Firuzə Məmmədli
88
DARIXMA
Yavaş-yavaş
unut olub-keçəni,
Yavaş-yavaş gəl özünə, darıxma.
Çək üzünə həqiqətin bir üzün,
Bir yalanın min üzünə darıxma.
İçərində innən
belə gül açmaz,
Çiçəkləməz innən belə ömür-gün.
Lal sevdalar ölüb gedər, dil açmaz,
Susub durar, sükut dinər səninçin.
2017
Seçilmiş əsərləri X
89
AXI
Nə yaman durmusan canın qəsdinə,
Dönəmin, saatın, anın qəsdinə.
Yurdunda tökülən qanın qəsdinə
Duranlar az deyil, bilirsən axı.
Elə sarsılırsan, canında qorxu,
Dönür bir vəhşiyə yanında qorxu.
Ürəyin yerinə yananda qorxu
İçində ölürsən, dirisən axı.
Bax, bizim tərəfdən gün çıxır yenə,
Gördüyün yuxular çin çıxır yenə.
Sehirli çıraqdan cin çıxır yenə,
Sən
də söz sehrinin pirisən, axı.
Ömrün sazağında üşüsən, nə qəm?! –
Haqqın bayraqdarı kişisən, nə qəm?!
Onundan irəli düşmüsən, nə qəm?!
Yenə də beşindən gerisən, axı.
2018