Firuzə Məmmədli
58
***
Azdı, çoxdu... Tanrı bölür qisməti,
Nə olsun ki, öz haqqımı gec aldım.
Əyilmədim, üzülmədim, itmədim,
İçimdəki ucalıqdan güc aldım.
2018
Seçilmiş əsərləri X
59
***
Əfsus nağıllar üçün
Ürəyim əsmir daha.
Xəyallar addımbaşı
Yolumu kəsmir daha.
Yox bu hissi soyudan,
Qövr edirəm hovundan.
Məni çəkən, ovudan
Bir qərib səsdir daha.
Sevdalar keçdi getdi,
Ömür-gün... Gecdi, getdi.
Sevgidi... Eşqdi... getdi, -
Həvəsdi, bəsdi daha.
2016
Firuzə Məmmədli
60
***
Döyüldü əlinlə bahar qapısı,
Qaçıb gəlişinə açan olmadı.
Lakeyli, mundirli şəhər qapısı
Bağlı mətləblərə açar olmadı.
2014
Seçilmiş əsərləri X
61
***
Mənim düşüncələrim
Daha uzaq gedəmmir.
Mən keçən keçidləri
Bir yalquzaq keçəmmir.
2014
***
Söz, sənət düzgüsündə
Zaman gəldi-gedərdi.
Nalə, sızıltı, fəryad
Vaxt önündə hədərdi.
2016
Firuzə Məmmədli
62
***
Çaşıb əlimizdən çıxa bilmişik,
Üzümüz suyunu quruda bilib.
Kiməsə dörd gözlə baxa bilmişik,
Kimsə gözümüzü yorulda bilib.
2014
Seçilmiş əsərləri X
63
***
Oy, saat doqquzdu ki...
Hər tərəf bumbuzdu ki...
Vaxt bizi durquzdu ki,
Ömrünü bizdə saysın.
2015
***
Bir elə sənət deyil, –
Şair söz ölüsüdü.
Yerdən qaldıranı yox,
Özü öz ölüsüdü.
2017
Firuzə Məmmədli
64
***
Mən belə deməmişdim, -
Dayazlıqlar dərinmiş.
Dənizlər gəmilərin,
Gəmilər lövbərinmiş.
O nə bağçadır elə, –
Çiçəkləri dərilmiş!
Allah, daha seçilmir
Daş hansı, çiçək hansı.
Qarışqa fildən nəhəng,
Quş hansı, milçək hansı.
Bir adamın içindən
Min göz bərəlib baxır.
Bir ixtiyar əlində
Sağlam yaralı baxır.
Yaxın düşmək də olmur,
Durub aralı baxır.
Burda yalan hansıdır,
Burada gerçək hansı?
2018
Seçilmiş əsərləri X
65
***
Girib feyzbuklara,
Quru yaşla oynayır.
Biri ayaqlarıyla,
Biri başla oynayır.
Oyun gedir dünyada,
Oynayan, oynadan kim.
Bir Allah bilir burda
Qoyun kimdi, adam kim.
2018
Firuzə Məmmədli
66
***
Oturmuşam gözü-könlü tox daha,
Deyən başqa dərd-sərim yox daha.
Öz xətrimə dəyəmmirəm çox daha,
Çalışıram, öz-özümü bəyənəm.
Kəsilibdir qiylü qalın ayağı,
Daha həyat görünmür də bayağı.
Dikəlirəm, son onillik – dayağım,
Rəml atıram haqqa şükür deyənə.
2015
Seçilmiş əsərləri X
67
SONRADAN ANLADILAR
Haçan bir tədbirim oldusa, məxsusi olaraq
hazırlanmış qadın komandasının
hücumuna məruz qaldım.
Məni hərif yerinə
Qoyub çox danladılar.
Hərif olmadığımı
Sonradan anladılar.
Yeri düşdü-düşmədi,
Boğazıma çökdülər.
Günah tərəzisində
Savabımı çəkdilər.
Məni hərə bir üzdə
Görməyi şərəf bildi.
Şər atını üstümə
Sürməyi şərəf bildi.
Çəkilmədi cilovu
Bu xamlamış ilxının.
Ağa təpiyi altda
Qulamlamış ilxının.
Verdi ağız-ağıza
Qul təpərli neçələr.
Xoruzlandı beçələr,
Banladı qulbeçələr.
