Firuzə Məmmədli
26
A dünyanın «xoşbəxtləri»,
Bədbəxtliyə can atmayın.
Köz bağlamış yaranızı
Qaşımayın, qanatmayın.
2018
Seçilmiş əsərləri X
27
ÜMĠD
Hərhalda dünyanın axırı deyil,
Hərhalda bizə də bir pay saxlayar.
Bəzəyər, düzəyər sevdiklərini,
Axırı bizə də həmtay saxlayar.
Mən də bu qismətin bir şükürlüsü,
Bir uğur tənbəli, bir baxt pintisi.
Çırtlayar ümidim axıra yaxın,
Mənə hesablanar törtöküntüsü.
2014
Firuzə Məmmədli
28
***
Çəkildi bu suların
Üzündən göy təbəssüm.
Dəniz səni sevirmiş,
Qoy dənizə tələsim.
Sərilim qanad-qanad
Göy suların səthinə.
Sular məni oxşasın
Elə sənin xətrinə.
Əllərini ver mənə,
Saçlarım şanə gəzir.
Sevib, oxşamaq üçün
Sular bəhanə gəzir.
2018
Seçilmiş əsərləri X
29
***
Daha nə söyləyim,
nə deyim daha, -
sözümə də baxmır
baş-beyin daha.
Bərələ-bərələ
qalıb eləcə, –
səni də göstərmir
eynəyim daha.
Nəyim var, nəyim yox, -
bölüm özgəyə,
dirilim doğmaya,
ölüm özgəyə.
İçərim özümə,
çölüm özgəyə
göynəyir, göynəyir,
göynəyir daha.
2018
Firuzə Məmmədli
30
***
Çöhrəmin Ay üzündə
Ömür şırım-şırımdı.
Durmuşam aşırımda,
Hər tərəf uçurumdu.
Nə gələnlə gəlirəm,
Nə gedənlə gedirəm;
Xatirə girdabında
Elə vargəl edirəm.
Bir içim su deyilmiş,
Bu dünyanın özülü.
Cavan yumdum, yumuldu,
Qoca açdım gözümü.
İndi kimə and içim,
Kimə deyim sözümü?!
Qalan xatirələrdi,
Yüklənib də gedirəm.
2018
Seçilmiş əsərləri X
31
***
Evdə çürüyər adam,
Nə yaxşı iş günü var.
Bu beş günlük dünyanın
İşıqlı üç günü var.
Unutmur bir kəsini, -
Dost, ya düşmən kəsilir.
Hər yerdə tikəsinin
Qaçqını, köçkünü var.
Fitnəsindən üz görən,
Əməli od püskürən,
Barışdıran, küsdürən
Aqili, düşkünü var.
2018
Firuzə Məmmədli
32
***
Nə etdim, özüm etdim,
Seçdim, ən düzün etdim.
Sevincə təzim etdim,
Əyildim dərdə kimi.
2018
Seçilmiş əsərləri X
33
***
Bu zalım uşağının
Başqa söhbəti yoxmu?
Min yol qələt eləyir,
Bir yol tövbəsi yoxmu?
Duman gedir, sis gəlir,
Yaxşı gedir, pis gəlir.
Hirs üstündən hirs gəlir,
Bunun növbəsi yoxmu?
Duyğu-filan – həsəddir,
Gün-güzəran əsəbdir.
Söz də bir cür əzabdır,
Sözün töhfəsi yoxmu?!
2018
Firuzə Məmmədli
34
***
Əli ətəyindən uzun
Gəncliyimiz atdı bizi.
Çıxarıb qul bazarına,
Heçə-puça satdı bizi.
On apardıq, beş gətirdik,
Ümidləri boş gətirdik.
Hərəmiz bir iş götürdük,
Başımızı qatdı bizim.
Vaxt uyumur, ayıq olur,
Gah isti, gah soyuq olur.
Gecə, gündüz sayıq olur,
Öz ömrümüz yatdı bizi.
2018
Seçilmiş əsərləri X
35
***
Deməyə bir söz qalmayıb,
Hamı özündən danışır.
Təkcə qonşu oğlanları
Qonşu qızından danışır.
Oda düşüblər əlindən,
Etmədiyi əməlindən.
Nə «qılca» incə belindən,
Nə qaş-gözündən danışır.
Kimi söz açır dilindən,
Kimisi qaçır dilindən,
Danışır acı dilindən,
Şirin sözündən danışır.
2018
Firuzə Məmmədli
36
***
Çarəsizliyi
gözündə qan ağlayan
bir tifildən yaşını
soruşdum.
Əllərinin arxası ilə
gözlərini silib
mənə uzatdı –
yəni: bax,
özün de.
2018
Seçilmiş əsərləri X
37
BU ĠL
Bu il
neçə ev
özünü atdı
gələcəyinin
17-ci mərtəbəsindən.
Bəlkə də
gələcəyin
20-ci mərtəbəsi
olacaqdı.
Bağladı
20-ci mərtəbəyə
açılan qapını.
17-ci mərtəbədən
yerə baxıb
yumdu gözlərini
və atdı özünü
birinci mərtəbənin
daş insafına.
2018
Firuzə Məmmədli
38
***
Mənim səsimin içi
Səssizlikdən boğulur.
Dörd yanı divar canım
Ölür, yenə doğulur.
Himə-cimə ölür də,
Aya-günə ölür də...
Dönə-dönə ölür də,
Dönə-dönə doğulur.
Dünyanın düz ilində,
Ölür söz-söz dilimdə.
Ölür də öz dinində
Başqa dinə doğulur.
2018
Seçilmiş əsərləri X
39
ÇĠÇƏK
Yaza aparan çiçək,
Məni qardan, sazaqdan
Çəkib qoparan çiçək,
Üzü marta gedirik.
Bizdə – o qədər qəzəb,
Bizdə – o qədər inad;
Çiynimizdə hər nə var
Darta-darta gedirik.
Yaza aparan çiçək,
Üzü marta gedirik.
Sən özünücə apar,
Özümü aparmağa
Mənim inadım çatar,
Mənim qəzəbim çatar...
2018
Firuzə Məmmədli
40
TƏZƏ SABĠRLƏR GƏRƏK
Qanlı həqiqətlərin
Üstünü açmaq – çətin,
Saxta üz, saxta sözlə
Düzgünü açmaq – çətin.
Əməli-qan çanağı
Siyasətlər üzdədir.
Saxta təbəssüm ilə
Xəyanətlər üzdədir.
«Xanbacı, ay Xanbacı,
Çatlayır qəmdən ürək».
Bu gün dərdimi yazan
Təzə Sabirlər gərək.
1991
Seçilmiş əsərləri X
41
QAÇANLAR
Qaçanlar hara qaçır? –
Biri dilindən qaçır,
Biri dinindən qaçır,
Biri elindən qaçır...
Mini birindən qaçır,
Biri minindən qaçır.
Qaçır eli-obası,
Qaçır evi – odası.
Qaçmaq istəməyəni
Təxribatlar qaçırdır,
Şəxsi banklar qaçırdır,
Fəxri adlar qaçırdır...
Sözündən qaçanı var,
Özündən qaçanı var...
Dünya, ayıq-sayıq ol:
Gözündən qaçanı var.
2000
Firuzə Məmmədli
42
***
Dinib-danışammırıq,
Bir misra uçammırıq,
Bir heca qaçammırıq
Bizə qədərlənəndən.
Bənd-bənd dağılır tamlar,
Söz-söz ölür adamlar.
Ölür dada çatan da
Sözə qədərlənəndən.
2018
Seçilmiş əsərləri X
43
***
Yaxşı günün ömrünü
Yaman günə behlədim.
Gedən gündən borc alıb,
Qalan günə behlədim.
Adın-sanın zinəti
Deyən, qızıl düymədi.
Doğru ömrün qiymətin
Yalan günə behlədim.
2018
Firuzə Məmmədli
44
GÜNAHKAR
Yerimdə sayıram gör neçə ildir,
Yerimdən o yana yolum bağlanıb.
Gözüm gördüyünə inana bilmir,
Əllərim açılıb, qolum bağlanıb.
Yuxular görürəm – qaralı, ağlı,
Səhər gözlərimdə çimirə dönür.
Yıxanlar haqlıdı, quranlar haqlı,
Ağrılar qəlbimin siminə dönür.
Deyən, günahkaram əsrimə görə,
Deyən, günahkaram söz qandığımdan.
Haqq deyib ucalan səsimə görə,
Dərdlinin dərdinə doğrandığımdan
Deyən, günahkaram...
Deyən, günahkar.
1992
Seçilmiş əsərləri X
45
ZAMAN
Canı dişində gəzir
Ehtiyacın sərt üzü.
Birinin sevincidir
Minbirinin dərd üzü.
Nə yaman dönük imiş
Bu dünyanın mərd üzü!..
Yoxdu dastanların da
Robin Qudu, Zorrosu,
Tomrisi, Jannası,
Babəki, Koroğlusu...
Doğrusunun başına
Qiymət qoyur oğrusu.
Yox sorğuluq, suallıq
Məhkəməlik qorxusu.
2018
Firuzə Məmmədli
46
***
Haqq sözü haqlamışıq,
Göz üstdə saxlamışıq.
Kövrəlib ağlamışıq
Sözümüz keçməyəndə.
Çökmüşük, kiçilmişik,
Dözümə biçilmişik.
Biz səbri keçirmişik
Özümüz keçməyəndə.
Sayılmadıq, - adladıq,
Söz qulağın qatladıq.
Yalana əl atmadıq
Düzümüz keçməyəndə.
2018
Seçilmiş əsərləri X
47
***
Daha gözümdən qaçır,
Yaxşı-yaman... Seçmirəm.
Məqsədə yüz körpü var,
Heç birindən keçmirəm.
2018
TƏQAÜDDƏ
Heç bir işim yoxdu daha
Yeyib yatmaqdan savayı.
Ömrü gün-gün – kərpic-kərpic
Söküb atmaqdan savayı.
2018
Firuzə Məmmədli
48
GƏLĠRƏM MƏN
Ey şeirimin sonsuza
Uzanan üfüqləri,
Səninçin yaşayıram,
Səninçin ölürəm mən.
Sənə doğru uzanır
Ömrün ümid əlləri,
Dərdimi, sevincimi
Səninlə bölürəm mən.
İnanmıram bu gediş
Öz yoluna qayıda.
Qəlbimin, ovqatımın
Söz yoluna qayıda.
Qayıda, qayıtmayan
İllərimi qaytara,
Sözə, sənətə vurğun
Günlərimi qaytara.
Harda dəydim qəlbinə,
Harda əydim qəddini
Sözə nikahladığım
İmkanımın, həddimin?!
Niyə aşa bilmirəm
Ayrılıq sərhəddini?
Ey şerimin sonsuza
Uzanan üfüqləri,
Hara üz tuturamsa,
Düz sənə gəlirəm mən,
Səninçin yaşayıram,
Səninçin ölürəm mən.
2018
Seçilmiş əsərləri X
49
***
Şerin çətin yolunda
Sizə uğur dilədim.
Özümə də bir şülək
Hamar cığır dilədim.
Daha yol çətinliyi
Mənlik deyil, bilirsiz.
Mən bilən keçib gedər,
Siz çox şeyi bilirsiz:
Utanc libaslarını
Çıxarıb tullayırlar.
Ən dibdəki çirkabı
Yuxarı tullayırlar.
Kimsə adam sayılmır, -
İndi təzə dəb düşüb.
Hardansa zibilliyə
Bir qırıq ədəb düşüb...
2018
Firuzə Məmmədli
50
SÖZÜMƏ ÇÖKDÜM
Bu gün də çıxmadım evdən eşiyə,
Bu gün də özümü dustaq elədim.
Örtdüm pəncərəni, örtdüm qapını,
İşığı gözümə yasaq elədim.
Həqiqət hardasa cançəkişində,
Yalandan-yalana adladım bu gün.
Dünyanı seyr etdim efir məkanda,
Darıxdım, ürəyim çatladı bu gün.
Tavanı başımda tac imiş demə
Tutduğum bu yastı-yapalaq evin.
Hər günü, hər anı bac imiş demə
Ömrümə-günümə şapalaq evin.
İçərim kül oldu gül yanğısında,
Əyilməz, bükülməz dizimə çökdüm.
Qaldım öz-özümlə çöl yanğısında,
Əridim, şerimə, sözümə çökdüm.
2018
Seçilmiş əsərləri X
51
***
Dözüm bezib içimdə,
Özüm tozun içində,
Lap bir qozun içində
Yaşamaq əzab deyil.
Əzab odur, söz küsə,
Əyri dura, düz küsə.
Ürək doya, göz küsə,
Gəzəsən veyil-veyil.
2018
Firuzə Məmmədli
52
***
Deyən bir az yüngülləşdim,
Çəkim atıb-tutdu məni.
Dərdin qulağı çəkildi,
Kədər-qəm unutdu məni.
Bəxtin əlini sıxmadım,
Vaxtın üzünə çıxmadım.
Öz-özümdən, darıxmadım,
Şükranlığım uddu məni.
Bir quruca canam daha,
Qarıyıb ad-sanım daha.
Kimim var ki, anım daha, -
Dörd tərəfim atdı məni.
2018
|