Seçilmiş əsərləri X
17
OLA
Xeyir qapını döyə,
açıb şərə düşəsən.
Durduğun ucaqlıqdan
aşıb yerə düşəsən.
Təpə olduğun yerdə
çöküb dərə düşəsən.
Səni bu əngəllərdən
çəkib ayıran ola.
Elə “döz-döz”, deyələr, -
dözümdən yıxılasan!
Sənə söz verənlərin
sözündən yıxılasan.
Bir ümid doğrulunca
yüzündən yıxılasan.
Arsız giley-güzarda
ömür-gün bayram ola.
Elə rahatlığının
əllərini ovasan.
Başına fikir qona,
tez-tələsik qovasan.
Bir də ayılasan ki, -
beynin – düşmən yuvası.
Bu mələk xislətinə
dörd yanın heyran ola.
2018
Firuzə Məmmədli
18
***
Yaddaşımın ürəyində
Ölənlərim diri qalıb.
Çağırılmamış qonaqların
Tutulmamış yeri qalıb.
Qalıb gedənim, gələnim,
Dərd verənim, dərd bölənim.
Məni öldürüb ölənin
Elə ondan biri qalıb.
Kim baxtından dəli düşüb,
Kimə vaxtın əli düşüb.
Qalıb, kim irəli düşüb,
Ya kim kimdən geri qalıb.
2018
Seçilmiş əsərləri X
19
***
Gözünün içinəcən
Yalançıdır bu adam.
Sözdən söz oğurlayır,
Talançıdır bu adam.
2018
***
İki gözüm var idi,
Tanrı birini aldı.
Birindən düşdüsə də,
Dünya birində qaldı.
2018
Firuzə Məmmədli
20
***
Göy başda oturanın
Papağıdır, sanırlar.
Nə qədər qalxalar ha,
Aşağıdır, sanırlar.
Top-tüfəngli danışır
Qulbeçələr, hərzələr.
Cığırlar daş gətirir,
Baş axtarır zərbələr.
Qafiyələr tündməcaz,
Söz içindən partlayır.
Yazan hərf-hərf qıcanır,
Heca-heca çatlayır.
2018
Seçilmiş əsərləri X
21
QALIR
Bu pay bölgüsündən mənə
pay düĢməz.
Məmməd Araz
Hər nəsə, üzümüz ta üzə düşmür,
Mələkdi, iblisdi... Göz gözə düşmür.
«Bu pay bölgüsündən» tək bizə düşmür,
Gözümüz bölənin əlində qalır.
Kimə mehr salır, kimə rəml atır,
Kimin ovqatına təzə dəm qatır.
Kimə tost, kiminə «get dilən» çatır,
Ömür kreditdə, sələmdə qalır.
Nə baş girləyənik, nə baş aparan,
Artır cibimizdən şabaş aparan.
Adını sülh qoyur savaş aparan,
Özü uydurduğu yalanda qalır.
Təzə ütülənmiş köynək kimiyik,
Taxın gözünüzə, eynək kimiyik.
Bu varın yoxunda göynək kimiyik,
Ömrümüz kağızda, qələmdə qalır.
...Hər nəsə, üzümüz ta üzə düşmür,
Mələkdi... İblisdi... Göz-gözə düşmür.
«Bu pay bölgüsündən» tək bizə düşmür,
Gözümüz bölənin əlində qalır.
2018
Firuzə Məmmədli
22
***
Daha lap ağ edirlər,
Dərdi bayraq edirlər.
Elə lağ-lağ edirlər,
Söz qulağı çəkilmir.
Yoxdu sözə mız qoyan,
Bir günaha üz qoyan.
Hər yaraya duz qoyan
Günahından çəkinmir.
Kim ki söz-söz sökülür,
Sözə heykəl tökülür.
Şeir şeirin şəkili
Olarsa, söz yetimdir.
2018
Seçilmiş əsərləri X
23
***
Qəlbimdə bir ağırlıq var,
Çəkib apara bilmirəm.
Dərd yapışıb üzüm boyu,
Dartıb qopara bilmirəm.
Mənəm bu tünlükdə azan,
Özümə sillə, qapazam.
Bir sevinc nüsxəsi yazan
Qələm taparam? Bilmirəm.
Nə xəstəyəm, nə həkiməm,
Neynim, taleyə təhkiməm.
Bilmirəm, nəçiyəm, kiməm,
Üz tutum hara, bilmirəm.
2018
Firuzə Məmmədli
24
***
Var mənim gözümdə nəsə,
Gözüm əvvələ sıxılır.
Günlər bir-bir mənə gəlir,
Bir-bir də məndən yıxılır.
Səhər-axşam – var dalınca,
Var olmadım qartalınca.
Vətən, məni çal qılınca,
Sil gözümdən bu yuxunu.
Üz gördüm şöhrət acından,
Dovğasından, umacından.
Qopar məni yamacından,
Qurtar əlimdən yaxanı.
2018
Seçilmiş əsərləri X
25
***
Talançı məmurlar bir-bir
haqlı cəzalarına çatırlar
A dünyanın «xoşbəxtləri»,
Bədbəxtliyə can atmayın.
Köz bağlamış yaranızı
Qaşımayın, qanatmayın.
Gün quruyub yanağında
Anaların, bacıların.
Dəbərtməyin bu torpağın
Ağrıların, acıların.
Dolanın bir-birinizin
Havasına, hənirinə.
Nə olar, zəhər qatmayın
Harınların xəmirinə.
Ağardılıb açılası
Sirr deyildir el sərvəti.
Yeyən yeyir, gözü doymur
Bu tamahın, bu xəlvətin.
Durun, kənardan seyr edin,
Acından qırılsanız da.
Haqqınıza can atmayın,
Damardan sorulsanız da.
|