Firuzə Məmmədli
68
Banladılar o ki var,
O ki var, danladılar.
Qulbeçə olduqların
Sonradan anladılar.
2018
Seçilmiş əsərləri X
69
***
Yağışından-yağmurundan
Bu göy üzümə qurudu.
Yağdı birinin xətrinə,
Qarsdı, yüzünə qurudu.
Neyləmişdi görən yüzü,
Gedib sevdi hürən üzü.
Qapısından girən üzün
Gülən gözünə qurudu.
Nə gəldi görən ağlına,
Qarsdı ağrına-ağrına.
Bulud astarı oğluna,
Üzü qızına qurudu.
2018
Firuzə Məmmədli
70
***
Açın gözlərinizi,
Dünya qapanıb mənə.
Ha döyürəm, döyürəm,
Açmır qapını mənə.
2014
Seçilmiş əsərləri X
71
NOHƏ
Gedişin qəlbimizə vurdu elə yara, bacı,
Naləmiz sığışmayır nə göyə, nə yerə, bacı.
Aradıq düz dünyanı, - loğman ola, təbib ola,
Dərdinə dərman üçün tapılmadı çarə, bacı.
Çəkdi əcəl əlini çöhrənin gül haləsinə,
Bir nicat tapammadıq, qaldıq üzü qarə, bacı.
Nə yatırsan, ey zalım, şil-küt edib dərdin bizi,
Qayıt bircə anlığa, yan da bu məlala, bacı.
Qara torpaq ki, səni aldı soyuq ağuşuna,
Firuzə «pirim» deyər sən yatan məzara, bacı.
2008
Firuzə Məmmədli
72
***
Daim səni aldadır
İçindəki şübhələr.
Doğrulursa, bal dadır
Həlli çətin şübhələr.
2014
Seçilmiş əsərləri X
73
***
Elə düşünməyin, susmaq razılıq,
Elə düşünməyin, qorxudu susmaq.
Nifrətin bəxtinə susmaq yazılıb,
Nifrətin cavabsız oxudu susmaq.
2009
Firuzə Məmmədli
74
***
Baxışını min yerə,
Milyon yerə yozmuşam.
Dodağının ucunda
İstehzaya dözmüşəm.
Sən əl uzatdığından
Mən əlimi üzmüşəm.
Demə, niyə belədir?
Bəs necə olmalıydı, -
O bəxt ki məndə vardı,
Beləcə olmalıydı.
2001
Seçilmiş əsərləri X
75
***
Əslində nə baş verib ki!..
Bir azca dərdlər
çoxalıb,
bir azca da
dərd çəkənlər.
Artıb gözdən qıl çəkənlər,
açıq gözə mil çəkənlər.
Qapı-qapı sirr çəkənlər
artıb bir az...
Söz içindən söz çəkənlər
artıb bir az.
Əslində nə baş verib ki!..
2009
Firuzə Məmmədli
76
XATĠRƏ
18 yaşındakı Mənə
Ürəyimin payızı
mənə doğru saralır.
Gözlərimin nəmində
ümidsizlik yer alır.
Dinmirəm, danışmıram,
sözüm-sovum yaralı.
Hara baş alıb qaçdı
Al-əlvanı ömrümün?!
Zamanın boz üzündə
Mənə vaxtmı görünür?!
***
O qız vaxtın özüydü,
Haqqa yaxın üzüydü.
Yetişdirdim o qızı
On səkkizindən bəri.
Atdım ayaqlarına
Ömrümdəki illəri.
Gah dilinə güc verdim,
Gah əlinə güc verdim.
Əli qələm tutandan
Sözlərinə güc verdim.
Bir özü, bir Allahı...
Nələr çəkdi sirr deyil,
Hansını deyim axı?!
İki deyil, bir deyil...
2014
Seçilmiş əsərləri X
77
***
Qələm susur, deyən yenə göz dəyib,
Bəlkə ona söz toxunub, söz dəyib.
Dədə-baba min eşidib, yüz deyib,
Dediyində qədir-qiymət olubdur.
Susur, sussun o gözlərdən uzaqda,
Dayçalardan, öküzlərdən uzaqda.
Dədə sözü ön sözlərdən uzaqda
Öz adına özü zinət olubdur.
2013
Firuzə Məmmədli
78
***
Mən səninçin qupquruyam,
sənə çatdırası
bircə sözüm yox.
Mən sənə doğru quruyan
bulağam,
açılı gözüm yox.
Mən səndən doymuş
dözüməm.
Mən sənin üçün
Özüməm;
Sən olmaq iddiam ölü.
Qapanmış cümləyəm sənə,
hə kəlməsi – «yox».
sıyrılmış qılıncam sənə, –
həmləsi – «yox»...
2006
Seçilmiş əsərləri X
79
HAÇANSA
Mənim də əziz olan
vaxtım olub haçansa.
Ata-ana yanında
baxtım olub haçansa.
Qızıldan olmasa da,
taxtım olub haçansa.
Haqqım olub çığıram
taleyin qulağına, -
Yatma, ey dili-qafil,
oyan vaxtın hökmünə,
oyan baxtın ağına...
Mənim də əziz olan
vaxtım olub haçansa.
Tanrının mizanında
haqqın olub haçansa...
2018
Firuzə Məmmədli
80
***
Baxıram, sağımdan-solumdan gedir,
Qoluna girdiyim qolumdan gedir.
Gedən var, çəkilib yolumdan gedir,
Tanışdan, bilişdən boşalır dünyam.
2014
Seçilmiş əsərləri X
81
YALAN
«Açılıb» bəxtin qapısı,
Fərəhdən uçmağım gəlir.
Elə mehriban olmuşam,
Dünyanı qucmağım gəlir.
Nə var dərdi, nə mülk dərdi...
Tulladım bu çürük dərdi.
Bu üzüboz sürtük dərdin
Əlindən qaçmağım gəlir.
Ümid mənə göz elədi,
Nə yapdımsa, söz elədi.
Vaxt ömrümü çözələdi, -
Əlində başmağım gəlir.
2017
Firuzə Məmmədli
82
***
Xırda bir təsəlli boyu
Özümdə qala bilmədim.
Xırda oyunlar əlindən
Özümü ala bilmədim.
Cəllad oldu sərt əməllər,
Hər addımı şərt əməllər.
Sevincimdən dərd əmənlər
Məndən azala bilmədi.
2016
Seçilmiş əsərləri X
83
***
Heç kiprik də deyil,
Heç qaş da deyil,
Gözümün içində
kölgədi ömrüm.
İlləti nə başda,
Nə yaşda deyil,
Cığırdı, küçədi,
Bölgədi ömrüm.
2018
Firuzə Məmmədli
84
***
Baş-başa verib yenə
Sevgi duracaqları.
Pıçıldaşır duyğular
Yaxın olacaqları.
Çiçəkləyib əlləri, -
Oğlan qıza gül verir.
Çapıb keçən zaman da –
Cavanlara yol verir.
2014
Seçilmiş əsərləri X
85
YAXġI OLAR
Yaxşı olar, danışmayaq, dinməyək,
Yol üstdəyik, cin atına minməyək.
Vurulsaq da, qırılsaq da, sınmayaq,
Ayaq üstdə basdırılaq öləndə.
Cığırımız açılıbdı öncədən,
Bəxt gəzirik künc-bucaqda, döngədə.
Kim olacaq bu talanı səngidən? –
Bizə qaçır ağladan da, gülən də.
Əl sıxmırıq, yumruqlanıb ovcumuz,
Bəxt işidir, ov olubdu ovçumuz.
Yolda qalıb, gəlib çıxmır elçimiz,
Baş girləyir dava-dərman bilən də.
Zaman bizik, məkan bizik, imkan biz,
Hər gün bir az çiçək bizik, tikan biz.
Dünyadı da... Quran bizik, sökən biz,
Bizim deyil əlimizdən gələn də.
2018
Firuzə Məmmədli
86
GƏZĠRLƏR
Niyə belə cəncəl oldu adamlar? –
Bıçaq oldu, çəngəl oldu adamlar.
Bir-birinə əngəl oldu adamlar,
Yüklənməyə çiyin, oyluq gəzirlər.
Yalmananı torba salır boynuna,
Nə verirsən, ver, dürtəcək qoynuna.
Dikbaşının gəlin, baxın oynuna,
Fürsət düşsə, əmr, buyruq gəzirlər.
Əllərindən hər nə gəlir, edirlər,
Bir az aqil, bir az dəli edirlər.
Hürkə-hürkə, səksəkəli edirlər,
Sığınmağa qanad-quyruq gəzirlər.
2018
|