün tarixi möv-
cudluğu ərzində nümayiş etdirdiyi leksik-semantik və qramma-
tik norma sabitliyi çərçivəsində bu istiqamətdə də ancaq özünə 
lazım olanı seçib götürəcəkdir.
2. Sosial-ictimai durumda gedən siyasi və iqtisadi də-
yiĢikliklər nəticəsində istifadədən qalan söz və ifadələr.
Məlum olduğu kimi dilin ən çox dəyişikliyə məruz qalan 
hissəsi leksik qatdır. Dildə olan lüğət vahidlərini bütövlükdə 
əhatə edən leksik sistem özündə həm fəal, həm də qeyri - fəal 
sözləri mühafizə edib saxlayır. Cəmiyyətin sosial-ictimai, siya-
si və mədəni həyat tərzində gedən hər bir dəyişiklik öz ad gös-
təricilərini, dil işarələrini leksik qata təhvil verir. Bu mənada 
dil sisteminin ən mütəhərrik qatı olmaqla leksik qat cəmiyyət 
həyatının aynasıdır.
Ötən əsrin 80-90-cı illərindən etibarən Azərbaycan xalqı-
nın ictimai-siyasi və iqtisadi həyatında baş verən əsaslı dəyi-
şikliklər dilimizin lüğət tərkibinə çoxlu miqdarda alınma sözlər 
gətirmişdirsə, eyni proseslə bağlı xeyli miqdarda işlək lüğət va-
hidlərinin passiv fonda keçməsinə səbəb olmuşdur. Daha doğ-
rusu, lüğət vahidlərində arxaikləşmə həm semantik, həm də 
leksik-semantik istiqamətdə baş vermişdir. İkinci istiqamət söz 
və onun daşıyıcısının (ifadə etdiyi əşya və hadisənin) istifadə-
dən qalması nəticəsində meydana çıxdığından bunları tarixizm 
kimi qiymətləndirmək lazım gəlir. Dilimizdə yaxın zamanlarda 
meydana çıxan tarixizmlər sosialist idarə üsulu, ideologiyası və 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin