sayrıĢmaq, çalxalamaq, bələmək,
sürü, naxır, ilxı
və s. kimi onlarla, yüzlərlə söz
ədəbi dildə qarşılığı olmadığı üçün dialektlərdən
seçilib
götürülmüşdür.
Lakin
dialektlərdən
götürülüb dildə ümumişləklik hüququ qazanan elə
sözlər də vardır ki, ədəbi dildə bunların qarşılığı
olduğundan belə sözlər nitq səviyyəsində leksik
ekvivalentlər kimi işlənir. Bu cəhətdən aşağıdakı
cədvələ diqqət yetirmək zəruridir:
Ədəbi dildə
Dialektdə
hündür, uca
tərs
məyus
cəsur
qəlbi
kür
pərt
igid
296
Фирузя Мяммядли
hamilə
sərvət
quyruq
kəndir
səksənmək
həyət qapısı
peyvənd vurmaq
lavaş
çörək
xiyar
çirkin
fürsət
tribuna
külqabı
qıfıllamaq
səbrsiz
səbr
iz
baş
topal
ətraf
xəsis
tövlə
mal
şal
haşiyəli
iri
şiv
ikicanlı, boğaz
varidat
irtmək
çatı
diksinmək
darvaza
qələm vurmaq
yuxa
əppək
yerpənək
kifir
girəvə
kürsü
kültökən
kilidləmək
hövsələsiz
hövsələ
ləpir
kəllə
çolaq
yan-yörə
simic
pəyə
davar
örpək
yelənli
yekə
zoğ
297
Сечилмиш ясярляри
lX
dəstək
nişan üzüyü
nişanlı
cücərmək
əlcək
barmaqça
adaxlı
dişərmək
Ədəbi dil-dialekt vahidlərinin ekvivalentliyi
nitq prosesində təzahür edən leksik-semantik hadisə
olub, davam edən, arasıkəsilməz bir prosesdir. Bu
prosesdə ekvivalentliyin komponentləri arasında
gedən mübarizə dialekt sözünü mütləq mənada aktiv
mövqeyə keçirməklə öz komponentini dilin passiv
fonduna keçirə də bilər. Ümumiyyətlə dialekt
sözlərinin ədəbi dil səviyyəsində təzahürü ədəbi
dilin seçmə və əvəzetmə əməliyyatının nəticəsi olub,
dildə demokratik hadisə hesab edilməlidir.
Ədəbi dil – dialekt vahidlərinin ekvivalentliyi
üslubi imkanlardan məhrum deyildir. Məlum
olduğu kimi dil vahidləri
nin üslubi imkanları daha çox bədii nitqdə öz
həqiqi qiymətini alır. Bu mənada ədəbi dilin bədii
üslubunda
belə
vahidlər
surətin
məhəlli
mənsubiyyətini fərdiləşdirmək məqsədilə işlədilir.
Nümunələrə diqqət yetirək:
Ağabəyim ağa:
–
Kiri
,
-dedi,
-vəfasızsan.
(Y.V.Çəmənzəminli. "Qan içində").
|